12 iy kompyuter firmalarında dəyişik yerlərdə işlədim. İndi bir internet təmin edən firmada işləyirəm. İslam adətən – ənələrini yaşayan bir ailədə böyümüşəm. Hətta atam müxtəlif vaxt və yerlərdə məscid imamlığı edərək hafizılik (Quranı əzbər bilən şəxs) dəreəcəsində din tərbiyəsi görmüş biri idi. Mən və qardaşlarım ailədən gələn dini tərbiyə kifayət deyilmiş kimi, bir də yazın axırlarındakı kursla və orta məktəbdən bir il davam edən internat məktəbi vasitəsilə rabitə dərəcəsində İslami biliyə sahib oldum. Litseyi qutarana qədər İslama bağlı bilgi və tərbiyə qulları çərçivəsində Müsəlmanlığı qatı bir şəkildə yaşadım. 1988 –ci ildə litseydən sonra İstanbula gələrək iş və məktəb həyatıma burada davam etdim. Rəbb İsayla ilk tanışlığım burada oldu.
Bir gün Bəyoğlunda gəzərkən maraqdan bir kilsəyə girməyə ehtiyac hiss etdim, bu Müqəddəs Antonun kilsəsi idi və həyatımda girdiyim ilk kilsə idi. İçəri ilk girdiyimdə bir az cəsarətsizlik, qorxu və bir az da həyəcanla doluydum. Belə bir şəraitlə həyatımda ilk dəfə qarşılaşırdım. Mənim kimi başqa ziyarətçilərdə də vardı. Qadını, kişisi, yaşlısı, gənci, uşaqlı ailəsindən, subayına və sevgililərin gəlincəyinədək çox fərqli dünyaların insanları, bir vaxtda dua edir. şam yandırır, səssizcə oturur, ya da mənim etdiyim kimi, heyran- heyran digər insanları süzürdü. Bir ibadətxanada daha əvvəl heç bir yerdə görmədiyim bir sevgi və hörmətlə bir-birlərini salamlayır, gülümsəyirdilər. O günə qədər insanlar və xasiyyətləri üzərində uzun müşahidə etmiş, səhv etməməyi öyrənmişdim. Və oradakı insanlarda maskasız, saf, təbii üzlər gördüm. Bu mənə çox təsir etmişdi. Mən də digər insanlar kimi boş sıralardan birinə ilişdim, həm gələni-gedəni öyrənir, həm də həyatımı gözdən keçirirdim. Təəssüf, yaşadığım ön ilə görə, yaddaşımda xoşbəxtlik və sevgi ruhu yer etmiş müəyyən bir an yox idi. Özümdən keçmişəm. Ağlım başıma gələndə dua edirdim. Amma İslami üsullarla. O günə qədər eşitmədiyim ilahi bir xoşbəxtlik içimi əhatə etmişdi. Hazırlaşıb qapıya doğru irəlilədim. Çıxandan sonra bağa 2-3 pilləlik bir nərdivandan düşmək lazım idi. Nərdivanlardan düşdüyümü çox yaxşı xatırlayıram amma ayaqlarım yerə dəymirdi sanki havada gəzirdim, insanlara baxır, hər kəsə sevgimi, xoşbətliyimi qışqırmaq istəyirdim. Bu hadisəni yaşadıqdan sonra içimdə davamlı ora getmək hissi hakim olmuşdu. İkinci gedişimdə də nöqtəsinə, vergülünə qədər yuxarıda yaşadıqlarımı eynilə yaşadım. Bir müddət belə davam etdi. Yenə bir gün Müqəddəs Antonun kilsəsindən çıxarkən qapıda, bir ara işlədiyim qazetin yazı işləri müdiriylə qarşılaşdım. Özünü yaxşı tanıdığımdan səmimiyyətimizin verdiyi rahatlıqla buraya nə üçün gəldiyini soruşdum. Bir xəbər üçün bilgi almaq məqsədiylə gəldiyini dedi.
Özünü tanıdığım və daha əvvəllər də misionerlər əleyhinə işlər etdiyini bildiyim üçün buna heç təəcüb etmədim. Çünki, özü qatı müsəlman bir ailədən gəlir və Masihçilərə qarşı hər cür pres xəbərə imza atmaqdan çəkinmirdi. Orada olmağımı ‘Dinclik tapdığım üçün’ şəklində açıqladım. Mənə çərşənbə axşamı saat 11:00 də Türkcə ayin olacağını söylədi və ayrıldıq. Daha sonra ayda ən azı bir dəfə çərşənbə axşamı günləri bura gəlir ibadətə qatılır, bu dincliyin(sakitliyin) qaynağıni tapmağa çalışırdım. Bu hadisələrdən bir il sonra çoxdan işlədiyim qəzetin yazı işləri müdiriylə başqa bir yerdə təkrar qarşılaşdıq. Səmimi olduğunu hiss etdim. Söhbətin ilərləyən dəqiqiələrində, hələ o kilsəyə gedib-getmədiyimi soruşdu. Ayda bir dəfə baş vurmağa çalışdığımı söylədim. Nə üçün sevindiyinə o gün bir anlam vermədim. Məni başqa bir yerə dəvət etdi. Oranın da kilsə olduğunu və bazar günləri ibadət olduğunu söylədi. Özünün də orada olacağını əlavə etdi.
