İlk növbədə gəlin, imana aid OLMAYAN Şeylərə nəzər salaq:
1. Bu inam, bizim tarixi hadisələrə düşüncəmizlə qiymət verdiyimiz inam deyil. Məsələn, “mən inanıram ki, Nizami Gəncəvi Azərbaycanın tanınmış şairidir” Bu, əqli inamdır. Lakin tam inam üçün kifayət etmir. Dünyada bir çox insanlar Allaha inanırlar, ancaq bu o demək deyil ki, onlar ruhani həyat sürür və əbədi həyat qazanacaqlar. İncildə, Həvari Yaqubun məktubu, 2-ci fəsil 19-cu ayədə deyilir: “İman edirsənmi ki, Allah birdir? YaxŞı edirsən; cinlər də iman edir və titrəyirlər!” Günahkarların çoxu Allaha inanır, amma ondan ayrıdırlar və günahın buxovundadırlar.
2. Bu heç də bizə lazım olduğu zaman Allahı çağırdığımız, “müvəqqəti iman” deyil. Məsələn, bizim problemimiz və doğrudan da köməyə ehtiyacımız olduqda, Allaha car çəkirik. Bu cür iman xilasedici iman deyil. Allah, bizim həyatımızda yalnız ehtiyacımız olduqda deyil, həmişə olmaq istəyir. Yalnız ehtiyac olduğu zaman dostlarınızın, qohumlarınızın və ya övladlarınızın sizə müraciət etmələri sizə necə təsir edərdi? Hər birimiz vəziyyətindən asılı olmayaraq, başqalarından məhəbbət və hörmət gözləyirik. Belə olduğu halda, hətta heç bir ehtiyacımız olmadığı halda belə, Allaha daha artıq məhəbbət və hörmət göstərmək lazım deyilmi?
3. Sonda, gəlin xilasedici imanın həqiqi izahına baxaq :
Allaha iman, tamamilə Ona etibar etməkdir. Bu, günahlarınızdan və özünüz üçün yaŞamaqdan üz döndərib, həyatınızın hər bir sahəsini (ailə, büdcəniz, dostlar, gələcək həyatınız, iŞiniz və s.) Allaha, onun səlahiyyətinə və sözünə etibar etmək deməkdir. Siz tamlığı ilə həyatınızı Allaha təslim edir, bir Müəlliminiz (Rəbb) kimi həyatınızı Ona və Onun sözünə tabe edirsiniz.
İmanın mənasını daha geniş başa düşmək üçün növbəti misala baxın:
Bir kəndirbaz yüksək bir Şəlalənin üzərindən asılmış nazik bir kəndirin üzərindən keçirdi. Çoxları onun bu heyranedici və təhlükəli tamaşasına baxmağa yığışırdılar. Bir gün o, birtəkərli araba götürüb, toplaşmış adamlardan soruşdu: “Hansınız inanır və ya iman edir ki, mən bu araba ilə kəndirin üzəri ilə şəlalənin o tayına keçə bilərəm?” Hamı onun bacarıqlı olduğunu düşünərək əl çaldılar və “bəli, sən bacararsan !” dedilər. O, araba ilə nazik kəndirin üzərindən müvəffəqiyyətlə o taya keçir və adamlar ona əl çalır və tərifləyirlər. Sonra o, adamlara başqa bir sual verir: ”Kim inanır ki, mən arabanın içində ikən adamı şəlalənin o tayına keçirə bilərəm?” Oraya toplaşan camaat yenə inandığını bildirir. Sonuncu sual daha çox fərdi xarakterli idi: “Arabaya kim oturar?” Birdən-birə kütlənin arasına sükut çökür və alçaq səslə giley eşidilir. Heç kəs arabaya oturmaq istəmirdi. Bu adamlar əqlən kəndirbazın bacarığına inanırdılar, amma heç kəs kəndirbaza etibar edib, arabaya minmək istəmirdi.
Eynilə, bizim Allaha və Onun bizim üçün elədiklərinə olan əqli və müvəqqəti inamımız qənaətbəxş deyildir. Lakin biz Ona etibar etməli, həyatımızı ona verməklə, bütün ümidimizi Ona bağlamalıyıq. Beləlikə, biz əbədi həyatı yaxşı əməllərimizlə deyil, yalnız İsanın özünü bizim uğrumuzda qurban verdiyinə görə əldə edə bilərik.