Günlərin bir günü bir qəza boynumu şikəst etmişdi. Ön hissəsində balaca bir qırıq və arxadakı sinirlərin keçdiyi yerdə bir əzik əmələ gəlmişdi və buradakı sinirlərin beyin üzərində edəcəyi prosesin ciddi təhlükələrə səbəb olacağını deyən həkimlər xarıcdən bir boyun protezi əməliyyatı olmamı təklif edirdilər. Mən də düşünürdüm……….Bu əməliyyatı necə keçirəcəkdim? Çünki uşaqlarımı buraxıb getmək və daha doğrusu xaricdə bir əməliyyat üçün getməyə mənə maddi və mənəvi tərəfdən çox böyük bir külfət olacaqdı. Bu səbəbdən gedə bilməzdim. Amma bu protez əməliyyatının gərəkliyini İstanbul Cərrahpaşa Xəstəxanası başçıları deyirdilər. Başqa bir xəstəxanaya və müxtəlif həkimlərlə görüşdüm. Hamısı da aşağı yuxarı bu protez əməliyyatının olmasının gərəkliyinində həmfikir idilər. Səbəbi də protez əməliyyatı olunca üzərindəki pres qalxacaq və beyinə gedən damarlar və dolayısıyla beyin rahatlanmış olacaqdı. Təbii ki, mən bunu praktiki olaraq başa salıram, tibb dilində bunu olduqca öyrəşmədiyimiz ifadələrlə başa salırar. Sözün qısası protez əməliyyatı lazım idi. Olmasa vəziyyətim təhlükəyə doğru gedirdi. Boynuma əməliyyat olana qədər taxa bilməm üçün sərvik bir boyunluq vermişdilər. Onu bir ildir gecə yatarkən tezliklə çıxarmaq niyyətiylə taxırdım. Olduqca darıxdırıcı bir şey idi.

Anam ayrı bir evdə qalırdı, ara-sıra ziyarətimizə gəlir və bizdə qalırdı. Köhnə söhbətləri vaxt getdikcə açsaq da deyəsən bir şey yoxdu. İnamsız bir quruma sahib olan anamın Allaha inamı və qavramı heç yox idi.

Bir dostum var idi. Universitetdə təhsil müvəkkili idi. İncili çox yaxşı bilirdi və güclü bir Məsih isa imanlısı idi. Mənim evimə tez-tez gəlirdi. İncil və onunla İsa Məsih haqqında olduqca gözəl söhbətlərimiz olurdu. Belə ki, bir gün dostum gəldiyndə yaxşıca oturub İsa Məsih haqqında danışırdıq, mən müsəlman bir ailədən gəlirdim. Allaha inanırdım amma İsa Məsihin bir Xilaskar ola biləcəyini və Allahın Onu Xilaskar olaraq göndərmiş ola biləcəyini tam qəbul edə bilmirdim. Amma dostum mənə İsanı həyatıma Xilaskar kimi qəbul etsəm, bütün problemlərimin həll olacağını və yaxşılaşacağını deyirdi. O gün üçün belə bir şeyə inanmağım çətin idi. Edə bilməzdim və inanmazdım amma bu gün öz üzərimdə sübut olunan həqiqəti gözlərimlə gördüyüm üçün və İsanın yaradıcı, qurtarıcı xüsusiyyətlərini və Allaha olan yaxınlaşmanı təmin etdiyi üçün Rəbbə minnətdaram, inanıram, həqiqi İsa imanlısıyam.

İsanı həyatıma çağırıb, gəl mən Sənə təsliməm məni qurtar, mən öz-özümə bunu öz gücümlə edə bilmərəm. Səni Xilaskar olaraq qəbul etməyim üçün Səni istəməmi, Sən mənə təmin et deməliydim. İnanmadığım üçün edə bilmirdim amma inanmasam da bunu etməli, İsanı köməyə çağırmalıydım. Yaxşı amma necə olacaqdı? Dostum olduqca güclü bir təminat verən kimi deyirdi. BU həqiqətən ola bilərdi. Dostum evinə getdikdən sonra bütün bunları düşündüm. Anam da o gecə bizdə qalmalıydı. Gecə oldu, hər kəs yatdı. Yatmaq istəmirdim. İsanı və əməliyyatı düşünürdüm. Necə keçəcəkdi və həyatım necə qurtulacaqdı? Bəli bunları düşünərkən birdən İsanı həyatıma çağırmağa qərar verdim. Bəli, bəli elə etməliydim. Bunu bir yoxlasam bir şey itirməyəcəyəm. Onsuzda olan olmuşdu. Әməliyyat olmasam öləcək qədər xəstə deyildimmi? Həkimlər belə demirdilərmi? O halda nə fərq edəcəkdi? Zərərli də çıxsam, ölümə yaxınlaşmaqdan da pis olan deyilki? Bəli, İsanı belə çağırdım;

