Allahın Kəlamı

– Sənin Məryəm oğlu İsa barəsində dediklərin məni düşünməyə vadar etdi.

– Əhməd ehtiyatla sözə başladı. – Düşünürəm ki, sənə bir neçə sual versəm inciməzsən. Məsih haqqında söhbətə başlamazdan əvvəl bu suallarıma cavab almaq istəyirəm.

– Əlbəttə, soruş, utanma. – Həmdi Əhmədin nə haqqında danışmaq istədiyini hiss elədi və cavab verdi.

Əhməd ehtiyatla sözə başladı:

– Bilirsən ki, biz müsəlmanlar səmavi kitablara iman edirik. Tövrat (Musanın beş kitabı), Zəbur (Davudun Məzmurları), İncil (İsanın Xoş Xəbəri) və Qurani Kərim. Amma mənə belə məlumat veriblər ki, Qurandan başqa bütün kitablar yəhudi və xristianlar tərəfindən o qədər dəyişdirilib ki, bu yazılara etibar etmək olmaz. Ona görə sənin iman etdiyin Müqəddəs Kitab olan Bibliya həqiqət və yalanın qarışığından ibarətdir.

– Buna aid hansı tarixi sübutlar gətirə bilərsən? – Həmdi soruşdu.

Əhməd bir qədər düşünəndən sonra bunun boş söhbətdən başqa tarixi dəlillər eşitmədiyini anladı.

Həmdi isə sözünə davam etdi:

– Zəhmət olmasa de görüm bu dediyin qarışıqlar necə və nə zaman baş verib?

– Yox, deyə bilmərəm. – Belə vacib sualların cavabını mənə heç bir zaman və heç kəs deməyib.

Bir qədər sükutdan sonra Həmdi soruşdu:

– Əstəfurullah! – Əhməd səsini ucaldı, – bu mümkün deyil. İmanlılar Quran haqqında bu cür düşünəni belə, qəbul etməzlər.

Həmdi cavab verdi:

– Bəs onda nə üçün bizim Bibliyaya başqa cür yanaşdığımızı düşünürsən? Niyə düşünürsən ki, əsl imanlılar dəyişilmiş Müqəddəs Yazıları qəbul edə bilərlər? Göyü, yeri yaradan, hər şeyə qadir olan Allah inanıram ki, insanlara verdiyi Kəlamı saxlamağa da qadirdir.

Həmdi Əhmədə nüfuzedici baxışlarla baxıb soruşdu:

– Hər şeyin Allahın iradəsilə olmasına inanırsanmı?

– Bəli. – Əhməd dedi.

Həmdi sözünə davam etdi:

– Allahın dünyaya Kəlam yollayıb, sonra dəyişilməsinə qərar verdiyinə inanırsanmı? Yoxsa Küll-İxtiyarın onu qorumasına gücü və hökmü çatmadı?

Əhməd razılaşdı:

– Əlbəttə, Allah Öz Kəlamını qorumağa qadirdir.

– Bilirsən, Əhməd, – Həmdi dedi, – Bibliya çox gözəl kitabdır; O, 1400 il ərzində yazılıb və Tövrat, Zəbur, İncil peyğəmbərlərlə həvarilər tərəfindən yazılan çoxlu kitablardan ibarətdir. Bibliya iki hissəyə bölünür: Əhdi-Ətiq miladdan əvvəl baş verən əhvalatlar, Əhdi-Cədid miladdan sonra baş verən hadisələr. Bibliya üç dildə yazılıb.

– Hansı dillərdə. – Əhməd soruşdu.

– Qədim ibrani, arami və yunan dillərində. – Həmdi cavab verdi.

– Allah müxtəlif insanlar vasitəsilə bu kəlamı nazil etdi. Bunlardan kimisi padşah, kimisi kahin, kimisi çoban, kimisi isə balıqçı idi. Bibliya Allahın əsl möcüzəsidir, çünki uzun zamana və çox insanlar tərəfindən yazılmasına baxmayaraq, bütövlükdə bir kitabdır. Yalnız bir mövzu var ki, bu Bibliyanın ana xəttidir, Əhməd. Bu Məsih mövzusudur.

– Həqiqətənmi bütün 1400 ili Allah Məsih haqqında danışıb? – Əhməd təəccüblə soruşdu.

– Əhməd – Həmdi gülümsədi, – Allah Məsih haqqında tarix yaranandan bu günədək danışır.

– Bu mümkündürmü? – Əhməd şübhəli-şübhəli soruşdu.

– Əlbəttə, Allah üçün hər şey mümkündür.

– Həmdi cavab verdi. – Amma bu barədə növbəti görüşümüzdə danışarıq.

– Mən səbirsizliklə gözləyəcəm.

– Salamat qal.

– Salamat qal.