Əhməd üç barmağını qaldıraraq soruşdu:
– İndi sən nə görürsən?
Həmdi onun nə deyəcəyini başa düşərək gülümsəyə-gülümsəyə cavab verdi.
– Bir əlin üç barmağını.
Əhməd sözünə davam etdi:
– Həmdi, səncə Allah birdir, yoxsa üç?
Həmdi dedi:
– Ola bilsin ki, mənim necə iman etdiyimi sən tamlığı ilə dərk etməyəsən. Amma bil ki, mən göyü, yeri yaradan Küll-İxtiyara, hər şeyi bilən, hər yerdə var olan yeganə Allaha inanıram.
Bildiyin kimi mənim imanım Bibliyaya əsaslanır. Bibliya öyrədir ki, Allah təkdir və Bibliyanın çox yerlərində göstərilir.
Əhməd inadkarcasına dedi:
– Amma Allah həm üç, həm də tək ola bilməz.
O üç barmağını qaldıraraq, 1+1+1=3, bu bir deyil.
Həmdi soruşdu:
– Sən neçə nəfər Əhmədsən, bir, yoxsa iki?
Əhməd dedi:
– Əlbəttə bir.
Həmdi dedi:
– Lakin Allah səni yaradanda sənə bədən və ruh verdi. Sənin bədənin Əhməddirmi?
Əhməd dedi:
– Əlbəttə.
Həmdi soruşdu:
– Sənin ruhun da Əhməddirmi?
Əhməd Həmdinin fikrini anlayaraq dedi:
– Bəli.
Həmdi sözünə davam etdi:
– Əgər bizim hər birimiz ruh və bədəndə vahid yaranmışıqsa, niyə Allah üçlükdə bir olmasın?
Həmdi yenə sözünə davam etdi:
– Tutaq ki, Allah bir tam şəklindədir. Bu tamlıq özünü üç şəkildə təzahür etdirir. Bax 1x1x1, neçə edir?
Əhməd sakitcə cavab verdi:
– Bir. Lakin Məryəm oğlu İsa insandır, Allah oğlu deyil, – Əhməd başını qaldırıb diqqətlə Həmdiyə baxdı. – Necə düşünürsən, Məsih Allahın Oğludurmu?
Həmdi soruşdu:
– Səncə mən necə düşünə bilərəm?
Əhməd dedi:
– Tam əmin deyiləm, amma sən Allahın Məryəmlə əlaqəyə girib, oğlu olmasına inanırsanmı?
Həmdi qışqırdı:
– Əstafürullah! Mən heç vaxt belə düşünmərəm və heç bir Məsih imanlısı tanımıram ki, buna inansın.
Əhməd təəccüblə soruşdu:
– Bəs nəyə inanırsan?
Həmdi dedi:
– Allahın əbədiliyinə. Heç nə yaranmazdan əvvəl Onun əbədiyyətə həmişə var olmasına inanıram. İncil Məsihin şəxsiyyətini şərh edərkən İsanın dünyaya gəlişi ilə başlamır, şərhini əbədiyyətdən başlayır. İncil yazır:
“Əzəldən Kəlam mövcuddur; Kəlam Allahda olub və Kəlam Allah olub. O əzəldən Allahda olub. Hər şey Onun vasitəsilə yarandı və yaranan şeylərin heç biri Onsuz yaranmadı. Həyat onda olub, həyat isə insanların nuru olub.” (1)
Allah dünyanı sözlə yaratdı, elə deyilmi?
Əhməd dedi:
– Elədir. Allah dedi “qoy olsun” oldu.
Həmdi dedi:
– Beləliklə, Allah dünyanı Öz sözü ilə yaratdı. Allahdan gələn Kəlam Allahın tərkib hissəsi idi. Kəlam Allahın yaradıcılıq gücü ilə dolmuşdu və bu Söz hansı istiqamətə yönəlirdisə, orada müxtəlif şəkildə həyat yaranırdı.
– Bəli razıyam, amma “Kəlam Allah idi” nə deməkdir? – Əhməd soruşdu.
Həmdi dedi:
– Məsələn mən məhkəmədə olsaydım, mənim sözlərimi məndən ayırmaq olmazdı. Sözlərim məni təmsil edərək, mənim tərkib hissəm olacaqdı. Biz səninlə burada oturub söhbət edərkən, bizi sözlərimiz təmsil edir. Allah kainatı yaradanda Onun dilindən çıxan Söz Onunla bir idi. Sən Allahı Onun sözündən ayıra bilməzsən. Bu, Allahın əbədi Sözüdür, Allah ilə birdir və Allahın bütün xüsusiyyətlərini Özündə daşıyır. Bu da yazıldığı kimi Məryəm İsa vasitəsilə özünü göstərdi.
“Kəlam bəşər olub lütf və həqiqətlə dolu olaraq aramızda sakin oldu; biz də Onun izzətini, Atanın vahid Oğlunun izzətini gördük.” (2)
Həmdi sözünə davam etdi:
– Allahın Özü haqqında dediyi hər şey və hər bir xüsusiyyət Məsihdə təzahür olundu. Allah Müqəddəsdir və insanlar Onun müqəddəsliyini Məsihdə gördülər. Gördülər ki, Məsihin müqəddəsliyi ilahi müqəddəslikdir. Allah sevgidir. İnsanlar görəndə ki, Məsih uşaqları necə sevir, Onda Allahın sevgisini gördülər. Allah bütün hakimiyyətin, gücün, qüdrətin sahibidir. İnsanlar İsanın su üzərində gəzməsini, güclü küləklərə əmr edərək yatırmasını, çörəyi artırmasını, korların gözlərini açmasını, ölüləri diriltməsini görərkən, Onda Allahın hakimiyyətinin, gücünün, ehtişamının özünü göstərdiyini gördülər.
