012 465 4150 info@yeniheyat.com

Originally posted 2015-09-01 18:38:38.

 

İsa Məsih ilə olan əlaqəmiz həm indi, həm də ölümdən sonra həyatımız üçün əhəmiyyətlidir. İsa bunu bir hekayə vasitəsilə açıqladı:

Varlı bir adamın torpağı bol məhsul verdi; O özü-özlüyündə düşünürdü: “Nə edim? Məhsulumun bəhrəsini qoymağa yerim yoxdur.” Və dedi: “Belə edərəm: anbarlarımı söküb daha böyüklərini tikərəm və bütün məhsulumu və bütün dövlətimi oraya toplaram. Və canıma deyərəm: Ey canım! Uzun illər üçün toplanmış çoxlu dövlətin var: rahat ol; ye, iç, kef çək.” Amma Allah ona dedi: “Ağılsız! Sənin canını elə bu axşam alacaqlar; sənin hazırladığın şeylər bəs kimə qalacaq?” Allah qarşısında zəngin olmaq əvəzinə, özü üçün dövlət toplayan hər bir adamın aqibəti belə olur. “Deyirəm sizə; lakin, əgər tövbə etməsəniz, hamınız onlar kimi həlak olacaqsınız”.

Tövbə etmək – qəlbdə, fikirdə və əməldə dəyişiklik etmək və öz yolumuzdan dönüb Allahın yolu ilə getmək deməkdir. İsa dedi: Yol, həqiqət və həyat Mənəm; Mənim vasitəçiliyim olmasa, Atanın (Allahın) yanına heç kim gələ bilməz. İsa bizim Onunla birlikdə olmağımızın əhəmiyyətini bir məsəl vasitəsilə açıqladı: On dirhəmi olan hansı qadın bir dirhəm itirsə, çıraq yandırıb, evi süpürüb onu tapıncaya qədər axtarmaz? Tapdığı zaman öz rəfiqələrini və qonşularını yığıb deyər: “Mənim sevincimə şərik olun, mən itirilmiş dirhəmi tapdım!” Beləliklə, sizə deyirəm ki, tövbə edən bir günahkar üçün də Allahın mələkləri hüzurunda sevinc olur.

İsa bilirdi ki, əgər O müdaxilə edib araya girməsə, müqəddəs və kamil Allahla əbədiyyətə qədər yaşamaq üçün insanların başqa bir yolu olmayacaq. Həyatımız pis əməllərlə doludur. Həyatımızda Allaha yer vermirik. Problemimiz budur. Ah, Rəbbin əli qısa deyil ki, xilas edə bilməsin, qulağı kar deyil ki, eşidə bilməsin. Lakin şər əməlləriniz Allahınızla sizin aranızda ayrılıq saldı. Günahlarınıza görə Onun üzü sizdən döndü, O səsinizi eşitmir. Günahlarımızın nəticəsi bizimlə Allah arasında əbədi ayrılıq, yəni ölümdür. Günahın əvəzi ölüm, Allahın ənamı isə Rəbbimiz Məsih İsada əbədi həyatdır.