İmanlı bir ailədən gəlməyimə baxmayaraq, 18 yaşlarımda imansızlığı üstün tutub özümü həyatın axınına buraxdım. Әsgərlikdən qayıdandan sonra, keçmişdə olduğu kimi, yenə Rok və Metal barlarının daimi gələnləri arasına girmiş, bu musiqilərlə yatıb- durardım. Bu arada, özümü şeytana inanan biri olaraq tapdım, yeri gəlmişkən ətrafımda da şeytana inanan bir çox tanıdığım var idi. Rok və Metal musiqinin tembrləri məni şiddətə yönəltməyə başlamışdı. Keçmişdə bolluca içdiyim alkoqollu içkini daha çox içməyə başladım. Tələbim gündə altı butulka şəraba qədər artmışdı. Bu alkoqol dəryasını, vaxt ərzində ətrafımda istifadə edən dostlarımın vasitəsilə alüdə olduğum uyuşdurucu izlədi. Alkoqol və uyuşdurucu işləməyimə mane olurdu. Kim bilir neçə dəfə işdən qovuldum! İçki almaq üçün lazım olan pulu tapmaq üçün ayaqqabı və paltomu belə satmaq məcburiyyətində qaldığım vaxtlar belə olmuşdu……Pul tapmadığımda, dövrəyə saf alkoqol və kolonya girirdi! Bir ara alüdəçiliyimdən qutarmaq üçün xəstəxanaya baş vurdum, amma qrup terapiyası kimi oxşar şeylərə soyuq yanaşdığım üçün müalicəni yarımçıq buraxdım.
Evə gəlmədiyim vaxtlar barlarda, küçədə hətta bəzən də mənzillərdə yatardım. Həyatım sanki qaranlıq, soyuq və yiyəsiz bir boşluqda gedirdi. Ürəyimdəki narahatlçılıq fırtınalarını alkoqol da sakitləşdirə bilmirdi. Artan narahatçılıq daha çox alkoqolu istədirdi. Daxili narahatçılığım evdəkilərə də təsir etməyə başladı. Ailəmdə tez-tez dava etməyə başladım. Birlikdə böyüdüyüm dostlarımla yola gedə bilmirdim. Həyatımdakı hər kəsi uzaqlaşdırırdım, təbii ki, hər kəs də məni uzaqlaçdırmağa başlamışdı. Məni sözün düzü bu halımla kim qəbul edər, kim sevə bilərdi!
15 İyul, 1995-ci ilin axşamı evdəkilərlə dava edib gecə saat birdə kasetlər və geyiləsi bir neçə şey olan bel çantamı götürüb özümü çölə atdım. Qızğın bir şəkildə düz yaxınlıqdakı bir parka gedərək özümlə götürdüyüm bir-iki butulka pivəni açıb içib sonra da sızladım.
Şəhərin yüksələn səsləri məni oyatdı…….Oyananda gözümə dəyən ilk şey, qardaşımın bir müddət əvvəl verdiyi, amma mənim heç bir vaxt sətirini oxumadığım kitab oldu. Çantanın açıq ağzından yüngülcə çölə çıxmış olan bu qırmızı cildli kitab, İncil idi. Uzun müddətdir tək sətrini oxumadığım, amma çantamda oradan-oraya daşıdığım bu kitabı oxumağa başladım. Әslində, elə də bir şey başa düşmədim, amma yenə də oxudum……
25 İyul,axşam dəniz kənarında oturar, axşam qaranlığında yenə İncili oxumağa çalışırdım ki, sanki birinin mənə ‘Oğlum evinə get’ deyə səsləndiyini eşitdim. Elə o anda ətrafıma baxdım, amma heç kimi görmədiyimdə əhəmiyyət verməyib siqaret almaq üçün mağazaya girib alacağımı alıb çölə çıxdım. Parka doğru yola davam edərkən eyni səsi sərt görünüşdə eşitdim. ‘Orxan, əlindəkiləri at və indi evə get!’ O anda özümü sanki ölmüş kimi hiss etdim, içki butulkaları əlimdən yerə düşdü……Cəld yeriməyə başladım….. Bir yandan da gözlərimdən yaşlar süzülməyə başlamışdı……Nə olurdu, Niyə ağlayırdım?
