Allah həsrəti uşaqlığımdan bu yana içimdə vardı. Zəyif bir evliliyin nəticəsində özümü ibadətə və türbə ziyarətlərinə atmışdım. Gündə beş dəfə namaz qılır, dua edir və təsbeh çəkərdim. Әslində deyim yerindəsə, dini aclıqdan olduqca radikal biriydim.

Amma buna rəğmən ürəyimin bir yerində elə dolmadan bir boşluq var idi. Bu boşluğun səbəbini o vaxtlarda heç başa düşmürdüm. Tərs gedən nə idi? Dinimin mənə buyurduğu bütün buyruqları yerinə yetirimirdimmi? Bir qədər vaxtdan sonra atalarımın tapıldığı təriqətə mən də qatıldım. Allahı və mənəvi dolmanı tapmaq ümidiylə beş ilim təriqətə keçdi. İlk başda gözümə gözəl və xoş görünən hər şeyin bir müddət sonra əslində göründüyü kimi olmadığını anladım. Haqq-hesab münasibətlərim fərq etdiyimdə yıxıldım! Allaha ‘Sən yoxsan’ deyə fəryad etdim. Artıq aldadılmaqdan, bir xəyalın qabağında qaçmaqdan yorulmuşdum. Daha sonra ‘Həyat verən’ qurtarıcı İsa Məsih, həyatıma elə girdi ki, köhnə olan nə varsa silib-süpürdü sanki! 2000 ci ilin oktyabr ayında yarım iflic olaraq xəstəxanaya qoyuldum. Üç gün ərzində özümü bilmədən komada qalmışdım. Komadaykən, həkimlər məndən ümidini kəsmişlər. Amma, İsa məni o vaxt buraxmadı. Yeni bir həyat verdi. İndi sağlam bir xanımam. Həkimlər keçirtdiyim komanı və sonra gələn yaxşılığı ‘möcüzə’ olaraq xarakterizə edirdilər. Təbii ki, bir möcüzəydi! Onlar mənə yeni həyatı bəxş edənin İsa olduğunu heş bir zaman bilmədilər.

İsanın qurtuluş müjdəsini qəbul etdiyimdə 51 yaşındaydım. O vaxt belə demişdim: Rəbb mən yaşlı bir qadınam, nə üçün məni seçdin? Mən xidmət etmək üçün çox yaşlıyam! Amma indi bilirəm ki, Rəbbin gözündə gənc-yaşlı deyə bir fərq yoxdu. O hər kəsə fürsət verir. Bu fürsəti hər kəs daha vaxt varkən dəyərləndirsin deyə dua edirəm. Həqiqi sevginin, yaşayan ümid, iman və ən önəmlisi allahın övladı olduğunu bilərək yaşamaq gözəldi. Məhz inandığım bu Rəbbə həmd olsun!