012 465 4150 info@yeniheyat.com

2 Yəhya

2 Yəhya – PDF

Adobe_PDF_file_icon_32x32

 

2 Yəhya

1Mən ağsaqqaldan həqiqətə görə sevdiyim seçilmiş xanıma və onun övladlarına salam! Yalnız mən deyil, həqiqəti dərk edənlərin hamısı sizi sevir.  2Çünki həqiqət daxilimizdə qalır və əbədi olaraq bizimlə olacaq.  3Ata Allahdan və Atanın Oğlu İsa Məsihdən olan lütf, mərhəmət, sülh də həqiqət və məhəbbət əsasında bizimlə olacaq.

Məhəbbət və həqiqət

4Sənin övladlarının arasında Atadan aldığımız əmrə uyğun olaraq həqiqətə görə həyat sürənlərə rast gələndə çox sevindim.  5Ey xanım, indi də səndən xahiş edirəm ki, bir-birimizi sevək. Sənə yazdığım yeni bir əmr deyil, əvvəldən bəri malik olduğumuz əmrdir.  6Məhəbbət Atanın əmrlərinə görə həyat sürməyimizi tələb edir. Əvvəldən bəri eşitdiyiniz kimi əmr budur; gərək bu əmrə görə həyat sürəsiniz.  7Çünki dünyada çoxlu yalançı meydana çıxıb ki, İsa Məsihin cismən gəldiyini iqrar etmir. Bunu edən şəxs yalançı və Məsih əleyhdarıdır.  8Özünüzü qoruyun ki, bizim çəkdiyimiz zəhməti bada verməyib tam mükafatı əldə edəsiniz.  9Həddi aşıb Məsihin təliminə sadiq qalmayan hər kəs Allaha malik deyil, həmin təlimə sadiq qalan kəs isə həm Ataya, həm də Oğula malikdir.  10Əgər bir kəs yanınıza gəlib sizə bu təlimi öyrətməsə, onu qonaq qəbul etməyin və onunla salamlaşmayın.  11Çünki onunla salamlaşan kəs onun şər əməllərinə şərik olur.

Xudahafizləşmə

12Sizə yazılası çox sözüm var, amma bunları kağız və mürəkkəblə bildirmək istəmədim. Lakin ümid edirəm ki, özüm yanınıza gəlib sizinlə üz-üzə söhbət edim və beləcə sevincimiz tamam olsun.  13Sənin seçilmiş bacının övladları sənə salam göndərir.