Evə yaxınlaşanda yanındakı bir dostuyla məni axtarmaq üçün çıxmış qardaşımı gördüm. Günlərdir küçələrdəydim, sadəcə bir neçə dəfə pul almaq üçün qardaşımın işlədiyi yerə getmişdim. Qardaşım, evdəkilərin mənə görə narahat olduqlarını və evə dönmək lazım olduğunu dedi. Tərəddüt etmədən o axşam qardaşımla birlikdə evə döndüm, evdəki hər kəs məni çox yaxşı qarşıladı.
Həmən axşam, bütün baş verənləri qardaşıma başa saldım. Qardaşım da uzun müddətdir getdiyi bir kilsənin olduğunu, evdən uzaqda olduğum günlər ərzində hər kəsin mənim üçün dua etdiyini və istəsən onunla birlikdə kilsəyə gedəbiləcəyimi söylədi.
Ertəsi gün birlikdə kilsəyə getdik. Kilsə toplantısı bir neçə ilahi oxunaraq başladı, sonra dualar edildi və nəhayət biri çıxıb vaaz etdi. Toplantı qutarandan sonra bir neçə adamla tanış oldum, tanış olduğum bu adamlar istəsəm mənim üçün dua edəbiləcəklərini söylədilər. ‘Təbii ki, edə bilərsiniz’ dedim kilsədən ayrıldım.
Daha sonrakı həftələrdə də kilsəyə bu insanları tanımaq üçün getdim. Çevrəmdə o günə qədər hissetmədiyim, amma bu insanların arasında var olan sevginin hiss olan varlığı məni sarsıtdı. Onların arasındakı sevgi, mənə göstərdikləri münasibət və səbrə əlavə olaraq İncildə oxuduqlarım, mənim yavaş-yavaş alkoqol və uyuşdurucudan uzaqlaşmamı təmin etdi. Zaman içində ailəmlə olan münasibətlərim düzəldi, asılılıqlarımdam qurtardığım üçün yaxşı bir iş tapıb işləməyə başladım.
Həyatımı kökdən dəyişdirən İsa Məsihə inanıram. O mənim həyatımda böyük dəyişikliklər etdi. Әgər İsa Məsih məni qurtarmasaydı, bu gün bəlkə də uyuşdurucudan ölmüş olardım. Allahın İsa Məsih vasitəsilə həyatımda etdikləri üçün minlərcə dəfə həmd edirəm!
‘Siz bir zamanlar içində yaşadığınız səhvlərdən və günahlardan ötrü ölü idiniz. Bu dünyanın gedişinə və havadakı hökmranlığın suvereninə, yəni söz dinləməyən insanlarda indi mübtəda olan ruha uymaqdaydınız. Bir zamanlar hər birimiz belə insanların arasında, mənliyimizin ehtiraslarına görə yaşayayırdıq. Təbii olaraq başqaları kimi biz də qəzəb övladlarıydıq. Amma mərhəməti bol olan Allah bizi çox sevdiyi üçün, günahlarımızdan ötrü ölü olduğumuz halda, bizi Məsihlə birlikdə həyata qovuşdurdu. Onun lütfüylə qurtuldunuz. Allah bizi Məsih İsada, Məsihlə birlikdə dirildib, göylərdə oturdub. Bunu, Məsih İsada bizə göstərdiyi yaxşılıqla, lütfünün sonsuz zənginliyini gələcək çağlarda göstərmək üçün etdi.
İman yoluyla, lütflə qurtuldunuz. Bu sizin bacarığınız ( uğurunuz) deyil. Allahın hədiyyəsidir’