– Çox maraqlıdır. – Həmdi dedi. – Bilmək istəyirəm sən İncil haqqında nə düşünürsən?
– Həqiqətən bu ən maraqlı kitabdır. – Əhməd səmimiyyətlə cavab verdi. Heç vaxt buna bənzər heç nə oxumamışam. Məsihin böyük möcüzələri, dağüstü vəzi haqqında oxumaq mənim üçün çox maraqlıdır. Bu dərin və aydın təlimdir. O, bəzi təlimləri baş-ayaq etdi. Məsələn, düşmənləri sev, səni təqib edənlər üçün dua et.” Onun dua təlimi mənim əvvəllər eşitdiklərimdən köklü surətdə fərqlənir. Etiraf etməliyəm ki, bu kitab mənə çox böyük təsir göstərdi. Aldığım cavablar qədər də yeni suallar yarandı.
– Bəli, bax bu çox maraqlıdır, – Həmdi gülümsəyərək dedi. – Elə qarşına çıxan birinci sualdan başlayaq.
– Sən necə istəyirsən elə olsun, – Əhməd dedi. – Beləliklə, nə üçün İncil İbrahimin nəslindən, Davud nəslindən İsaya qəfər başlayır?
Həmdi bir an düşünəndən sonra dedi:
– Yadındamı əvvəlcə demişdim ki, Bibliya tam bir kitabdır və onun ana xətti var.
– Bəli, yadımdadır, – Əhməd dedi.
– Yadındamı o hansı xətdir?
– Əl-Məsih. – Əhməd dedi.
– Sənin sualın o xəttə bağlıdır, – Həmdi dedi. – Peyğəmbərliyə əsasən Məsih İbrahim və Davud oğlu olmalıdır.
Əhməd bir az Həmdinin dedikləri haqqında düşünəndən sonra dedi:
– Bu çox maraqlıdır, bəlkə sən mənə peyğəmbərlikər haqqında danışasan bir də ətraflı şərh edəsən.
Bir az sonra Həmdi sözə başladı.
– Bir zamanlar 4000 il bundan qabaq Allah İbrahimə müraciət etdi. İndi onu Allahın dostu adlandırırlar. Amma o zaman onun adı Avram idi. Allah İbrahimə bir vəd verəndən sonra adını dəyişib Avram yox, İbrahim etdi. Allahın İbrahimə dediklərindən bütün bəşəriyyət üçün nəticə verməli idi. Tövratda biz oxuyuruq:
“Rəbb İbrama dedi: “Öz torpağından, qohumlarının arasından, ata evindən çıx, sənə göstərəcəyim torpağa get. Səndən böyük bir millət törədəcəyəm, sənə xeyir-dua verəcəyəm, adını ucaldacağam və bərəkət qaynağı olacaqsan. Sənə xeyir-dua verənlərə xeyir-dua verəcəyəm, sənə lənət edənləri lənətləyəcəyəm. Yer üzünün bütün tayfaları sənin vasitənlə xeyir-dua alacaq.” (1)
Allah çoxdan evlənib övladı olmayan bir insanı çağırdı. Allah ona həm torpaq, ondan törənəcək böyük nəsil və şərəfli, uca bir isim vəd etdi. Allah verdiyi bütün bu vədləri dəqiqliklə yerinə yetirdi. Ən maraqlısı axırıncı vəd idi. Allah İbrahim vasitəsilə bəşəriyyətə xeyir-dua verməlidir. Bu vədin daxilində Məsih əhdi var. Beləliklə, Məsih İbrahim oğlu olacaq, Allah onun vasitəsilə bütün dünyaya xeyir-dua verə biləcəkdir.
– Nədən bilirsən ki, bu başqasına yox, Məsihə aiddir? – Əhməd soruşdu.
– Tövratı axıra qədər oxuyanda bu aydın görünür, – Həmdi cavab verdi. – Bir müddət keçəndən sonra İbrahimin arvadı Saradan İshaq adında və Saranın qulluqçusu olan Həcərdən İsmayıl adında iki oğlu olur. Allah İsmayıla xeyir-dua versə də, İbrahimə açıq-aydın dedi ki, mənim əhdim Məsih vasitəsilə İshaqın soyunda tamam olacaq.
