Xülasə:
Nəyə görə Allah pul haqqında belə çox danışmışdır?
Məmnunluq haqqındakı dünyəvi fikirlə Allahın fikri arasındakı fərq nədir?
Sosializm dövründə heç bir şəxsi mülkiyyət yox idi, mövcud olan iş və mülkiyyət dövlətin əlində cəmləşmişdi. Lakin indi artıq, əhaliyə şəxsi mülkiyyət verilmişdir. Bu baxımdan insanlarda seçim üçün geniş imkanlar vardır: iş və yaxud əmlak.
Giriş: (Qələm və kağız götürün). Mən dostuma təcili məktub göndərməliyəm. Məktub yazmaq üçün bunlardan hansı daha vacibdir, – qələm, yoxsa kağız? Cavab: onların hər ikisi lazımdır. Biri digərsiz keçinə bilməz. Eləcə də, puldan düzgün istifadə etmək üçün 2 vacib şey lazımdır. Əgər bunlardan biri olmazsa, biz iflasa uğraya bilərik. Bu iki şey bunlardır:
1) Allah,
2) Biz.
Bu dərsdə biz Allahın məsuliyyətini nəzərdən keçirəcəyik.
Sizcə, nəyə görə puldan necə istifadə etmək lazım olduğunu söyləyən Allahın buna səlahiyyəti çatırmı?
Səbəb:
— Allah yaradıcıdır.
Koloslulara 1:15-17-i oxuyun. Bütün şeylərin yaradıcısı kimdir? O, nə üçün bütün bunları yaratdı? (16-cı ayə). Bunu təsdiq edən çoxlu elmi sübutlar vardır. Məsələn: Yer kürəsi ilə günəş arasındakı məsafə-150 milyon km-dir.
Əgər onlar biri-birinə bundan bir az yaxın və yaxud bir-birindən bir az uzaq olsaydılar, bu onların məhvinə gətirib çıxara bilərdi. İdraka malik olmayan obyektlər (ulduzlar, ay, planetlər) biri-biri ilə daim qarşılıqlı əlaqədə hərəkət edirlər. Yaradıcıya aid olan başqa şeylər hansılardır?
— Allah hər şeyin sahibidir.
1 Korinflilərə 10:26, Əyyub 41:11 (bunu deyən Allahdır),
1 Korinflilərə 6:20-i oxuyun. Bütün hər şeyin sahibi kimdir? Sizin sahibiniz kimdir? 1 Korinflilərə 6:20. Biz hansı qiymətə alınmışıq? Hökumət öz əmlakını insanların öhdəsinə verir, ancaq Allah heç vaxt Öz mülkiyyət hüququnu yaratdığı insanın öhdəsinə vermir. Məmnun olmağa qadir olmaq üçün siz Allahı, malik olduğunuz hər şeyin sahibi kimi tanımalısınız. Əgər düşünsəniz ki, malik olduğunuz əmlakın, hətta hər hansı bir əşyanın sahibi məhz siz özünüzsünüz, onda bu əşyaya təsir edən gözlənilməyən hadisələr sizin əlaqələrinizdə əks olunacaqdır.
Əgər mülkiyyətinizlə əlaqədar iltifatlı bir hadisə baş versə, siz şad olacaqsınız; lakin əgər bir pis hadisə baş versə, siz məyus olacaqsınız. Belə bir misal sizi düşündürə bilərmi? Hər hansı bir hadisə zamanı arzu olunmaz bir şey baş verir, siz isə müflisləşirsiniz və bu sizin münasibətinizə pis təsir edir.
Dua edə-edə sahib olduğunuz əmlaka olan münasibətinizi qiymətləndirin. Malik olduğunuz əmlakın həqiqi sahibinin kim olduğunu bilirsinizmi?
Allahın hər şeyin sahibi olduğunu dərk etmək həmişə çətindir. Allahın, sizin malik olduğunuz əmlakın sahibi olduğuna inanmaq asandır, lakin bu cür fikirlə daim yaşamaq asan deyil. Həqiqətən, hər şeyin sahibi Allah olduğunu dərk etmək, düşüncəmizin tamamilə dəyişilməsini tələb edir. Allahın hər şeyə sahib olduğunu dərk etmək üçün hansı praktiki təkliflər mövcuddur? Bəzi təklif edilmiş cavablara baxaq:
a) Allahın kəlamı üzərində fikrinizi cəmləşdirin (1Kor. 10:26; Əyyub 41:11 və s.).
Şəxs əvəzliklərini işlətdikdə diqqətli olun: “Allahın”, “Mənim”, “bizim” (məsələn: “mənim pulum” yox, “Allahın pulu”).
Rəbbdən xahiş edin ki, Öz sahibliyini dərk etmək üçün sizə kömək etsin və həmçinin, sizin hər bir şeyə sahib olmaq istəyinizi aradan götürsün.
Hər dəfə müəyyən bir şeyə malik olanda Rəbbin bunun sahibi olduğunu özünüzə təlqin edin. Allahın maddi vəziyyətə nəzarət etdiyini dərk edin.