Bazar günü verilən ünvana getdiyimdə səhv bir ünvana gəldiyimi düşündüm. Tuneldə, İsveç Səfirliyinin bağçasındakı balaca bir binaydı bu və içəridən musiqi səsləri yüksəlirdi. Cəsarətimi toplayıb qapını araladığımda səhv bir yerə gəlmiş rəqs edər kimi davranırdılar. Buranın bir kilsə olmayacağını düşünərək araladığım qapını bağlayıb geri döndüm.
Bu vaxtda qapıdan biri çıxıb içəriyə dəvət etdi. Maraqlı bir köhnə qəzetçi ədasıyla dəvəti geri çevirmədim. İçəri girdiyimdə təəcüb bəlkə də yüz qat artdı. Gözlərimı inanmırdım. İçərinin istiliyindən buğlanan gözlük şüşələrim belə təəcübümü gizlədə bilmirdi. İnsanlar rəqs edər kimi hərəkətlərlə gitara, pianino, darbuka ilə isa, Allah, Ata, Haleluya, Həmd Olsun kimi kəlmələrin olduğu, ancaq sonradan ilahi oldğunu öyrəndiyim mahnıları oxuyurdular. Әn çox təəcüb etdiyim şey, qatı müsəlman olan köhnə yazı işləri müdirimin də onlarla bərabər görməyim olmuşdu.
Köhnə müdirimin orada bir xəbər üçün olduğunu düşündüm, oradakılar da anormal bir təriqətdi…….amma heç də elə olmadığını toplantı qutaranda mənə açıqlamağa başladı. Bu kilsənin rəhbəri idi. İslamçı birisi kimi dayanaraq ondan çətin suallar soruşub sıxışdırmağa çalışırdım. Danışması, turkcəni istifadə etdiyi sözlər məni dinləməsi və suallarımı sevərək cavablandırması, məni təəcübləndirdi. Üstəlik mənim bu günə qədər güvəndiyim İslami biliyim onun biliyi yanında çox zəyif idi. Bu adam kim ola bilərdi? İslamı bu qədər yaxşı bilən və Әrəbcə ayələr ilə sözlərini tamamlayıb , Quranı şəhr edən? Çaşdım qaldım! və öyrəndim ki, İstanbul Universteti ərəb və ədəbiyyat məzunu və bir vaxtlar bir çox təriqətdə hörmətli yeri olan bir din adamıymış. Sonra, Məsihşiliyi seçibmış. O gündən sonra hər həftə sonu ora gedib, hətta içində mənə hədiyyə edilən İncili oxuyaraq Quranla qarşılaşdırıb zəyif ya da, mənasız gördüyüm yerlərin altını cızaraq, bunların mübahisəsini etməyə çalışırdım. Öncə İslam haqqında biliyimdə özümü o qədər cahil hiss edirdim ki, durmadan Quran oxuyaraq və din adamlarından bilik alaraq bu açdığımı bağlamağa çalışırdım. Önlərinə nə qədər güclü dəlillər və Məsihçiliyi alçaldan nə qədər çox bilik yığsam hamısını tək-tək və yumşaq inadkarlıqla və kəskinliklə bir pres şəraitini yaratmadan, bezib usanmadan ( darıxmadan) hamısını bir-bir başa salırdılar.
Buna təəcüblənirdim. Özlərinə: ‘Mən sizi sevmirəm, siz mənim düşmənim sayılırsız’, desəm də, onlar daima məni sevdiklərini söyləyir və qorxmurdular. Çünki, özlərinə şikayət edə bilərdim, bir pislik edə bilərdim. O illərdə Məsihçiliyə qarşı mediyada hər cür şeyi görmək mümkün idi. İctimai fikir də bu insanlara yaxşı baxmır bir fürsət axtarırdı.
Beləcə aradan 4 il keçdi. Bu vaxtlarda onların sevgilərini ifadə etmə biçimimi gözləmədim. Xasiyyətimin etdiklərini incə-incə təhlil etdim. Әn balaca bir müsbətə şahid olmadım. Bu arada onlara qarşı bəslədiyim düşən hissi yox olmuş, sevgiyə dönən dostluq və ardından Allahdan olan qardaşlıq bağı yaranmağa başlamışdı. Buna inanmışdım. Allah bu insanların içində capcanlı yaşayır, onlar vasitəsilə mənə bir şey demək istəyirdi. Qəti bir qərar verdim və həyatım bahasına da olsa İsaya Rəbbim və Qurtarıcım olaraq iman etdim. Onun Allahın bir hədiyyəsi olaraq bizi qurtarmağa gəldiyinə və bizim günahlarımız üçün canını verdiyinə inandım.
1994-cü ilin mayında Onunla əhdimin sübutu olaraq vəftizlə İsanın ailəsinə qoşuldum. Həmd olsun. O məni seçdi və o qədər rəddetməmə qarşı məni heç də tərk etmədi.