“Xeyr, arvadın Sara sənə bir oğul doğacaq və adını İshaq qoyacaqsan. Onunla və ondan sonrakı nəsli ilə əhdimi əbədi olaraq davam etdirəcəyəm. İsmayıl barədə dediyin sözləri də eşitdim. Ona xeyir-dua verəcəyəm, onu bəhərli edəcəyəm, nəslini lap çoxaldacağam. O, on iki başçının atası olacaq. Ondan böyük bir millət törədəcəyəm. Əhdimi isə … İshaqla davam etdirəcəyəm.” (2)
Əhməd dedi:
– Allahdan xeyir-dua alan İsmayıl biz ərəblərin atası oldu. Biz müsəlmanlar bilirik ki, Allah İshaq soyundan çoxlu həvari və peyğəmbərlər göndərib.
Həmdi sözünə davam etdi:
– İshaqın Esav və Yaqub adlı iki oğlu oldu. Allah dedi ki, vəd etdiyim Məsih Yaqub soyundan gələcək. O bunu Yaquba yuxuda bildirmişdi.
“Rəbb nərdivanın üstündə durub deyirdi: “Mən baban İbrahimin və İshaqın Allahı Rəbbəm. Üstündə yatdığın torpağı sənə və nəslinə verəcəyəm. Sənin nəslin yerin tozu kimi çox olacaq, qərbə, şərqə, şimala və cənuba yayılacaq. Yer üzünün bütün qəbilələri sənin və nəslinin vasitəsilə xeyir-dua alacaq.” (3)
Əhməd dedi:
– Maraqlısı budur ki, Allah bu sözləri Yaquba deyəndə İbrahimlə etdiyi əhdi demək olar ki, təkrar edir.
Həmdi cavab verdi:
– Bu bir faktdır ki, bu sözlər nəsildən-nəslə təkrar olunan vəddir. Əhməd, gördüyün kimi Allah bəşəriyyətə Yaqub soyu vasitəsilə xeyir-dua vermək istəyirdi.
Əhməd gülümsəyərək dedi:
– Bəli, bilirəm ki, Məsih Bibliyanın əsas mövzusu olacaq.
Həmdi dedi:
– Tamamilə doğrudur. İsrail övladları arasında çox nəsillər var idi. Buradan belə sual yarana bilər. Allah Məsihin hansı ailədən və nəsildən doğulacağını insanlara açmışdımı? Allah Davudu seçib onunla əhd kəsmişdi. Bir çox peyğəmbərlik kitablarında da Məsihin Davud nəslindən dünyaya gəlməsini Allah açıq şəkildə göstərmişdi. Davuddan iki yüz il sonra yaşayan Yeşaya peyğəmbər Yessey nəslini budanmış ağaca bənzədir. Yessey Davudun atası idi. Məhz bu nəsildən Allahın ruhunu Özündə daşıyan İnsan dünyaya gələcək. O, dünyadakı kasıblara ədalət gətirəcək, cənnətə bənzər səltənət quracaq və bu cənnətdə hamı Rəbbi tanıyacaq. Yeşaya peyğəmbər yazır:
“Yesseyin kötüyündən yeni bir fidan çıxacaq, kökündən çıxan bir budaq bar verəcək. Rəbbin Ruhu, hikmət və anlayış ruhu, öyüd-nəsihət və qüdrət ruhu, bilik və Rəbb qorxusu ruhu Onun üzərində olacaq. Qulağıyla eşitdiyinə görə qərar çıxarmayacaq. Lakin o, yoxsullara haqq ilə hökm edəcək.” (4)
Əhməd dei:
– Gəl baxaq görək mən hər şeyi düz başa düşdümmü? Deməli Allah açdı ki, Məsih İbrahim, İshaq, Yaqub və Davudun nəslindən doğulacaq.
Həmdi sevinclə dedi:
– Elədir ki, var. Biz Xoş Xəbəri oxuyarkən görürük ki, Məsihin doğuluşu peyğəmbərlik kitablarında göstərildiyi kimi oldu. Məsih İbrahim və Davud nəslindən olduğuna görə Xoş Xəbər nəsil şəcərəsi ilə başlayır.
Əhməd dedi:
– Bu da bir daha təsdiq edir ki, Bibliyanın əsas mövzusu Məryəm oğlu İsadır. Amma məni yaxşı başa düş. Mənim xeyli çətin suallarım var. Gərək gələn görüşədək gözləyim.
– Salamat qal.
– Salamat qal.
(1) Yar. 12:1-3
(2) Yar. 17:19-21
(3) Yar. 28:13-14
(4) Yeş. 11:1-2,4,10