Çoxları belə fikirləşirlər: insanlar yaxşı işlər görməlidirlər ki, son gündə yaxşı işləri, pis işlərindən tərəzidə çəkilirmiş kimi, üstün olsun və Allah onları cənnətə qəbul etsin. Bu həqiqət deyil. Çoxlarının günahları (necə ki, Zəbur 14-cü məzmurda yazılmışdır “bir nəfər də olsa, saleh yoxdur”) yaxşı əməllərindən qat-qat çoxdur. Amma belə düşünmək heç bir əsas vermir, çünki Allah bizi bu cür mühakimə etmir. Kəlamda deyilir ki, əgər bütün Qanunlara riayət etsəniz və büdrəyib, qanunun birinə riayət etməsəniz, bu halda qanunun bütün müddəalarını pozmuş olursuz (İncil; Həvari Yaqubun kitabı, 2-ci fəsil, 10-cu ayə).

Bunu tam anlamaq üçün növbəti misallara diqqət yetirin :

Siz qonaqlarınız üçün qayğanaq bişirirsiniz və yumartaların doqquzu yaxşı, biri isə laxdır və siz macal tapmamış, o, artıq digərləri ilə qarışır. Sizcə, bu cür qayğanağı qonaqlarınıza təqdim etmək üçün hazırlamağa davam edərdinizmi?

Bir lax yumurta digər doqquzunu da sıradan çıxartdı. Kasada neçə yumurtanın olması vacib deyil, bir çürük yumurta onların hamısını korladı. Və yaxud biz bir stəkan təmiz suya bir damcı zəhər qatsaq, stəkandakı suyun hamısı zəhərli olacaqdır. Buna görə yaxşı işlərimiz nə qədər çox olsa da, gördüyümüz günahlar bizim Allahın qarşısında mövqeyimizi heç edir və biz mühakimə olunaraq, cəhənnəmə düşürük.

Səbəb isə birdir : biz günahlarımıza görə ruhani ölümə məhkum olunmuşuq və Allahdan ayrı düşmüşük.

Yaxşı işlərimizin sayı bizim günahlarımızı silməyəcək. Bu, xilas üçün Allahın yolu deyil. Siz deyirsiz, “Mən digərləri ilə müqayisədə yaxşıyam”. Bu bəlkədə belədir, amma bu da həqiqətdir ki, məhkəmə günü Allah sizi digərləri ilə müqayisə etməyəcək. O, bizi öz müqəddəsliyi və bizim hamımızın pozduğu və Onun standartı olan Kəlamı ilə müqayisə edəcəkdir.

Əgər Adəm və Həvva Allahın əmrinə zidd olaraq qadağan olunmuş ağacın meyvəsindən yeməsəydilər, Onunla ruhani birlikləri davam edərdi. Görün bir günahın aqibəti nə ilə nəticələndi? – ruhani olum və Allahdan ayrılıq. Bəs ruhani ölümə və cəzaya düçar olmazdan qabaq onlar nə qədər günah etdilər? Yalnız bir günah. Siz həyatınız boyu nə qədər günah etmisiniz?

Təsəvvür edin ki, iki nəfər, biri mahir üzgüçü, digəri isə sadəcə üzgüçülüyə marağı olan bir şəxs Avropadan Amerikaya üzməyi qərara alırlar. Mahir üzgüçü 20 km, digəri isə, yalnız 1 km məsafə qət edir. Buna baxmayaraq hər ikisi suda boğularaq məhv olurlar. Bu istək bacarıqdan asılı olmayan və qeyri-real bir şeydir.

Eyni ilə nə qədər yaxşı əməllər etməyə çalışsaq da, Allahın müqəddəsliyinə çata bilmərik.

Adəm və Həvva günah etməzdən əvvəl, Allah onlara deməmişdi ki, Onunla ünsiyyəti saxlamaq üçün müəyyən sayda yaxşı işlər görmək lazımdır. Allah ilk insanlarla ünsiyyəti, hansısa qanunlara riayət etmək və ya yaxşı işlər görmək zəminində deyil, məhəbbət və seçim üzərində yaratmışdı. Düzdür, Allah onlara günahlarına görə cəza verdi, amma Onunla ruhani ünsiyyəti bərpa etmək üçün bu və ya digər işi görməyi tələb etmədi. İnsan ruhən öldükdə, onu yaxşı işləri ilə geri qaytarmaq mümkün deyil. Yaxşı işlərimizlə deyil, yalnız Allahla yeni həyata qədəm qoya bilərik.

Şeytan çox məharətlə belə bir yalan yayır ki, əgər yaxşı işlərinizi çoxaltsanız, Allah sizi bağışlayar. BU, BÖYÜK BİR YALANDIR və Allahın istəyinə tamamilə ziddir. Bu, şeytanın böyük strategiyalarından biridir ki, bizi Allahla düzgün ünsiyyətdən uzaqlaşdırsın.

Süleyman peyğəmbər yazır, “Yol var ki, insanın qarşısında düz görünür, amma sonu ölümdür”. (Süleymanın məsəlləri kitabı 14:12)

Yadda saxlayın ki, sizin üçün düzgün görünən şey heç də həmişə həqiqət deyil və ya Allahın dediyi ilə uyğun deyildir.