Xülasə:

Allah bizi nə ilə təmin etməyi vəd etmişdir?

Son 2 həftə ərzində biz Allahın pul və əmlakımızdakı iştirakı barədə danışdıq. Biz dedik ki, Allah hər şeyin Yaradıcısı, hər şeyin Sahibi, hadisələri idarə edən və ehtiyaclarımızın təminatçısıdır.

İndi biz öz iştirakımıza aid olan tərəf (hissə) barədə söhbət edəcəyik. Allah Onun pulu ilə davranmağımızın məsuliyyəti barədə çox söyləyib.

Matta 25:14-30 oxuyun.

Bu məsəldə biz kimik və Rəbb kimdir?

Müqəddəs Kitabda bizim pulla əlaqədar olan əsas idarəçilik məsuliyyətimiz göstərilib. Müqəddəs Kitabda göstərilmişdir ki, idarə etmə ən böyük məsuliyyətli işlərdən biridir. İdarə edən öz Sahibinin rəhbərliyi altında böyük səlahiyyətə malikdir və sahibinin bütün mülkiyyətinə və evdəki işlərinə cavabdehdir.

Nə üçün sahibkar öz qulluqçularından məhz ikisini təriflədi? Qulluqçuların sahibkarın pulu ilə davranmaları tərzi nəyi əks etdirir? Onların xırda işlərdə sadiq olmağı nə ilə nəticələndi. Nə üçün ağa öz qulunu məzəmmət etdi (danladı)?

Onun öz sahibinin pulunun bu cür istifadə etməsinin nəticəsi nə oldu?

1 Korinflilərə 4:2-ni oxuyun. Qul üçün ən vacib şey nə idi? Luka 16:1-13-ni oxuyun.

10-cu ayədə tapdığınız əsas məqamı təsvir edin. Ən vacib məqam-xırda işlərdə belə sadiq olmaqdır. Bu sizin vəziyyətinizlə nə cür səsləşir?

11-ci ayə nəyi bildirir? Həqiqi sərvət nədir?

12-ci ayədə etimadınızı nə ilə qazanmalısınız?

Siz başqasının malından istifadə edən zaman ona sadiqsinizmi?

Biz başqasının malından istifadə edən zaman ona sadiq olmalıyıq.

Luka 16:1-2-ni oxuyun.

Eşikağasının başına nə gəlib? Nəyə görə?

Əsas: Əgər biz bu əmlakdan əstifadə edərkən israfçılığa yol versək, o zaman Rəbb bizi idarəçilik səlahiyyətindən azad edəcək. Necə deyərlər, aldığını verməyən aradığını tapmaz.

Ən vacibi budur ki, Allahın bizə etibar etdiyi şeylərə, biz sədaqətli və itaətkar olaq. Əgər biz xırda işlərdə sadiq olarıqsa, Allah bizə daha böyük işlər tapşırar, lakin əgər biz xırda işlərdə sadiq deyiliksə, Allah bu işləri bizə etibar etməyəcək.

Sual:

Səni Allah nəyə sadiq olmağa çağırıb?

Qeyd: Bu prinsip tək pul və maddi sərvət üçün deyil, həmçinin Allahın sizə tapşırdığı bir iş, insan, yaxud başqa bir şey üçün də nəzərdə tutulur. Məsələn: Allah bir çoxlarımızın ailə qurmasına izin verib. Allah bizə həyat yoldaşlarımızı sevməyi, onların qayğısına qalmağı tapşırıb və bundan savayı bir çox başqa məsuliyyətli işləri də etibar edib. Valideynlik Allah tərəfindən hər iki valideynə həvalə edilən böyük məsuliyyətdir.

Pulla və maddi sərvətlə əlaqədar olan ən böyük sual budur, Allahın mənə etibar etdiyi işə nə cür sadiq ola bilərəm?

Növbəti dərslərdə biz bu suala cavab verəcəyik.

YUXARI