Əziz oxucular, mən istəyərdim ki, sizə öz həyatım barədə şəhadətlik edim. Mənim adım Muşviqdir. 29 yaşım var. O kimdir ki, insanların həyatına belə nüfuz edir və dəyişir.

Həyatımda olan dəyişikliklər belə başladı. Mən sadə bir kəndli həyatını yaşayırdım. Özümü çox tərbiyəli bir uşaq hesab edirdim. Hamı məni və qardaşımı tərifləyirdi. Bizə elə gəlirdi ki, bizdən yoxdur. Amma valideynlərimizə yalan danışırdıq. Bəzən onları aldadırdiq. Dostlarımızın arasında söyüş söyür, nalayiq sözlər danışır və s. bu kimi işlər görurdük. Amma valideynlərimizin gözündə mələk kimi görünürdük. Guya ki, bizdən yaxşısı yoxdur. Artıq 20 yaşım tamam olmuşdu, amma həmən adam idim və mənim uşaqlıqda danışdığım yalanlar da böyümüşdü. Ağzımdan çıxan pis nalayiq sözlər də çoxalmışdı və daha bir neçə pis əməllərim də artmışdı. Ən gözəl andımız yalandan Allaha and içmək idi. Boş yerə Onun adını bəlkə də 20-30 dəfə çəkirdik.

Beləcə boş, mənasız həyat tərzi yaşayırdıq və vaxt tamam oldu. Əsgərlik xidmətinə getməli oldum. Bu əsgərlik xidməti çox uzun çəkdi 3 il 3 ay. Mən orada siqaret çəkməyə başladım. Daha çox nalayiq sözlər öyrəndim. Amma nə isə baş verirdi. Yataq otağında, mənim çarpayıma yaxın olan çarpayıda 1 yaxın dostum çox tez, qısa bir vaxtda xəstəliyə (difteriya) tutuldu. Bu, bir gecənin içində baş verdi. Səhər hər ikimizi xəstəxanaya apardılar, çünki mənim çarpayım ona çox yaxın idi. Mənim bu xəstəliyə yoluxmaq şansım 100 % idi. Xəstəxanada məlum oldu ki, mən yoluxmamışam. Bu mənim üçün bir möcüzə idi. Sabahsı gün xəbər gəldi ki, bu insan elə gecə yarısı keçinib.

Növbəti dəfə az qalmışdı ki, mina sahəsində minaya düşəm. Bizə deyilmişdi ki, bu sahə təmizlənib. Amma sən demə təsadüfən bir yerdə mina qalmışdı. Mən bu yerdən keçərkən elə bil mənə dedilər ki, ayağının altına bax. Bu zaman mən ayağımdan hardasa 15 sm yaxınlıqda simli (hoppanan) bir mina gördüm. Əgər o partlasaydı, mən ən azı ayaqlarımı itirə bilərdim və nəçə nəfər həlak ola bilərdi.

Mən hələ də şokda idim, nə baş verir. Rabitəçi olduğum üçün uzun antenalı rabitə qurğusunu çiynimdə gəzdirirdim. Bir gün zirehli maşının üstündə gedərkən 3m 30sm olan antena 1000 voltluq naqilə toxundu. Çünki çöllükdə bu elektrik naqillərinə nəzarət edən yox idi. Yayın istisindən onlar genişlənıb aşağı sallanmışdılar. Çiynimdə olan uzun antena bu cərəyanın altından keçərkən ona toxundu və güclü qığılcım baş verdi. Mən elə bildim ki, artıq o biri dünyaya getdim. Amma bu dəfə də məni Rəbb qorudu, çünki rabitə qurğusunun bədənimə toxunan heç bir hissəsi yox idi. Bu da təsadüf deyildi. Öz-özümə sual verirdim: niyə məni qorudun? Bu saulı Allaha verirdim. Çünki bu mənim həyatımda başlanan ilk möcüzələr idi.

Nəhayət əsgərliyi bitirib, sağ-salamat evə qayıtdıqdan sonra təhsılimi davam etdirməyə başladım. Mən kollecdə oxuyarkən, tələbə yoldaşım mənə Allah haqqında çox danışırdı və bu mənə çox maraqlı gəlirdi. Çünki onun danışdığı Allah ilə mən doğrudan da tanış deyildim. Mənim həyatım boş idi. Mən nə isə axtarırdım, cox çalışırdım. Amma bu boşluğu doldura bilmirdim. Bəzən həyatımdan da bezirdim. Yüklərimi boşaltmağa yer tapmırdım. Bu qız Allahdan danışanda nədənsə mən təsəlli tapırdım. O İsa Məsih haqqında mənə danışırdı. Bir gün o məni dua evinə dəvət etdi. Mən düşünmədən oraya getdim. Mənə elə gəlirdi ki, İsa Məsih rusların Allahıdır. O bizim deyil, rusların və yəhudilərindir. Maraqlısı o idi ki, bu məbəddə heç bir yerdə xaç yox idi. Orada eşitdiyim vəz mənə çox xoş təsir bağışladı. Mən həmən gün çox xoşbəxt sevinc gününü yaşadım. Mən tövbə edəndən sonra sanki ayaqlarım yerdən üzülmüşdü və mən sevincdən uçurdum. Mən Rəbbin mənə toxunduğunu hiss etmişdim. Həmən gündən etibarən Rəbb İsa Məsih mənim ağzımı təmizlədi və mən siqaretlə, pis sözlərlə vidalaşdım. O mənə yeni bir ürək verdi. Mənim ürəyimə həyatıma sülh gətirdi. Mən həqiqətən özümü xoşbəxt hesab edirəm və bu həqiqətən də belədir. İndi mən hər kəsə sevinclə İsa Məsih haqqında danışıram. Çünki O bu günə kimi sağdır, diridir, Ona iman edən xilas tapır və tamamilə yeni bir insan olur. Bu mənim həyatım barədə kiçik bir şəhadətlikdir.