Əhməd inad edərək soruşdu:
– Bəs Allah necə hər yerdə var ola bilər ki, Özünü bir nəfərdə məhdudlaşdırmışdı? Məsihdə olarkən Allah kainatı idarə etməyi saxlamışdımı?
Həmdi dedi:
– Əhməd, təsəvvür elə ki, biz ucsuz-bucaqsız okeandayıq. Okeandan bir stəkan su götürək. Əgər bu suyu analiz etsək, bu stəkandakı su okean suyu ilə eynidir. Məsih də eləcə. Əbədi və hər yerdə var olan Allah Özünün bütün xüsusiyyətləri ilə, hökmü ilə Məsihdə göstərdi, lakin Özünü məhdudlaşdırmadı. O daima sonsuzdur.
Əhməd dedi:
– Axı Allah Özünü insanda göstərə bilməz.
Həmdi soruşdu:
– Biz Allahı necə məhdudlaşdıra bilərik? Necə deyə bilərik ki, O nəyisə bacarmaz? Məgər O, hər şeyə qadir deyilmi?
Əhməd dedi:
– Əlbəttə, O hər şeyə qadirdir. Lakin inana bilmirəm ki, Allah özünü insanda göstərə bilsin.
Həmdi dedi:
– Gəl etiraf edək ki, bu bizim problemimizdir. Allah hər şeyə qadirdir. Əgər əvvəlcədən bilməsəydin, eşitməsəydin ki, Allah Özünü Musaya yanan kolda göstərərək, Musa ilə kolun içindən danışıb, onda nə deyərdin?
Əhməd bir qədər düşünəndən sonra öz fikirlərinə güldü. Anladı ki, Allahın Özünü insanda göstərməsi koldan göstərməsindən heç də çətin deyil.
Həmdi sözünə davam etdi:
– Əhməd, bir düşün “Allah Kəlamı” və “Allahın Ruhu” dediyimiz varlıq həqiqətən kimdir?
Hətta Allahın Ruhu belə, Allah ilə birdir. Bildiyimiz kimi Allahın Ruhu Məryəmin üzərinə enəndən sonra Məsih doğuldu. Necə ki, Cəbrayıl demişdi:
“Müqəddəs Ruh sənin üzərinə gələcək və Haqq-Təalanın qüdrəti üstünə kölgə salacaqdır; buna görə də, səndən doğulacaq Müqəddəsə Allahın Oğlu deyiləcəkdir.” (3)
Buradan belə sual yarana bilər ki, bu şəkildə yer üzərinə gələn kimdir? Əhməd, fərz edək ki, Məsih zamanında həkim idin və Məsihin doğum haqqında şəhadətnaməsini sən yazmalı idin. Bunu necə yazardın? Onu necə adlandırardın?
Əhməd dedi:
– Yəqin ki, İsa yazardım.
Həmdi soruşdu:
– Anasının adını nə yazardın?
Əhməd dedi:
– Bakirə Məryəm.
Həmdi gülümsəyərək dedi:
– Axı bu şəhadətnamədə atasının da adı yazılmalıdır.
Əhməd gülməkdən uğunub getdi:
– Onun ki, atası yox idi.
Həmdi dedi:
– Düzdür, Onun yerdə atası olmadığına görə o yeri boş qoyardıq, ya da soruşardıq: O haradan gəlib? Allahın Kəlamı və Ruhundan olan bu Şəxs kimlərdəndir? Göylərdən gələn bu şəxs kimdir? O Özü deyir:
“Allahın çörəyi göydən enən və dünyaya həyat verəndir. İsa onlara dedi: “Mən həyat çörəyiyəm, Mənim yanıma gələn əsla acmaz və Mənə iman edən əsla susamaz.” (4)
“Mən göydən enmiş olan, həyat bəxş edən çörəyəm; əgər bir adam bu çörəkdən yeyərsə, əbədi yaşayacaqdır. Dünyanın həyatı üçün verəcəyim çörək də Öz ətimdir.” (5)
Əhməd, O, bəşəriyyət uğrunda canını fəda etməyə gəldi. Gündəlik çörək yeyən şəxs fiziki həyatını davam etdirir, səmadan gələn Allah çörəyini yeyən isə ruhani və əbədi həyat alır. Məsihə iman edən insan Onunla vəhdət təşkil edir. O, Allahdan susuzluğu və aclığı söndürən həyatı alır. Mən bunu təcrübədən keçirmişəm. Əhməd, Məsih Allahın sənin üçün verdiyi qurbandır.
Əhməd dedi:
– Buna hələ hazır deyiləm. Beynimdə çox fikirlər dolaşır. Zənnimcə sənin Allaha olan imanını düz anlamamışam. İndi sənin yeganə Allaha və Özünü Məsihdə göstərməsinə olan imanını çətinliklə dərk edirəm. Bilirsən ki, Məsihi sidq ürəkdən sevirəm. Amma mənim cavab veriləsi çox suallarım var. Həmdi, gəl bu sualları gələn səfərə saxlayaq.
– Salamat qal.
– Salamat qal.
(1) Yəhya 1:1-4
(2) Yəhya 1:14
(3) Luka 1:35
(4) Yəhya 6:33, 35
(5) Yəhya 6:51