– Mənim üçün çox maraqlıdır ki, Məsih necə Bibliyanın ana xətti ola bilər? – Əhməd soruşdu.
– Yadındamı, biz dedik ki, Məsih Allahın Quzusudur və bizim günahlarımızı daşıyır? – Həmdi sual verdi.
– Əlbəttə, bunu necə unuda bilərəm. – Əhməd cavab verdi.
– Allah İsa Məsihə qədər qurbanlardan bəhs edir. – Həmdi dedi.
– Necə? – Əhməd soruşdu.
– Məsələn, Qabil və Habil dövründə nə qədər adam yaşamışdı? – Həmdi sual verdi.
Əhməd bu suala təəccüblənsə də cavab verdi:
– Dörd nəfər; Adəm, Həvva, Qabil və Habil.
– Yalnız dörd nəfərmi? – Həmdi soruşdu. – Amma onlar bilirdilər ki, Allaha qurban verməklə səcdə edə bilərlər. Bəs bunu haradan bilirdilər? Çünki bilirdilər ki, Allah pak və müqəddəs, insansa günahkardır. Öz günahlarını yumaq üçün qurbana ehtiyac var. Nuh peyğəmbər Allaha qurban vasitəsilə səcdə qılırdı; İbrahim də qurban vasitəsilə, Musa, Davud, bütün həvari və peyğəmbərlər də Allaha qurban vasitəsilə səcdə qılırdı. Bilirsənmi, mən də eynən belə edirəm?
– Artıq sən zarafata keçdin. – Əhməd dedi. – Sən bazara gedib, qoyun alıb qurban gətirirsən?
– Mən günahlarımı daşıyan qurban verilən Allahın Quzusu Məsih vasitəsilə Allaha səcdə qılıram. Bu Müqəddəs Kitab olan Bibliyada yazılmışdır:
“Allah bir və Allahla insanlar arasında olan Vasitəçi də birdir; O, insan olan Məsih İsadır. O Özünü hamı üçün fidiyə verdi.” (1)
Hamının, həmçinin sənin də günahlarını satın almaq üçün Özünü qurban verən, insanlarla Allah arasında vasitəçi olan bir Məsih var. Tarix yaranandan ta bu günədək insan Allaha qurban vasitəsilə səcdə edir.
Mənə elə gəlir ki, mən səni anlayıram. Amma tam aydın olması üçün daha dərin izaha ehtiyacım var. – Əhməd indi eşitdiyi barədə düşünərək dedi.
Həmdi dedi:
– Allah qurbanın mənasını tarix boyu açıb. Xüsusən Tövratda Musa vasitəsilə. Adətən qanun təlimində qurbanın kəffarə etməsi mənasını aşağıda göstərilən ayədə görürük.
“…hər şey qanla təmizlənir və qan tökülmədən bağışlanma olmur.” (2)
– Bəs Məryəm oğlu İsanın bu qurban təlimi ilə nə əlaqəsi var? – Əhməd maraqlandı.
– Bax belə, – dedi Həmdi. Paralel olaraq təlimdəki qurban mənası ilə peyğəmbərlər Məsih barədə peyğəmbərlik etmişlər. Bu peyğəmbərliklər arasında göstərilir ki, Məsih dünyaya gəlib bizim kəffarə qurbanımız olacaq.
Həmdi Bibliyanı götürdü, açıb Əhmədə göstərdi.
– Özün bax və diqqətlə oxu. Gör Məsih qurbanı haqqında necə yazılıb; Bunu Yeşaya peyğəmbər Məsihin gəlişindən 700 il əvvəl yazmışdır.
