Allahın Quzusu
– Nə olar mənə Məryəm oğlu İsa barəsində danış, – Əhməd ciddi surətdə xahiş etdi. – Mən Onun haqqında daha çox məlumat almaq istəyirəm.
Həmdi bir qədər fikirləşəndən sonra belə dedi:
– Əgər bilmək istəyirsən ki, Məsih dünyaya niyə gəlib, onda qurbanın mənasını anlamalısan.
– Qurbanınmı? Bununla nə demək istəyirsən? – Əhməd soruşdu.
Həmdi cavab verdi:
– Qurban deyəndə biz “qurban bayramını” nəzərdə tuturuq. Bildiyimiz kimi Allah İbrahimə əmr etdi ki, öz oğlunu qurban versin. Əgər Allah İbrahimin oğlunun əvəzinə qurban göndərməsəydi, nə baş verərdi? Onun oğlu ölərdi. Qurbanın əsas mənası bundan ibarətdir ki, kimsə kiminsə əvəzinə ölür. Allah qoyun göndərdi ki, insan əvəzinə qurban verilsin. Mən də ölüm hökmü altında idim.
– Sən bununla nə demək istəyirsən? – Əhməd pərtləşərək soruşdu.
Həmdi daha ciddi cavab verdi.
– Bibliyada – Müqəddəs Kitabda belə yazılmışdır.
“Günahım əvəzi ölüm…” (1)
Günahımın əvəzi ölümdür. Mən günahkaram. Ola bilsin insanlar qarşısında ləyaqətli insan kimi görünürəm. Hər gün dua edir, Allah kəlamı oxuyur və Ona qulluq edirəm. Amma Allahın qarşısında günahkaram. Allah qarşısında saleh olan insan varmı?
– Xeyr. – Əhməd belə cavab verdi. – Kamil olan yalnız Allahdır.
– Deməli, Allah qarşısında hamı günahkardır, eləmi? – Həmdi bu zaman bu sualı verdi.
– Bəli, əlbəttə, – Əhməd razılaşdı.
– Onda mən də İbrahim oğlu vəziyyətindəyəm, ölümün hökmü altındayam. Bəs mənim günahlarımın qurbanı hanı? Bəlkə Allah bir qurban göndərib ki, məni satın alsın? – Həmdi sualına davam etdi.
Əhməd sadəcə olaraq nə cavab verəcəyini bilmir, Həmdi isə sözünə davam edirdi:
– Vəftizçi Yəhya Məsih dövründə yaşamışdı və Məsihi ilk dəfə görərkən belə demişdi:
“Budur, dünyanın günahını aradan qaldıran Allah Quzusu!” (2)
Məsih insanın düşündüyü qurban (quzu) deyildir. O Allahın Quzusu idi. O Allahdan – səmadan gəlmişdi. Ruh bakirə Məryəmin üzərinə enmişdi və o, hamilə olub, Oğul doğmuşdu. Bildiyin kimi Onun adı Məryəm Oğlu İsadır. O, Allahın kəlamıdır, Allahın Ruhudur. O pak idi, O səmadan Allah Quzusu kimi gəldi. Məsih Allahın hüzurunda pak və saleh həyat sürməklə Allahın Quzusu olmasını sübuta yetirdi. O, Allahdan əfv diləmək ehtiyacında olmadı, çünki həqiqətən Allahın kamil bir Quzusu idi. Lakin O, dünyaya Allah Quzusu simasında gəldiyi üçün dünyanın günahını öz boynuna götürməli oldu. O könüllü surətdə həyatını qurban verməyə gəldi. Amma o, ölülərdən dirilib diri surətdə göyə qalxdı. Bir vaxt O bu dünyaya qayıtmalıdır.
Həmdi bir qədər susandan sonra Əhmədə baxıb dedi:
– Mən də İbrahimin oğlu kimi ölüm hökmü altında idim. Mənim günahım var. Allahın kamil Quzusuna Məsihə minnətdaram. İndi bu Quzunun sayəsində günahlarımız bağışlandı və əbədi həyatı, cənnəti əldə etdik. Məsih bütün bəşəriyyətin, o cümlədən sənin günahını Öz üzərinə götürdü.
Əhməd uzun müddət dinməzcə oturub düşünəndən sonra dilləndi:
– Əgər Məsih bütün dünyanın günahını Öz boynuna götürübsə, onda mən ölməliyəm. Belə çıxır ki, mənim də əbədi həyatım var.
– Əhməd, – Həmdi dedi. – Tutak ki, sənin ad günündür. Məsih əlində hədiyyə tutaraq qapını döyüb, sənə belə deyir: Əhməd mən sənə bir hədiyyə vermək istəyirəm, bu hədiyyə günahların bağışlanması, əbədi həyat və bu gün var olan Allaha şəxsi ünsiyyətdir. Sən tövbə etməlisən və günahlarını etiraf edib sənin üçün qurban getdiyinə görə əfv olunmana inanmalısan. Əgər bu hədiyyəni qəbul etsən sənindir, etməsən yox. Əhməd indi eşitdikləri barəsində düşünür və bir az çaş-baş qalmışdı. Nə edəcəyini bilmirdi.
– Yəqin ki, bunun necə qəribə misal olmasını düşünürsən. – Həmdi dedi. – Amma bu həqiqətdir ki, hər hansı Allah xadimi Allahın yolunun Məsihdən keçdiyini izah edərsə, sanki Dirilən, Var Olan Məsih Özü gəlib qapımızı döyür. O, Bibliyada belə deyir:
“Budur, Mən qapı qarşısında durub, onu döyürəm: kim səsimi eşidib, qapını açarsa, Mən onun yanına girəcəyəm və Mən onunla, o da Mənimlə axşam yeməyini yeyəcəyik.” (3)
Həmdi sözünə davam etdi:
– Məsihə qapı açmaq və Onu həyatına qəbul etmək, Onunla çörək kəsmək və ünsiyyət qurmaq – bu elə mənim üçün də başqası üçün də hədiyyəni qəbul etmək deməkdir.
– Həmdi istəyirəm deyim ki, sənin sözlərin mənə təsir etdi. Mən söhbətimiz haqqında düşünməliyəm və Məsih haqqında daha da çox məlumat almaq istəyirəm.
– İndi salamat qal.
– Salamat qal.
(1) Rom. 6:23
(2) Yəhya 1:29
(3) Vəhy 3:20