Mənim adım Təranədir. Mənim 30 yaşım var. Subayam. Anam və bacım ilə yaşayıram. İmana 7 il bundan əvvəl gəlmişəm. Mən müsəlman ölkəsində doğulmuşam. Ailəmizdə “Allah” kəlməsi tez-tez səslənib. Anam və xüsusən də nənəm Allahı çox sevib və qorxan bir insanlar olub. Nənəm tez-tez peyğəmbərlər haqda danısardı. Ona görə də uşaqlıqdan bilirdim ki, gözə görünməz bir varlıq var və mən inanırdım ki, o ədələtlidir.

Ailəmiz nümunəvi olmayıb. Anam atamın ikinci arvadı idi və atam onu heç sevməyib və həmişə alçaltmağa çalışırdı. Ata sevgisi görməmişəm. Mənim 10 yaşım olanda atam bizi atdı və heç bizimlə maraqlanmırdı. Həyatımda özümdən başqa heç bir adama etibar edə bilməzdim və qürurlu bir insan idim. Heç kimə göz yaşımı göstərmək istəmirdim və həyatım bu çür olduğuna görə Allaha inamımı itirdim. Mən fikirləşirdim ki, O olsaydı dünyada bu qədər ədalətsizlik olmazdı.

1994 ildə həyatımda 1-ci dəfə İsa Məsih haqda bir insandan eşitmişdim o mənə İncil hədiyyə etmişdi amma mən oxumadım başqa birisinə verdim. O insan və başqa Allah haqqında deyən adamlarla çox mübahisə edirdim. Beləcə neçə il yaşadım. 1997 xəstələndim və uzun müddət müalıcə olunurdum. Bir neçə həkim məni müalicə edirdi amma vəziyətim daha da pis olurdu. Bu səbəbdən ümidimi itirmişdim və artıq yaşamaq belə istəmirdim. Həyatımın çətin və qaranlıq anları idi.

Bir gün yuxuda İsa Məsihi gördüm. O mənə kömək etməyini vəd etdi. O gündən İsa kimdir deyə axtarışa başladım Bibliya oxumağa və 1999 ildə nəhayət kilsəyə getdim. Bu kilsə balaca bir ev toplantısı idi. Orada deyilən sözlər mənə çox toxunurdu və həmin gün İsanı xilaskar kimi gəbul etdim. İsadan ilk növbədə şəfa istəyirdim. Amma O mənə əbədi həyat hədiyyə etdi. Şəfanı isə sonra bir müddət keçəndən sonra aldım.