Allah maddi vəziyyətə nəzarət edir.
Əyyub 12:13-25-i oxuyun. Allahın dünyanın işlərindəki iştirakını nə cür təsvir edə bilərsiniz?
Romalılara 8:28-i oxuyun. Allahın bizimlə bərabər hər vəziyyətdə yaxşılıq üçün fəal olmasının səbəbi nədir? Allahın maddi vəziyyətinizin idarəedicisi olduğunu hiss etdikdən sonra, siz həyatınızdan məmnun olmağı bacaracaqsınız.
İnanırsınızmı ki, həyatınızda baş verən hadisələri Allah idarə edir? Belə olduqda hansı təkliflər Allahı həyatınızda olan hadisələrin idarə edicisi kimi tanımağa sizə kömək edə bilər?
a) Allahın Sözü üzərində fikrinizi cəmləşdirin və əzbərləyin (Rom. 8:28, 1Pad.2:6-8, Zəbur 139, Vaiz 7:14 ).
b) Əgər həyatınızda bir yaxşı və ya pis hadisə baş verirsə, bilin ki, bunları edən və bu hadisələrin baş verməsinə yol verən Allahdır. Bunu özünüzə təlqin edin.
v) Allahdan soruşun ki, O, bu hadisələr vasitəsilə sizə nə öyrətmək istəyir?
q) Dua edin və Allahdan xahiş edin ki, sizə, pulunuzda, əmlakınızda və baş verən hadisələrdə öz düşüncəsini bildirsin.
Xülasə:
Pulu nə cür istifadə etməyi bizə söyləyən, Allah nəyə görə belə səlahiyyətə malikdir?
Pula və malik olduğumuz şeylərə münasibətimiz nə cür olmalıdır ki, bundan məmnum olaq?
Müqəddəs Kəlamın əzbərlənməsinə dair (İnsanlara çatdırın ki, bunu İncilin arxasında olan boş səhifələrdə yazsınlar və əzbərləsinlər).
1 Salnamələr 29:10-13
10) “Davud bütün camaatın gözü önündə Rəbbə həmd edib dedi: “Ey atamız İsrailin Allahı Rəbb, əzəldən əbədiyyətə qədər Sənə həmd olsun! 11) Ya Rəbb, əzəmət, qüdrət, cəlal, zəfər və şöhrət Sənə məxsusdur; çünki göydə və yerdə olan hər şey Sənindir. Ya Rəbb, padşahlıq Sənindir və hökmdar olaraq hər şeydən ucasan. 12) Sərvətlə izzət Səndən gəlir və Sən hər şeyə hökmranlıq edirsən; hər kəsi yüksəltmək və gücləndirmək üçün qüdrət və güc Sənin əlindədir. 13) İndi, ey Allahımız, biz Sənə şükür edirik və izzətli adına həmd edirik.”
10 -11-ci ayələrdə Allahın hansı xüsusiyyətlərini görürük? Əbədi, gözəl, qüvvətli, izzətli, hər şeyin sahibi olan Rəbb.
12-ci ayədə Allahın hansı xüsusiyyətlərini görürük? Sərvəti, izzəti təmin edən, hər şeyin hakimi, qüdrət və qüvvət, hər kəsi böyüdən və qüvvətləndirən.
Əhdi-Ətiqdə Allah “Yəhve-İre” kimi danışır, bu da “Rəbb təmin edəcəkdir” mənasını verir. O, Öz övladlarının qayğısına qalır və onların ehtiyaclarını təmin etmək üçün, Ona bu işdə müvəffəqiyyətli və güclü təsərrüfat lazım deyil.
Matta 6:25 -34-ü oxuyun.
1. Biz nəyin qayğısına qalmamalıyıq? 25-ci ayə.
2. Nə üçün biz yemək və paltarların qayğısına qalmamalıyıq?
Rəbb bizim ehtyaclarımızı təmin etmək üçün vəd edir. Arzu etdiyiniz və ehtiyac duydyğunuz zəruri əşyalar arasında əsaslı fərq mövcuddur. Gözəl restoranda bahalı yeməklər, təzə maşın və dəbdə olan yeni paltarlar bunlar hamısı arzu etdiyiniz şeylərdir. Rəbb bizim ehtiyaclarımızı (həyatımızın zəruri tələbatını) təmin etməyi öz boynuna götürüb, lakin o bizim arzu etdiyimiz tələbatımızı təmin etməyə vəd etməmişdir. Bəzən O, arzu etdiyimiz şeylərin yerinə yetirilməsinə izin verir, ancaq O, bunu vəd etməmişdir. Bu məmnun olmağımızın əsas özəyidir (“ürəyi”dir); Birincisi, anlamalıyıq ki, Rəbb bizim zəruri ehtiyaclarımızı təmin etmək üçün vəd edib, ikincisi, başa düşməliyik ki, O, bizə bu ehtiyaclarla üzləşdikdə də belə, bununla kifayətlənməyi, məmnun olmağı söyləyib.
