Bu gün Azərbaycandakı böyük çətinliklər hansılardır?

İndiki dövrdə bir çox adamlar pul çatışmazlığı və çətinlikləri ilə üzləşirlər. 90-cı ilə qədər dövlət adamları iş, əmək haqqı, təhsil və digər xidmətlərlə təmin edirdi. Amma hal hazırda dövlət tərəfindən insanlara köməklik göstərilmir. Dövlətin bu məsuliyyətini hal hazırda vətəndaşların üzərinə düşüb. İnsanlar indi özlərini və ailələrini təmin edə bilən iş yeri axtarışındadırlar. “Ər ol, çörəyini daşdan çıxart!” Atalar sözünün zamanı gəlib. Bu yeni müstəqillik hər bir şəxs və ailə üçün böyük öhdəliklər yaradır.

Pulla bağlı insanların üzləşdikləri adi çətinliklər hansılardır?

– Həyatverici təlimat kitabı olan Müqəddəs Yazılarda (yəni Bibliyada) pul haqqında çox danışılır. İsa Məsih başqa mövzulardan daha çox pul haqqında danışıb. 38 məsəldən 16-sı pul və əmlakdan necə istifadə olunmasına aid olunmuşdur. Xoş Xəbərdə olan ayələrdən onda bir hissəsi birbaşa pul məsələsi ilə əlaqədardır (cəmi 288). Bütövlükdə Müqəddəs Kitabda pula və əmlaka həsr olunmuş 2000-dən artıq ayə vardır.

Niyə Allah pul haqqında kifayət qədər çox danışmışdır? – Bu barədə nə düşünürsünüz?

– O, başa düşürdü ki, pul və əmlakın istifadəsi bir çox adamlarda böyük çətinliklər yaradacaq. O, bu barədə kifayət qədər çox söyləmişdir, çünki O, istəyir ki, biz həyatın belə bir mühüm sahəsini əhatə edən düşüncələrini dərk edək.

Luka 16:11-i oxuyun. Nəyə görə biz öz pulumuza sadiq qalmalıyıq? Pula münasibətimiz Allahla ünsiyyətimizə nə cür təsir edir? Əgər biz pulu Onun Kəlamlarına uyğun istifadə ediriksə, onda biz Onunla daha yaxın münasibətdə ola bilərik.

Matta 6:24 -ü oxuyun. Nəyə görə biz həm Allaha, həm də eyni zamanda pula xidmət edə bilmərik. Rəbbimiz pul haqqında kifayət qədər danışmışdır, çünki bu bizim Müqəddəs həyatımızda Məsihin əsas rəqibi kimi qəbul olunur. İsa söyləmişdi ki, Ona qulluq etmək üçün ikisindən birini seçməliyik (Allah və yaxud pul).

Pulun dövriyyəsi həyatın böyük bir hissəsini əhatə edir. Ümumiyyətlə, həftə ərzində işdə qazandığınız pulu tam xərcləməyə və onu necə sərf etmək üçün qəbul etdiyiniz qərara nə qədər vaxt sərf edirsiniz?

Vaxtınızın böyük bir hissəsi pulun istifadə dairəsində cəmləşir.

-Bu cəmiyyətdə bir çox insanların məqsədi nədən ibarətdir?

Şəxsi əmin-amanlıq, xoşbəxtlik və firavan həyat bir çoxlarının əsas məqsədinə çevrilmişdir.

-Adamlar əmin amanlığa və xoşbəxtliyə hansı yollarla nail olurlar?

Cəmiyyətdə bir çoxları söyləyirlər ki, əgər kifayət qədər var-dövlət və sərvət yığsanız, siz xoşbəxtlik və əmin-amanlıq tapacaqsınız və bələliklə, həyatda istədiyiniz məqsədə nail olacaqsınız.

Filipililərə 4:11, 12, 13 oxuyun.

Cəmiyyətin pul ilə əlaqədar düşüncəsi arasıdakı toqquşma nə cür təzahür olunur?

– Müqəddəs Kitab, hansı şəraitdə oluruqsa olaq, yoxsulluqda və yaxud bolluqda, -izah edir ki, biz məmnun qalmağı öyrənə bilərikmi?

Həyatınız haqqında düşünün. Siz həyatınızdan məmnunsunuzmu? Məmnun olmaq üçün siz buna necə nail olursunuz?

Məmnunluq – Müqəddəs Kitabda məmnunluq 7 dəfə qeyd olunur və 6 dəfə o, pul vasitəsilə əks olunur. Bu dərsin məqsədlərindən biri də, o olacaq ki, maddi cəhətdən məmnun olmağı öyrənəsiniz. Biz heç də, məmnunluq duyğusu ilə doğulmamışıq, daha doğrusu, biz məmnun olmağı öyrənməliyik.

Dua edin və xahiş edin ki, Allah məmnunluq üçün sizə Öz düşüncəsini göstərsin və öyrətsin.

YUXARI