Puldan necə istifadə etmək olar?
Dərgahına şükürlərlə, Həyətlərinə həmdlərlə gəlin. Ona şükr edin, İsminə alqış söyləyin. Rəbb nə yaxşıdır, məhəbbəti əbədidir, Sədaqəti nəsillərdən-nəsillərə çatır! – Məzmur 100:4-5
Həyatverici təlimat kitabı olan Müqəddəs Yazılarda (Bibliyada) pul haqqında çox danışılır. İsa Məsih başqa mövzulardan daha çox pul haqqında söhbət açıb. Otuz səkkiz məsəldən on altısı pul və əmlakdan necə istifadə olunmasına aid edilmişdir. Xoş Xəbərdə olan ayələrdən onda bir hissəsi birbaşa pul məsələsi ilə əlaqədardır (cəmi 288). Bütövlükdə Müqəddəs Kitabda pula və əmlaka həsr olunmuş iki mindən artıq ayə vardır.
Niyə Allah pul haqqında kifayət qədər çox danışmışdır? – Bu barədə nə düşünürsünüz?
-O, başa düşürdü ki, pul və əmlakın istifadəsi bir çox insanlarda böyük çətinliklər yaradacaq. Rəbb bu barədə kifayət qədər söyləmişdir. Çünki O, istəyirdi ki, biz həyatın belə bir mühüm sahəsini əhatə edən düşüncələrini yaxşı dərk edək.