1 Timoteyə 6:8-də Pavelin yazdığına görə onlara kifayətlənmək üçün nə lazımdır?
Filipililərə 4:19-u oxuyun. Allah bizə nəyi vəd edib? Biz Onun təminat vədlərinin tələbatında olduğumuza görə, rahat və məmnun ola bilərik.
Nə üçün Allah izin verir ki, bəzi insanların pulu və əmlakı başqalarına nisbətən çox olsun?
1 Salnamələr 29:12-ni oxuyun. Sərvət və izzət haradan gəlib?
Vaiz 7:14, Əyyub 1:20-22 (qısaca 1-19-cu ayələrdə olan hadisələri şərh edin). Allah Əyyuba sərvət verdi, lakin sonra bunları ondan alıb. Biz başa düşməliyik ki, Allah Öz iradəsinə uyğun kimə istəyirsə verir, və kimdən istəsə, alır. Çox vaxt Allah, pulla və maddi sərvətlə sədaqətlə rəftar etməyi bacaran övladlarına, maliyyə işlərində xeyir-dua verir, lakin hərdən isə O, onları yoxsul vəziyyətində saxlayır.
Nə üçün Allah Öz övladlarını maddi cəhətdən zənginləşdirmir? (Bunların bir neçə səbəbi vardır). Yaxud niyə Allah bizim həyatımıza çətinliklərin müdaxilə etməsinə yol verir?
Xasiyyət – Allah bizim xasiyyətimizi dəyişdirmək və möhkəmlətmək istəyir (Rom. 5:3-4-ü oxuyun). Lazımi xasiyyətə malik olmaq və bu işdə inadkar olmamağımız üçün Allah bizim həyatımızda çətinliklərin yaranmasına tez-tez yol verir.
Tərbiyə – Əhdi-Ətiqdə göstərilir ki, İsrail xalqının etdiyi günahlara görə Allah onların əllərindən var-dövləti almışdı ki, onları tərbiyələndirsin və yenidən Öz tərəfinə çəksin.
Hakimlik – Əgər bizim varlanmağımız bizi Allahla daha çox yaxınlaşdırsa, O, bunu eyni səviyyədə saxlaya da bilər. Pul və maddi sərvətlər həyatımızın hakimliyinə xələl yetirib, bizi Allahla rəqib vəiyyətinə gətirib çıxara bilər. Buna görə də, Allah bizi pul və maddi sərvətlərdən uzaqlaşdırmağı üstün tutur. Allah qısqanc Allahdır və O, istəyir ki, həyatımızda, yalnız O, Özü birinci olsun. İncildə Rəbb sözünün mənası ən yüksək səlahiyyətçi, hakim, nəzarətçi deməkdir.
Şəhadətlik – Dünyada ən yoxsul olsaq da belə, sülh və məmnunluğun şəhadət verənləri olaq. Yadda saxlayın ki, insan hansı vəziyyətdə olursa olsun – zəngin, kasıb, xəstə, yaxud sağlam, ancaq Allahın gücü ilə məmnun ola bilər. Həqiqətən hər bir şeylə kifayətlənmə, məmnunluq və sülh, kənardan yox, daxildən, – bizim Allahla olan ünsiyyətimizdən irəli gəlir. Sülh və razılıq həyatımızın istənilən şəraitində Allaha etibar edəndə, Onu sevəndə və Ona itaət edəndə yaranır. Sizcə Allah nə üçün bir çox günahlı insanların varlanmasına yol verir?
Yeremya Peyğəmbər (Əhdi-Ətiqdə) Allaha bu sualı verir. Müqəddəs Kitab bizə bir çox günahlı insanların varlanmasından xəbər verir. Lakin onların varlanmasının səbəbini göstərmir və Allah deyir ki, günahlı insanların varlanmağına qibtə etməyin, çünki bu zənginliyin ömrü, onların çəkəcəkləri əzablarla müqayisədə, çox qısadır. Belə bir Atalar sözü var ki, zəngin olmağa tələsən yoxsulluğa tez düşər.
Qoy qrupunuzun iştirakçıları sahibkarlığa dair müqaviləni doldursunlar. Bunu etdikdən sonra doldurduqları yazılar üçün onları sakitcə dua etməyə ruhlandırın. Allahın bu işdə iştirakı yalnız bir tərəflidir. Onun bu işdə iştirakının ən vacib hissəsi olsa da, bu iştirak birtərəflidir. Gələn dərsimizdə biz digər tərəfi də nəzərdən keçirəcəyik.
Sahibkarlıq Müqaviləsi
Tarix: . . . . . . . . . . . . . . .
Kimdən: . . . . . . . . . . . . .
Kimə: Allaha
Sən Yaradan, hər şeyin Sahibi olan, hadisələrin İdarə edən, Təmin edən hökmdar və mənə hər zaman lazım olan Hakimimsən. Mən puluma və aşağıdakı maddi sərvətlərə olan sahibliyimi Sənin öhdənə verirəm: . . . . . . . . . . . . .