012 465 4150 info@yeniheyat.com

Originally posted 2011-07-09 18:57:44.

 

SIZ ELӘ İNDI İMAN VASITӘSILӘ DUADA MӘSIHI QӘBUL EDӘ BILӘRSINIZ

Dua Allahla danışmaq demәkdir. Allah sizin ürәyinizi görür vә O, sözlәrinizdәn daha çox ürәyinizin vәziyyәti
ilә maraqlanır.

Aşağıdakı duanı mәslәhәt görürük:

Rәbb İsa, Mәn Sәni şәxsәn tanımaq istәyirәm. Günahlarım üçün çarmıxda öldüyünә görә Sәnә
minnәtdaram. Mәn hәyatımın qapısını açıram vә Sәni bir Xilaskarım, elәcә dә Rәbbim kimi qәbul
edirәm. Günahlarıma görә öldüyün vә mәnә әbәdi hәyat verdiyin üçün çox sağ ol. Hәyatımın taxttacını
әlinә al. Mәni görmәk istәdiyin bir insan et.

Bu dua sizin ürәyinizin arzusunu ifadә edirmi?
Әgәr ifadә edirsә, elә indi Allaha bu duanı edin vә İsa vәd etdiyi (söz verdiyi) kimi hәyatınıza gәlәcәk.

İndi Mәsihi Qәbul Etdikdәn Sonra

Öz iradәnizlә Mәsihi qәbul etdiyiniz andan bir çox şeylәr baş verdi, bunlara aşağıdakılar daxildir:
1. Mәsih hәyatınıza gәldi (Vәhy 3:20; Kolos. 1:27).
2. Günahlarınız bağışlandı (Kolos. 1:14).
3. Siz Allahın övladı oldunuz (Yәhya 1:12).
4. Siz әbәdi hәyatı әldә etdiniz (Yәhya 5:24).
5. Allahın sizin üçün yaratdığı bol hәyata qәdәm qoydunuz (Yәhya 10:10; 2 Kor. 5:17; 1 Salonik. 5:18).

Mәsihi qәbul etmәkdәn daha gözәl olan bir şey haqqında fikirlәşә bilәrsinizmi? Elә indi Allahın sizin üçün
etdiyinә görә Ona minnәtdarlığınızı bildirmәk istәrdinizmi? Allaha minnәtdarlıq etmәklә siz imanınızı nümayiş
etdirirsiniz.
Yeni hәyatınızdan tamlığı ilә zövq almaq üçün…

Mәsihçinin İnkişafı üçün Tәkliflәr

Ruhani inkişaf (ruhani cәhәtdәn böyümәk) İsa Mәsihә etibar etmәk nәticәsindә yaranır. “Saleh adam imanla
yaşayacaq” (Qal. 3:11). İmanla yaşamaq hәyatınızın hәr bir sahәsindә Allaha daha da çox etibar etmәyә vә
aşağıdakıları hәyata keçirmәyә imkan yaradacaq:

1. Hәr gün duada Allaha yaxınlaşın (Yәhya 15:7).
2. Allah Kәlamını hәr gün oxuyun (Hәv. İş. 17:11); Yәhya Müjdәsindәn başlayın.
3. Hәr an Allaha itaәt edin (Yәhya 14:21).
4. Hәyatınız vә sözlәriniz ilә Mәsih üçün şәhadәtlik edin (Matta 4:19; Yәhya 15:8).
5. Hәyatınızın hәr bir sahәsindә Allaha etibar edin (1 Peter 5:7). Müqәddәs Ruha icazә verin ki, gündәlik
hәyatınızı vә şәhadәtçiliyinizi idarә etsin vә güclәndirsin (Qal. 5:16, 17; Hәv. İş. 1:8).