Ümid Sakarya
İsanı tanıyandan əvvəl əlaqədə olduğum inanc sistemi, məni bəlli doyuma çatdırmadığı üçün dəyişik inancları araşdırmağa başladım. Sonunda indiki inandığım Məsihçilik xaricində bir çoxunu incələdikdən sonra çıxardığım nəticələr məni imansızlığa apardı. Bir Allah var idi, bu Allahı da insan yaratmışdı. Yəni Allah mən idim, digər insanlardı. Bu düşüncə beynimdə və ürəyimdə tamamilə kök salıb yetşməyə başladı.
Böyrək xəstəsi olan xalamın oğlu daha əvvəl yaşadığım Ankaraya müalicə olunmağa gəldi. Onu çox yaxşı tanımırdım, amma kömək olsun deyə onunla bir neçə dəfə xəstəxanaya getdim. Bu vaxt mən onun Məsihçi olduğunu öyrəndim. Bir müddət sonra xəstə xala oğlumu özü istədiyi üçün kilsəyə aparmağa başladım. Təbii, bu nöqtədə həyatımın axışının dəyişəcəyini bilmirdim. Onu kilsəyə aparıb-gətirərkən, mənin üçün də qısa vaxt ərzində bir dəyişiklik olacaqdı. Mən tam bu düşüncədə idim. Bir gün bir neçə adam mənim özləri və Allah haqqında nə fikirləşdiyimi soruşdu. Mən də onlara, onların nə nəzakətli kor olduqlarını başa salmağa çalışdım. ‘Mənə görə hər birimiz bir Allahıq’ dediyimdə, içlərindən biri inkar etdiyim Allaha bir gün səndə iman edəcəksən dedi. Bu sözlərə fikir vermədən özümü həyatın axışına yenidən buraxdım. Onları izləyir və bir açıqlama axtarırdım. Axırda onlarda tapdığım tək şey sevgı oldu. Heç nəyə baxmayaraq qarşılıqlı sevgi! Bax bu çox diqqəti çəkdi. Kimsənin kimsədən bir haqq-hesabı olmazdı…çünki, hamısı həm maddi, həm də mənəvi baxımdan bir-birinə bərabər idi.
Bir gün Milad Bayramına görə hazırlanmış bir şənliyə qoşuldum. O gün ilk dəfə səbəbini başa düşmədiyim bir şəkildə ayağa qalxıb onlarla birlikdə ilahi oxumağa başladım. İçimdə sanki bir şeylər dağılır, parçalanırdı. Həm xoş bir duyğu məni bürümüşdü, həm də eyni zamanda qəribə bir boşluq hiss edirdim. Dolması lazım olan böyük bir boşluq! Bu vəziyyətimə fikir verib yanıma gələn və bu gün mənəvi anam olaraq qəbul etdiyim xanım, onunla danışabiləcəyimi dedi.
Mən istəmədim, amma o gündən sonrakı iki həftə tam bir işkəncə kimi keçdi. Çünki, özümlə mübarizə edirdim. ‘Allah yoxdur və olmayan Allah bunu sənə edə bilməz’ tərzində düşüncələr beynimi işğal etmişdi.
Kilsədə hər Bazar tövbəyə çağırış edilirdi. Bu çağırışlardan birində, yəni ikinci həftə özümlə mübarizəm sona çatdı. Bədənim sanki iki yerə bölündü. ‘Bəli’ deyən tərəfim daha güclü idi, amma yenə də içimdə fırtına dayanmırdı. Әlimi qaldırmaq və ‘bəli’ demək istəyirdi. Bir müddət sonra hər şey qutardı. Bir-biriylə bağlanmış əllərim açıldı. Yanımdakı adamla birlikdə dua etdik və həyatımı İsa Məsihə verdim.
O gündən sonra həyatım kökdən dəyişdi. Әtrafıma qarşı daha sevgi dolu davranışlar göstərməyə başladım. Allah məni dəyişdirməyə davam edir! Reaksiya almadımmı? Öncəliklə ailəm, sonra dostlarım və digərləri reaksiya göstərdilər, amma Rəbb mənə səbr, onlara da məni başa düşmələri üçün anlayıç verdi. İndi heç bir problem yoxdu. Rəbbə şükürlər olsun.