012 465 4150 info@yeniheyat.com

Originally posted 2011-07-09 18:46:08.

Dediyimiz kimi, İsa Məsih Yerə ona görə gəlmişdir ki, Allahı insanlara göstərsin və insanları Allaha yaxınlaşdırsın, yerdə Allahın Padşahlığını qursun. İkinci bölmədə mən izah etmişdim ki, insan necə Allaha qarşı qalxmış, müqəddəs Allahdan yalnız günah səddi ilə ayrılmışdır.İnsan özü Allaha itaət etmək və Onun yaxınlığında yaşamaq iqtidarında olmamışdır. Ona görə də Allah bu günah səddini dağıtmaq, insanların xəbis ürəklərini dəyişmək qərarına gəldi ki, onlar Allahı sevmək və ona itaət etmək istəsinlər. Allah bunu necə etdi? İndi mən məsihçiliyin əsas nəzəriyyələrindən birini izah etməyə çalışacağam.

Müqəddəs Allah Adəm və Həvvaya bildirmişdir ki, əgər onlar itaət etməsələr, öləcəklər. ’cdadlarımız xeyir və şəri bildirən ağacın meyvəsini yeməmək barədə Allahın əmrini pozduqlarına görə cəza olaraq ölümü qazandılar. Lakin O onlara və onların nəsillərinə nicat üçün ümid verdi. Şeytan onları aldatmaq üçün onlara ilan qiyafəsində yaxınlaşmışdı. Buna görə də Allah onlara bildirdi ki, onların nəslindən biri ilanı (şeytanı) başından vuracaq, ilan isə onu ayağından çalacaq (Yaradılış 3:15). Bununla Allah onu nəzərdə tutdu ki, məhz qadın bizə şeytanı vuracaq gələcək Xilaskarı doğacaq və bu zaman Özü də şeytan tərəfindən yaralanacaqdır. Bu, günahkarlar ucbatından çarmıxa çəkilmiş, üsyan edən şeytanı məğlub etmiş İsa Məsihin gəlişi haqqında ilk vəd idi.

Bu vəddən sonra çox minilliklər keçdi. Allah Öz peyğəmbəri Yeşaya vasitəsilə daha aydın və daha tam vəd verdi. Məsihin doğulmasından yeddi yüz il əvvəl yazdığı peyğəmbərlik kitabında Onun gəlişini xəbər verdi. O, günahkarların əvəzinə əzab çəkəcək və öləcək ki, onlar bağışlansınlar və yaşasınlar. Yeşaya yazırdı: ‘O bizim asiliyimizə görə yaralandı və bizim şər əməllərimiz üzündən əzab çəkdi; Onun yaraları ilə biz şəfa tapdıq. Hamımız yolunu azmış qoyunlar kimi idik. Çoxlarının günahını O Öz üstünə götürdü və asi adamlar üçün vəsatət edən oldu’ (Yeşaya 53). Demək, Allahın vəd etdiyi Xilaskar insanların günahlarının qurbanı kimi öləcək.

Yuxarıda izah etdiyim kimi, bu, məhz Məsih olmuşdur. Vəftizçi Yəhya dedi: ‘Budur, dünyanın günahını aradan qaldıran Allah Quzusu!’ (Yəhya 1:29) Məsih çarmıxa getməzdən əvvəl dedi: ‘Mənim qanım, günahların bağışlanması üçün bir çoxları uğrunda tökülən Əhdi-Cədidin qanıdır’ (Matta 26:28). Sonra o könüllü olaraq çarmıxa çəkilməyə getdi. O, insanlara Allahın sevgisini açdığı kimi, həyatını günahkarların nicatına qurban verməklə Özünün şəxsi ilahi məhəbbətini də bəyan etdi. Pavel deyir: ‘Biz hələ günahkar ikən Məsih bizim uğrumuzda öldü.’ Məsih isə dedi: ‘Allah dünyanı elə sevdi ki, vahid Oğlunu Ona verdi; bunu ona görə etdi ki, Ona iman edənlərin heç biri həlak olmasın, hamısının əbədi həyatı olsun’ (Yəhya 3:16).

Allah ədalətli olduğu üçün günahlarının əvəzi ödənməyən günahkarları bağışlamır. Bir kimsə, hətta, peyğəmbər olsa belə, bütün bəşəriyyətin günahı üçün qurban ola bilmədi. Ona görə Allah Öz böyük mərhəmət və məhəbbəti ilə Məsihdə gəldi ki, günahlarımızı Öz üzərinə götürsün. Onunla bir olan Oğlunun ölümü ilə Ona iman gətirənlərin hamısının günahlarının dəyərini ödədi. Nəticədə, artıq günahlara görə başqa qurban lazım deyildi. Beləliklə, İsa Məsih çarmıxda Öz könüllü ölümü ilə insanla Allah arasındakı səddi yox etmiş və bağışlanmış günahkarların Müqəddəs Allaha yaxınlaşmasını mümkün etmişdir. İsa insanlara Allah haqqında nəinki nə vaxtsa kimsənin dediyindən dah çox demiş, həmçinin, Öz müqəddəs həyatı və məhəbbəti ilə Allahı göstərmişdir. Bir dəfə İrandan olan bir imanlı mənə dedi: ‘Mən məsihçi olmayan vaxtlarda elə hesab edirdim ki, Allahı tanıyıram, lakin mən Ona bələd deyilmişəm. Mən Allahı, sözün əsil mənasında, Onu İsa Məsihdə gördükdə dərk etdim.’ Allahı axtaran hər kəs Onu Məsihdə tapar.

İsa Məsih haqqında fikirlərimi tamamlamazdan əvvəl, Onun ad və titullarını xatırlatmaq istəyriəm:

Onun adı İsadır. Bu, mənşəcə qədim ibrani dilində olan ‘Yeşua’ sözündən əmələ gəlir ki, bu da ‘Xilaskar’ deməkdir.

Lakin O, Məsihdir. Bu, yunan sözü olub, ‘Çəkilmiş’ deməkdir. İbrani dilindəki ‘Messiah’ adı da həmən mənadadır. Yəhudilər bu adı gəlişini əvvəlcədən peyğəmbərlərin xəbər verdiyi Padşah barəsində işlədirlər.
İmmanuel adının mənası:

‘Allah bizimlədir’
‘Allah Kəlamı’
‘Allahın Quzusu’
‘Padşahlar Padşahı’
‘Yaxşı Çoban’
‘Həqiqət’
‘Həyat Çörəyi’
‘Sonuncu Adəm’
‘Dirilmə’
‘Allahın Oğlu’
‘İnsan Oğlu’
‘Dünyanın Xilaskarı’
‘Rəbb’
‘Yol’
‘Həyat’
‘’sl Meynə’
‘Hakim’
‘Şöhrət Tanrısı’

İman Yolu(Yusif Miller)