Mən həmişə Allaha inanan və Allahı sevən birisi idim. Әn böyük istəyim Onu tanimaq və Ona yaxın olmaq idi amma bunu necə edəbiləcəyimi bilmirdim. Dünyamızda Allahdan olduğunu söyləyən bir çox inanclar var idi. Allah ilə üzdən deyil, həqiqi bir ünsiyyət istəyirdim. Özümü aldadıb vicdanımı rahatlatmaq məqsədim deyildi. Ya həqiqi Allaha inanırdım ya da ki, heç bir şeyə inanmazdım.

Bir gün bir qazetdə ‘ İsa Məsihin öyrətdikləri haqqında məlumat almaq istəyirsənmi’ şəklində bir elan gördüm. Öyrənməyə marağım olduğu üçün və kitablar pulsuz olduğu üçün ora yazdım. Bir neçə vaxtdan sonra bir neçə kitabça göndərdilər. Әslində asanlıqla təsir edilməyən birisi olmağıma baxmayaraq onları oxuduqca mənə təsir etdi. Çünki, mən də Allah haqqında eyni duyğulara və ağlımda da oxşar düşüncələrə sahib idim.

Bu kitabçalar mənim üçün bir qığılc oldu. Daha sonra bir kitab mağazasından İncil aldım və oxumağa başladım. Oxuduqca İsa Məsihə təbii olaraq bir neçə ay içərisində bağlandım. İsanın adıyla dua etməyə və Ona ibadət etməyə başladım. Yaşayan və həqiqi Allahla bir canlı bir münasibətə nəhayət sahib olmuşdum. İçimdə tam bir sülh və sevinc var idi. Amma başqa bir imanlı tanımadığım üçün yalnız idim. Daha sonra yenə məktublaşma yolu ilə iki imanlı ilə tanış oldum və onların köməyi ilə bir toplantıya getməyə başladım. O vaxtdan bəri Rəbbin ardınca gedirəm və xoşbəxtəm.