‘İsa, gəl Sənə inanmaq istəyirəm. Səni həyatıma qəbul etmək istəyirəm. Bir Xilaskar kimi qəbul etmək istəyirəm! Xahiş edirəm gəl və məni istiqamətləndir. Çünki mən özüm Səni qəbul etməyi bilmirəm. Xahiş edirəm gəl və mənə mənim üçün nə lazımdısa gəl və et! ’ Bir az sonra səssiz, qap-qaranlıq otaqda, qapının önündə bir insan gördüm. Ağ uzun paltarda, incə üzlü, uzun saçlı, İsa Məsih idi bu……indi mən yuxu görürdüm? Yoxsa həqiqətiydi? Otağın içində bir nəfər var idi və O da İsa idi. Amma bu yuxu ola bilməzdi. Yatmamışdım ki……yatsam yüngülcə yataqda doğru olduğunu necə bilərdim? Həm İsa mənimlə başlamışdı. Yanaqlarımı sevgilylə sığalladı və mənə dedi ki, ‘sən artıq yaxşılaşdın, əməliyyat olmayacaqsan və boyunluq taxmayacaqsan!’ belə dedi və boynumu da əliylə yanaqlarımı sığalladığı sevgiylə tutdu və sonra yavaşca geriyə doğru dönəcəyini fikirləşdim. Amma O, mənim yanımdakı yataqda yatan və arxası mənə tərəf yatmış böyük qızımın açılmış olan yorğanını üzərinə çəkərək örtdü. Qızım Onun bu hərəkətiylə oyanmadı. Onu görmədidə. Çünki, üzü divara tərəf yatırdı, istəsə də görməzdi.

Sonra yavaşca qapıya tərəf döndü və süzülür kimi çıxıb getdi. Mən özümü itirmişdim, inanmırdım və həmən arxasından qalxıb baxmaq üçün getdim amma görmədim. Görəsən mən yanılırdım? Bir an içində içəridə anamın yatmış olduğunu və onun gəlib-getmış ola biləcəyini,mənim də yatmaq üzrəykən səhv bir şey görmüş ola biləcəyimi düşündüm. Getdim qonaq otağına baxdım, orada anam yatırdı və dərin bir yuxudaydı. Oyaq olmazdı. Sonrakı otağa baxdım. Balaca qızım da yatırdı. Fikirləşirdim İsa iki min il əvvəl ölməmişdi? Burada gördüyüm yuxu deyilsə necə Özü ola bilərdi, amma elə idi. Görmüşdüm.

Səhəri anam mətbəxdə idi, onun yanına getdim və gecə olanları başa saldım. Amma anam belə bir şeyin olmayacağını dedi; ‘Sən xəyal gömüsən, ölən birini necə görə bilərsən? ’ dedi. Çox kitab oxumusan, bəlkə də yuxudur, bu’ deyirdi. Belə bir şeyə inana bilmərəm iddiasını sürürdü. Hamı kimi əməliyyat olmasam əsla yaxşılaşmayacağam deyirdi. Boyunluğumu da həmən taxmağı təklif etdi. Amma mən ona: İsa mənə yaxşılaşdın dedi. ‘Boyunluğumu taxmayacağam və əməliyyat olunmayacağam’ dedim. Bunun üstundə anam yüksək səslə mənə bağıraraq dəli olmusan! dedi. Bütün gücüylə belə deyirdi mənə. Düz o vaxtda da böyük qızım yerindən qalxdı və mətbəxə ikimizin yanına gəldi və ‘Nənə, anam düz deyir, İsa var çünki, mən də bilirəm….dünən bizim otağımıza gəldi və mənim üstümü örtdü; dedi ’. Anam, anavın dediyi şeyləri necə görə bilərsən sən? deyə soruşdu. Qızım deyirdi ki, mən görməsəm də anamın gördüyünü bilirəm. Üstümü İsanın örtdüyünü hiss etdim, ona tərəf yatsam belə gördüm. Bəli, qızım düz deyirdi. Bir şey görmək üçün gözləriylə görmək lazım deyil. Bu hadisəni qızım beynində görmüşdü. Çünki, eyni şeyləri qızım başa salırdı. O, İsa necə etdi mənə dediyimdə. İsa ‘yanaqlarımı sevdi və sən artıq yaxşılaşdın və boyunluq bir daha taxmayacaqsan, əməliyyat olmayacaqsan dedi ’ o halda hamısını bilirdi qızım, bu fövqəlada möcüzəli bir şeydi, gözəl idi. Allahın bizə lütfü idi. İsanın xilas etməsi idi eyni zamanda. Üstəlik, İsanın hər hansı bir peyğəmbərdən daha çox üstün olduğunu göstərirdi. Çünki, peyğəmbər deyil bir Xilaskar idi İsa! Bu bir həqiqətdi. İndi insanların günah yükünü necə də alıb onların ağlamaq üçün çarmıx üzərində acıyla belə ölməyə razı olduğunu başa düşürdüm. O gündən bəri bir Məsihçi oldum. İndi çox yaxşı bir Məsihçi olmaq və Ona hər keçən gün daha çox layiq olmaq üçün çalışıram. Әməliyyat da olmadım, o gündən bəri bir daha boyyunluq taxmadım. Evdə bir xatirə olaraq durur. Heç bir şeyim yoxdu, yaxşıyam. Kaş ki, İsanı gənc illərdə tanıyardım, deyə düşünürəm. Anam imansız biri olaraq həyat sürür, aramızdakı problem hələ həll olmayıb. Özü bunu təsdiq etmək istək istəmir çünki, yalançılığı ortaya çıxaraq onsuzda belə etməklə yalançılığını da qəbul etmiş oldu. Amma Allahın mənim İsaya inanmamda anam kimi imansız biri istifadə edərək ona mənə borcumu ödəmə fürsəti verdiyini düşünürəm. İsaya hər şey üçün şükr edirəm. Bu hadisələr bu şəkildə baş verməsəydi kim bilir, bəlkə də mən bu gün ölmüş ya da şikəst qalmış olardım. O qədər həkim eyni şeyi demişdi, amma indi heç bir şey olmadı. İsaya olan imanım məni qurtarmışdı!