Kaka on yaşından bəri Sao Pauloda həvəskar kimi oynamışdı. O hər kateqoriyada oynamışdır – uşaqlar liqində, cavanlar liqində (on iki yaşdan yuxarı), düz professional səviyyəyə qədər çatmışdır, harada ki, o bir ildən yuxarıdı ki, fəaliyyət göstərir.
ADC (intervü alan): Bir il üç ay və siz artıq Dünya Kuboku ilində, Braziliya Milli Komandasında oynamaq üçün təyin olunmusunuz. Karyeranızı qurulmasında nə cür təhlillər aparırsınız?
Kaka: Mən hər zaman Braziliya Milli komandasında oynamağı arzulamışam. Lakin bu sadəcə bir arzu idi! Keçən il keçirilən Milli Kubokdan ta indiyə qədər bu arzu artıq mənim karyera məqsədimə çevrilib. Bu şeylər hamısı mənim üçün çox tez baş vermişdi. Lakin Allah bizi hazırlayır. Bu ona görə baş verdi ki, Allah məni buna hazırlamışdı. Allah hər zaman bizim üçün sürprizlər hazırlayır. Әgər Allah istəyirsə ki, mən orada olum, mən orada da olacam. Çünki Allahın istəyi gözəldir, kamildir və məqbuldur. İndi isə mən sadəcə gözləyə bilərəm.
ADC: Bu vaxtlar ərzində düşüncələrində nə kimi dəyişikliklər baş vermişdi?
Kaka: Məncə, mən daha da yetkinləşib və müəyyən işlərdə daha çox təcrübə yığmışam. Məsəl üçün mətbuat, bu cür vəziyyətlərdə insanlar özlərin itirirlər. bəzən də evdən çölə çıxmaq belə çətin olur…, lakin bu karyeranın bir hissəsidir.
ADC: Siz azarkeşlər tərəfindən ən yaraşıqlı oyunçu hesab olunursunuz. Siz bu barədə nə fikirləşirsiniz?
Kaka: Mən bunu eşitməyə şadam, lakin mən yaxşı oyunçu kimi görülmək istəyirəm.
ADC: Öz inamın barəsində bizimlə bölüş.
Kaka: Mən müjdəçi ailəsində anadan olmuşam. Mənim valideynlərim artıq xilas olmuşdular və mən də Allahın iştirakında böyümüşəm. Mənim dəyişilməyim vəftiz olduqdan sonra baş vermişdi və Mən də Allahla, Atanın oğula olan münasibətini hiss etməyə başlamışdım. Mən 1994-cü ildə vəftiz olunduqdan sonra mənimlə qeyri –adi nəysə baş vermişdi. Mən bunu sözlərlə izah edə bilmərəm lakin hissdən sonra mən Allaha daha da yaxın olmağa başladım. O anda mən həqiqətən ruhən doğuldum. Mən Allahı daha da dərindən tanımağa başladım və öyrəndim ki, inam vəziyyətlərin həddi çərçivəsində işləyir. Allahla hər şey son anda həll olunur və bu həmin inamdır ki, nəyinsə baş verib – verməməsini qərar verir.
ADC: Başınıza gələn dramatic bir hadısə olubmu?
Kaka: Bu Oktyabr ayı, 2002-ci ildə baş vermişdi. Mən onda Uşaq Çempionatında oynayırdım. Mən Kaldas Novasda babama (ata tərəfdən) baş çəkməyə getmişdim və orada hovuzda ayağım sürüşdü. Suya yıxılarkən, başım hovuzun aşağısına dəydi və boynum burxuldu, hansı ki, bu onurğada çata səbəb oldu. Həkimlər dedilər ki, bəxtim gətirib, çünki gəzə bilmiyə də bilərdin, lakin indi normal gəzə bilirsən. Onlar uğurdan danışırdılar və ailəm də Allah haqqında danışırdı. Evə qayıdarkən, biz Allaha minnətdarlığımızı bildirdik, çünki bildik ki, bu Allahın əli idi ki, məni xilas edib, qorudu.
ADC: Məsihin idmançıları (atletləri) təşkilatı barədə nə deyə bilərsiniz?
Kaka: Həqiqətən, bugünki gündə dünyada təşəbbüs çatışmır. Hamı istəyir ki, kənara kömək etsin, amma təşəşbbüs göstərmirlər. Məsihin İdmançıları o qrupdur ki, Allahın Sözünü başqa idmançılara çatdırırlar hansı ki, başqaları bunu edə bilmirlər.
ADC: Məsihin İdmançısı olmaq nə məna kəsb edir?
Kaka: Mənim üçün Məsihin İdmançısı olmaq çətin deyil. Mən həm futbol sahəsində və bəzən də kənarda oluram. Yeganə ehtiyac səbirli və sakit olmaqdır. Mən savaşmıram, hay-küy salmıram çünki mən qalmaqal yaradan deyiləm. Bununla belə meydançada oyunçuları yumuruqlamamalı və söyüş söyməməliyəm. Mən istəmirəm, insanlar mənə baxanda, desinlər ki, bu oğlan bir şey deyir lakin başqa cür edir. Mən istəyirəm ki, öz futbolçu dostlarımın və rəqib komandanın oyunçuları qarşısında olduğum kimi olum. Bir cür deyib, başqa cür hərəkət etməyim və çalışıram ki, kulubda nümunə olmaq və çalışıram ki, Allahın mənim üçün nə etdiklərini və həmçinin onların da həyatında bunu edə biləcəyini göstərim və İsa Məsih haqqında, Allahla həyat barəsində mümkün qədər çox danışım və məsləhətlər verib və başqalarına köməklik edim.
ADC: Qonaqlarımıza nə demək istərdin?
Kaka: Kimlərin ki, artıq İsası var – onlar ən yaxşı seçim edib və ən yaxşı komandadadılar. İrəli getməkdə davam edin. Təslim olmayın. Mübarizə gözəldir lakin biz təkcə İsa tərəfdən olduqda, qələbə qazana bilərik. İsaya hələ həyatlarını verməyənlərə, təslim etməyənlərə – siz bu komandadan kənarda nə edirsiniz? Gəlin Allahın Sözünü öyrənin, gəlin həqiqi Allahın kim olduğunu tanıyın. Allah bizə ziyafət təklif etdiyi zaman peçenye yeməyi dayandırın…
Növbə ilə qisa xülasə:
Ad: Rikardo Izecson dos Santos Leite
Doğum tarixi: 04/22/1982.
İnam: İsa.
Futbolda sənin üçün olan nümunəvi oyunçular: Raí and Zico.
Bİbliya ayəsi:. ‘Məni möhkəmləndirən /Məsih/ vasitəsilə hər şeyi etməyə qadirəm.’ Filipililərə 4:13
Boş vaxtlarda məşğuliyyət: evdə ailə ilə qalmaq, məbədə getmək, dükanlara gəzməyə çıxmaq və çöldə yemək. Mənim normal, sadə həyatım var.
Sənin ən gözəl qolun: bu 2001 –ci il Milli Kubok Çempionatında, Guarani komandasına qarşı oyunda olmuşdu, (yuxarı tullanıb, havada geriyə zərbə)
Kaka kimdir: Mən sakit, çox səbirli, səmimi, düzgün və Allahın iradəsini yerinə yetirməyə çalışan bir oğlanam.
Kaka