Problemli bir ailənin oğlu olaraq 1974 cü ildə dünyaya gəldim. Sakaryada hal-hazırda bir orta məktəbdə müəllim kimi işlıməkdəyəm. İsa Məsihi tanımam və Onunla olan münasibət yalnız olduğum bir gecədə İstanbulda ‘Light FM’ adlı bir radiyoya qulaq asarkən başladı. Danışan Allah sevgisi, Onun insanlar üçün etdiyi fədakarlıq və Allahın lütfü kimi söhbətlərdən bəhs edirdi. Bu söhbət məni dərindən maraqlandırmağa və üzərində qurulan Müqəddəs Kitab ayələrinin ana mövzüsunun Allahın insanlara olan sevgisi olduğuna fikir verdim və danışan daha çox bilik almaq istəyənlərin Beşiktaş kilsəsində olan İncil çalışmalarına qatıla biləcəklərini bildirdi. Ünvanı aldım və Allah lütfünün nə olduğunu öyrənməyə qərar verdim.
Ora getmədən əvvəl bir az narahat və qayğılı idim. Çünki, xalam tərəfindən mömin bir müsalman olaraq yetişdirilmişdim amma ailəm heç də mühafizəkar sayılmazdı. Daha əvvəl Cumhuryyətçi və dünyəvi idilər. O sırada Məsihçilik və İsa Məsih haqqındakı səhv inancların təsiri altındaydım. Mədəniyyətimizdə Məsihçilərin üç fərqli Allaha inandıqları və Məsihçilik bölgəmizdə fəlakət və acı gətirmiş olan Xaç Yürüşləri düşünülürdü. Bu ön fikirlərə rəğmən bu insanlarla söhbət edərək bu ön fikirlərdən qurtulmam lazım olduğunu düşündüm. İmanlı dostlarla İncil çalışmasında ilk tanışlığımda məni çox isti bir sevgiylə qarşıladılar və ilk İncil çalışmamıza bu şəkildə başlamış olduq. Soruşduğum suallara bitib tükənməyən bir səbirlə cavab verirdilər. Mənə İsanın günahları bağışladığını və biz günahda yaşamayaq deyə Özünü bizim üçün fəda etdiyini başa salırdılar. İlk görüşümüzdən sonra başımda Rəbb ilə bağlı daha çox suallar yaranamağa başladı. Mənə sevgi və səbirlə yaxınlaşmaları, mənə dərindən təsir etmişdi ki, digərlərində olmayan bir xüsusiyyət vardı və buna görə onların sevgisinə və səbirinə səy göstərirdim.
Bunun Rəbb İsa sayəsində olduğunu deyirdilər. İmanlı olan kilsələrlə danışdıqca və Rəbbin onlarda göstərdiyi sevgi və lütflə tanış olduqca, Məsih İsa ilə bağlı bütün ön fikirlərim tək-tək silinməyə başlamışdı və bu müddətdə mən bəlkə də fərqində olmadan Rəbb, Müqəddəs Ruhu vasitəsilə mənim qəlbimdə və könlümdə işləməyə başlamışdı. Hər toplantımızda bir çox dəfə dua edirdik həm Rəbbi mədh etmək üçün və hər kəs öz dilində dua edirdi və bu mənim diqqətimi çəkdi.
Bir axşam yatdıqdan sonra yuxumda kilsədəki dostlar ətrafımı əhatə etmiş, mənim üçün dua edirdilər. Birdən ortalıq bir işıqla doldu. Rəbb mənə Özünü yuxuda göstərmişdi. Məni qaranlıqdan və günahdan qurtarıb işıqda yeriməyə dəvət edirdi. Yuxudan oyandığımda çox təsirlənmişdim və bir müddət özümə gəlmədim. Rəbb məni çağırırdı o anda dua etməyə başladım. Rəbb məni bir kərə seçmişdi. Müqəəddəs Ruhu mənim ürəyimdə işləməyə başlamışdı.
Daha sonra imanlı dostlarmla etdiyimiz bir dua və ibadət toplantısından sonra qardaşlarıma iman etdiyimi açıqladım. Məni ölüm gətirən günah dustaqlığından qurtarıb Öz Səmavi Padşahlığında sonsuzluqlar boyunca yaşamaq lütfünü bəxşedən İsa Məsihə həmd olsun. Amin