Bəs sənin həyatın necə?

Sənin həyatın doğru yoldadırmı? Allaha bağlanmaq niyyətin varmı? Ancaq İsa Məsihə iman etməklə Allaha bağlana bilərsən. Bu bir dindarlıq və ya milliyyəti dəyişdirmək deyil, bu, ürək dəyişdirməkdir. Bu üç addım sənin üçün başlanğıcdır: 1- Allah önündə günahlı olduğunu etiraf et. “Önündə asiliyimiz böyükdür, günahlarımız bizə qarşı şəhadət edir! Şər əməllərimizdən xəbərdarıq”. 2- Xilaskar Rəbb İsaya ürəkdən iman et. “Rəbb İsaya iman et, sən və evindəkilər xilas olarsınız”. İman etmək bu deməkdir: — Güvənmək: Bütün qəlbinlə Rəbbə güvən, öz idrakına etibar etmə. — Təslim olmaq: Kim ardımca gəlmək istəyirsə, qoy özünü inkar etsin və çarmıxını götürüb Məni izləsin. — İtaət etmək: Kim Məni sevərsə, sözümə riayət edər. 3- İsanı hamının qarşısında Rəbb kimi açıq etiraf et. Ona körə ki, insan ürəkdən iman edərək bəraət qazanır, ağzı ilə iqrar edərək də xilas olunur. Sən bu addımları atsan, Allah Öz Müqəddəs Ruhunu sənə bəxş edər ki, səndə yeni bir həyat yaratsın, səninlə əbədi qalsın və İsa ilə bir yolda getmək üçün sənə qüdrət versin. Günahlarınızın bağışlanması üçün tövbə edin və hər biriniz İsa Məsihin adı ilə vəftiz olsun və Müqəddəs Ruhun ənamını alacaqsınız.

Bu addımları atmaqla

— Əbədi həyatı alacaqsan: Oğula (İsaya) iman edənin əbədi həyatı vardır. — Duada Allahla maneəsiz danışa bilərsən, Onunla elə bu gün danışmağa başla. — Allahın Sözü, Müqəddəs Kitab sənin yoluna nur saçar və lazım olan hər şeyi sənə anladar. Hər Müqəddəs Yazı Allahdan ilham almış və təlim, təkzib, islah, salehlik tərbiyəsi üçün faydalıdır ki, Allah bəndəsi kamil olub, hər cür xeyirli iş üçün təchiz edilsin. — Allahın ailəsinin, iman etmiş adamların bir hissəsisən, Təlim, kömək və təsəlli üçün onlara möhtacsan. Onlar, həvarilərin təlimində və ünsiyyətində, çörək bölməkdə və dua etməkdə davam edirdilər. Bu, Allahın istəyi həyatdır. İsa Özü belə demişdi:

Oxumaq üçün

1. Luka 18: 18-2421. Luka 23:33
2. Luka 10:30-3522. Luka 23:39-43
3. Luka 13:10-1323. Luka 23:44:49
4. Luka 5:12-1324. Luka 24:1-8
5. Luka 7:11-1525. Luka 24:50-52
6. Luka 9:18-2026. Yəhya 14:3
7. Luka 10:2227. Yeşaya 59:12
8. Yəhya 10:3028. Həvrilərin İşləri 16:31
9. Yəhya 14:929. Süleymanın Məsəlləri 3:5
10. Luka 1:31-3330. Luka 9:23
11. Luka 2:1131. Yəhya 14:23
12. Yəhya 1:2932. Romalılara 10:10
13. Luka 12:16-2133. Həvarilərin İşləri 2:38
14. Luka 13:334. Yəhya 3:36
15. Yəhya 14:635. 2 Timoteyə 3:16-17
16. Luka 15:8-1036. Həvarilərin İşləri 2:42
17. Yeşaya 59:1-237. Yəhya 10:10
18. Romalılara 6:23
19. Romalılara 5:8
20. Luka 23:20-25

Mәsihi necә qәbul etmәk

SIZ ELӘ İNDI İMAN VASITӘSILӘ DUADA MӘSIHI QӘBUL EDӘ BILӘRSINIZ

Dua Allahla danışmaq demәkdir. Allah sizin ürәyinizi görür vә O, sözlәrinizdәn daha çox ürәyinizin vәziyyәti ilә maraqlanır. Aşağıdakı duanı mәslәhәt görürük: Rәbb İsa, Mәn Sәni şәxsәn tanımaq istәyirәm. Günahlarım üçün çarmıxda öldüyünә görә Sәnә minnәtdaram. Mәn hәyatımın qapısını açıram vә Sәni bir Xilaskarım, elәcә dә Rәbbim kimi qәbul edirәm. Günahlarıma görә öldüyün vә mәnә әbәdi hәyat verdiyin üçün çox sağ ol. Hәyatımın taxttacını әlinә al. Mәni görmәk istәdiyin bir insan et. Bu dua sizin ürәyinizin arzusunu ifadә edirmi? Әgәr ifadә edirsә, elә indi Allaha bu duanı edin vә İsa vәd etdiyi (söz verdiyi) kimi hәyatınıza gәlәcәk. İndi Mәsihi Qәbul Etdikdәn Sonra Öz iradәnizlә Mәsihi qәbul etdiyiniz andan bir çox şeylәr baş verdi, bunlara aşağıdakılar daxildir: 1. Mәsih hәyatınıza gәldi (Vәhy 3:20; Kolos. 1:27). 2. Günahlarınız bağışlandı (Kolos. 1:14). 3. Siz Allahın övladı oldunuz (Yәhya 1:12). 4. Siz әbәdi hәyatı әldә etdiniz (Yәhya 5:24). 5. Allahın sizin üçün yaratdığı bol hәyata qәdәm qoydunuz (Yәhya 10:10; 2 Kor. 5:17; 1 Salonik. 5:18). Mәsihi qәbul etmәkdәn daha gözәl olan bir şey haqqında fikirlәşә bilәrsinizmi? Elә indi Allahın sizin üçün etdiyinә görә Ona minnәtdarlığınızı bildirmәk istәrdinizmi? Allaha minnәtdarlıq etmәklә siz imanınızı nümayiş etdirirsiniz. Yeni hәyatınızdan tamlığı ilә zövq almaq üçün… Mәsihçinin İnkişafı üçün Tәkliflәr Ruhani inkişaf (ruhani cәhәtdәn böyümәk) İsa Mәsihә etibar etmәk nәticәsindә yaranır. “Saleh adam imanla yaşayacaq” (Qal. 3:11). İmanla yaşamaq hәyatınızın hәr bir sahәsindә Allaha daha da çox etibar etmәyә vә aşağıdakıları hәyata keçirmәyә imkan yaradacaq: 1. Hәr gün duada Allaha yaxınlaşın (Yәhya 15:7). 2. Allah Kәlamını hәr gün oxuyun (Hәv. İş. 17:11); Yәhya Müjdәsindәn başlayın. 3. Hәr an Allaha itaәt edin (Yәhya 14:21). 4. Hәyatınız vә sözlәriniz ilә Mәsih üçün şәhadәtlik edin (Matta 4:19; Yәhya 15:8). 5. Hәyatınızın hәr bir sahәsindә Allaha etibar edin (1 Peter 5:7). Müqәddәs Ruha icazә verin ki, gündәlik hәyatınızı vә şәhadәtçiliyinizi idarә etsin vә güclәndirsin (Qal. 5:16, 17; Hәv. İş. 1:8).