012 465 4150 info@yeniheyat.com

Originally posted 2015-07-31 07:40:58.

 

İsa sadəcə qayğı göstərən Adam deyildi. İsanın möcüzələri göstərdi ki, O, insanlardan çox-çox yüksəkdir.

Bir dəfə İsa tənha bir yerdə dua edirdi və şagirdləri də Onunla idilər. O, onlardan soruşdu: «Xalqın dediyinə görə, Mən Kiməm?» Onlar da cavab verib dedilər: «Vəftiz edən Yəhya; digərləri isə İlyassan deyirlər. Bəziləri isə deyir ki, qədim peyğəmbərlərdən biri dirilib.» O isə onlardan soruşdu: «Bəs siz Məni kim hesab edirsiniz?» Peter (İsanın şagirdlərindən biri) cavab verib dedi: «Allahın Məsihi.» İsa Allahdan “Atam” deyə bəhs edirdi: Hər şey Atam tərəfindən Mənə verildi. Oğulun kim olduğunu Atadan başqa heç kim bilməz; və Atanın kim olduğunu Oğuldan və Oğulun açmaq istədiyi şəxsdən başqa heç kim bilməz, Mən və Ata birik Məni görən, Atanı görmüş olur.

İsa hələ doğulmamışdan əvvəl bir mələk Onun anası Məryəmə belə dedi:

hamilə qalıb bir Oğul doğacaq və Onun adını İsa qoyacaqsan. O, böyük olacaq, Haqq-Təala Allahın Oğlu adlanacaqdır; və Rəbb Allah Ona atası Davudun taxtını verəcəkdir. Əbədi olaraq Yaqubun soyu üzərində hökmranlıq edəcək və Onun Səltənətinin sonu olmayacaqdır.

İsa doğulan zaman çobanlara belə deyildi: Bu gün Davudun şəhərində sizə Xilaskar doğuldu. O, Rəbb Məsihdir. İsanın doğulduğu gündən ilahi bir vəzifəsi var idi: bəşəriyyəti xilas etmək. Sonralar Yəhya peyğəmbər İsadan bəhs edərək belə dedi: Budur, dünyanın günahını aradan qaldıran Allah Quzusu!