012 465 4150 info@yeniheyat.com

Originally posted 2015-08-12 11:34:02.

 

1) Stoviyes (Şotlandiya).

2) Pizza (mayalı)

3) Tortillas – Meksika Lavaşı (8 – 10 nəfərlik)

 

1) Stoviyes (Şotlandiya)

* Tərkibi:

– 1 xörək qaşığı kərə yağı

– 2 ədəd iri doğranılmış soğan

– 900 q yoğun-yoğun dilimlənmiş kartof

– 1 çay qaşığı duz

– ½ çay qaşığı istiot

– 1 stəkan su

– 1 stəkan didilmiş toyuq əti və ya başqa hər hansı bir ət

– 1 xörək qaşığı xırda doğranmış cəfəri

* Hazırlanma qaydası:

Kərə yağını qazanda isidin, soğanları qızarana qədər pörtlədin. Kartof, duz, istiot əlavə edib qarışdırın. Tavaya su tökün, qapağını qoyun və 35 dəqiqə qaynadın. Tavaya ət və cəfəri əlavə edib 10 dəqiqə qaynadın.

“İsa öz şagirdlərinə belə dedi: “Buna görə də mən sizə deyirəm: [Nə yeyəcəyik?] deyib canınız üçün, [nə geyinəcəyik] deyib bədəniniz üçün qayğı çəkməyin.Can yeməkdən, bədən isə geyinməkdən daha vacibdir” Luka 12.22 – 23

Yuxarı

2) Pizza (mayalı)

* Tərkibi:

– 2 stəkan yarım un

– ¾ stəkan ilıq su

– ¼ stəkan zeytun yağı

– 1 ç.q. duz

– 1 x. q. maya

* Hazırlanma qaydası:

Mayanı ilıq suya tökürsən. Maya şişib hazır olduqdan sonra, zeytun ve duz əlavə edib xəmir hazırlayırsan. Xəmir şişib acıyanda, xəmiri yayırsan. Xəmiri fırına qoyanda, xəmiri çəngəl ilə 5 – 6 yerdən deşin. 8 dəq. fırında qalsın. Amma tam bişməsin. Sonra fırından götürüb üzərinə hazırlanmış tomatlı qarışığı sürtün. Sürtdükdən sonra sürtgəcdən keçirilmiş holland pendirini tökün. Təkrar fırına qoyun. Xəmiri tam bişənə qədər saxlayın ( 5 – 10 dəq.)

Yuxarı

3) Tortillas – Meksika Lavaşı (8 – 10 nəfərlik)

* Tərkibi:

– 4 stəkan un (1000 gr)

– 6 xörək qaşığı bitki yağı (90 ml)

– 2 çay qaşığı duz (10 ml) qarışdır

– 1 stəkan su (250 ml)

* Hazırlanma qaydası:

Qarışıg qurusunu suyun üstünə töküb xəmiri hazırla. Yoğurdugdan sonra xəmiri balaca küdələrə bölursən və xəmiri 15 dəqiqə dincəlsin.

Tavanı yaxşıca qızdırırsan amma yağ tökmək lazım deyil. Sonra xəmiri tavaya qoyaraq hər iki üzünə azca qizardırsan. Nuş olsun. Tortilanı iki cür içliklə hazırlmaq olar: 1. çəkilmiş ətl pomidor, xiyar, göyərti, 2. ağ və ya sarı Holland pendiri, pomidor, xiyar, göyərti, bibər.

“Yuxaridan nazil olan müdriklik əvvəl safdir, sonra da sülhpərvərdir, mülayimdir, itaətlidir, mərhəmət və xeyirli səmərələrlə doludur, qərəzsizdir, riyasizdir.” – Yaqub 3.17

Yuxarı