Mən ilk dəfə 15 yaşında ikən İncil kitabını əlimə almışdım və İsa haqqında eşitmişdim. Lakin bu kitabı açıb oxumayana kimi məndə bu kitaba qarşı heç bir hiss yox idi. Bir neçə ildən sonra mən dünyəvi bir işə düzəldim. Həmin vaxtdan sonra mən insanların necə ikiüzlü, kinli, yalanla dolu olduqlarını – bir sözlə iç üzlərini gördüm. Bu vaxt məndə insanlara qarşı nifrət yarandı. Artıq heç bir insana inanmırdım. Hətta anama, atama belə etibar edə bilmirdim, çox sıxıntı çəkirdim. Bu sıxıntılı anlarımda Rəbb İncil kitabı vasitəsilə mənimlə danışmağa başladı. Rəbb mənə İncil vasitəsilə insanlara qarşı olan məhəbbət və sevincimi qaytardı. Elə bir sevinc ki, hələ mən bunu heç vaxt hiss etməmişdim. Mən başa düşdüm ki, elə bir şəxsiyyət var ki, mən tamlığı ilə Ona etibar edə bilərəm. Bu İsa Məsih idi. İndi İsaya minnətdaram ki, O məni öz kəlamı ilə zülmətdən işıqlığa çıxartdı və məni sevdiyini sübut etdi. İndi mən Onun xidmətindəyəm, ömrümün axırına kimi. Amin.