“Əslində xəstəliklərimizi o çəkdi, dərdlərimizi öz üzərinə götürdü. Biz isə onun Allah tərəfindən cəzalandırıldığını, vurulub iztirab çəkdiyini zənn etdik. Bizim asiliyimizə görə onun bədəni deşildi, şər əməllərimiz naminə əzildi, bizim əmin-amanlığımız üçün o cəza aldı, Onun yaraları ilə biz şəfa tapdıq. Hamımız qoyun kimi yolu azmışdıq, Hər birimiz öz yolumuzla gedirdik. Rəbb hamımızın şər əməllərinin yükünü onun üzərinə qoydu. Ona zülm etdilər, O iztirab çəkdi, amma ağzını açmadı. Kəsilməyə aparılan quzu kimi, qoyun qırxanların qabağında dilsiz-ağızsız qoyun kimi ağzını açmadı. (3)
Bu peyğəmbərlik sözləri Əhmədə dərin təsir etdi və həyəcanla dedi:
– Həqiqətənmi bu Məsih doğulmazdan neçə əsr əvvəl deyilib?
– Əlbəttə, – Həmdi dedi, – peyğəmbərliyə görə Məsih Davud nəslindən doğulmalıdır. Məsihdən min il əvvəl yaşayan Davud öz soyundan olacaq Məsihin çarmıxa çəkilməsini tam dəqiqliyi ilə qeyd edir. Bilirsənmi ki, çarmıxa çəkilmə necə uzun və işgəncəli cəzadır? Çarmıxa çəkilənlərin bir neçə saatdan sonra sümükləri oynaqlarından çıxırdı və onlar susuzluqdan yanırdılar. Davud peyğəmbər belə yazmışdı.
“Saxsı parçası kimi gücüm qurudu, dilim damağıma yapışdı, Sən məni torpağa salıb ölüm verdin. Şər insanlar dəstəsi məni dövrəyə aldı, it sürüsü kimi yan-yörəmi bürüdülər, ayaqlarımı, əllərimi deşdilər. Sümüklərimi saya bilirəm, onlar baxırlar, gözlərini mənə zilləyirlər! Aralarında paltarlarımı bölüşdürürlər, geyimim üçün püşk atırlar. Ya Rəbb, uzaq durma, ey mənim Qüdrətlim, tez dadıma çat! (4)
Davudun dövründə belə cəza üsulunun olmamasına baxmayaraq, o bunu tam dəqiqliyi ilə göstərmişdi. Bu cəza üsulu Davuddan çox sonralar kəşf olunmuş və Məsihin dövründə romalıların bu təcrübəsi tətbiq olunmuşdu.
– Sənin sözündən belə çıxır ki, bu peyğəmbərlik İsa Məsih dövründə həyata keçirilmişdi.
– Bəli, təkcə bu yox, başqa göstərilən peyğəmbərliklər də Məsihin başına gəlmişdi. – Həmdi cavab verdi. – Bir neçə hadisələrdə Məsih Özü belə təsdiq edir ki, O həyatını fəda etməyə gəlmişdi. O Özü haqqında belə deyir:
“Ona görə ki, İnsan Oğlu da Ona xidmət edilmək üçün deyil, xidmət etməyə və bir çoxları üçün canını fidiyə olaraq verməyə gəlmişdir.” (5)
Əhməd indi görürsən ki, Bibliyanın hər yerində Allahın qurban təlimi keçir və bu Məsih üzərində tətbiq olunur?
– Həmdi, – Əhməd dedi: – Mən bunu heç bir zaman eşitməmişəm. Çox maraqlıdır. Bu barədə düşünmək üçün mənə vaxt lazımdır.
– Rica edirəm, bu Bibliyanı məndən hədiyyə olaraq götürərsən, – Həmdi dedi: – Əhdi-Cədiddən başla. Orada Məsihin ecazkar möcüzələri və təlimi haqqında oxuya bilərsən.
– Çox sağ ol, – Əhməd dedi. – “Kitab əhlindən” çox eşitmişəm, lakin kitabın özünü oxumamışam. Həqiqətən Məryəm Oğlu İsanın möcüzələri və təlimi haqqında oxumaq istəyirəm.
– Salamat qal. (1) 1 Tim. 2:5-6
(2) İbr. 9:22
(3) Yeş. 53:4-7
(4) Zəb. 21:15-19
(5) Mark 10:45
– Salamat qal.