012 465 4150 info@yeniheyat.com

Həyatınızın əsas məqsədi nədir?

Allaha və Onun, sizin üçün məqsədi olduğuna inanırsınızmı? Bəzi adamlar hətta, cənnət və cəhənnəm kimi ruhani amillərə belə inanmırlar. Bəziləri fikirləşirlər ki, həyat yalnız indi, yaşadıqları vaxt deməkdir və insan öldükdən sonra torpağa qarışır. Bundan sonra nə ruhani həyat, nə də ruhani məqsəd olur. Bəzilərinin məqsədi bu dünyadan yalnız, bacardıqları qədər çoxlu pul, var-dövlət toplamaq və ləzzət almaqdır. Məgər doğrudanmı bizim həyatımızın ilahi və ruhani məqsədlərlə heç bir bağlılığı yoxdur? Əgər bizi həqiqətən də Allah yaratmışsa, deməli, Onun bir məqsədi var və biz, o məqsədi və ya səbəbi bilməliyik.

Allahın verdiyi əsas əmrlər hansılardır?

  Tövratın Musa peyğəmbər tərəfindən yazılmış ikinci kitabı olan Çıxışın 20-ci fəslində Allahın bütün insanlara əməl etmələri üçün verdiyi əmrlərin xülasəsi yazılmışdır. Aşağıda göstərilən əmrləri oxuyarkən özünüzün necə həyat sürdüyünüzü fikirləşin. Onlardan hətta...

Nə üçün məhz mən?

  Bizim hamımızın, bəzilərimizin böyük, bəzilərimizin də kiçik problemləri var. Zəlzələlər, müharibələr kimi fəlakətlərdən heç kəs sığortalanmayıb yaxud hər bir adam tənhalığa və xəstəliyə məruzdur. Heç kəs bunlardan kənarda qala bilməz. Bəzən bu kimi şeylər qəflətən...

Xilas olmaq üçün nə etmək lazımdır?

  İndi isə sizin və mənim üçün və eləcə də, dünyada hamı üçün əhəmiyyət kəsb edən bir məsələyə çatdıq. Günahkar olduğumuzu bildiyimizə görə Allaha yalvarmalıyıq ki, bizi bağışlaması və qəbul etməsi üçün, Öz iradəsini bizə bildirsin. Bildiyin kimi, bəzi adamlar hesab...

Әgər Allahın arvadı yoxdursa, Allah necə Oğluna malik ola bilər?

  ‘(Ruhani) Allahın Oğlu (Seçilmiş Padşah)’ termininin açıqlaması və tərcüməsi İncildə ‘Allahın Oğlu’ söz birləşməsi İsaya dair daha çox istifadə olunur. Təəssüf ki, hərfi tərcüməyə görə idiomatik ifadə səhv başa düşülürdü. Bu titulun nə kəsb etdiyini anlamaq üçün,...

Allah kimdir?

  Әziz dost! Mən əminəm ki, sizin ilk sualınız bu olacaq: ‘Məsihçilər Allah haqqında nə fikirləşirlər?’ Hər hansı dində əsas ideya Allah haqqında ideyadır. Bilirəm ki, bəzi cahillər sizə məsihçilərin üç allaha sitayiş etdiklərini söyləmişlər. Hətta bəziləri zənn...

Allahın üçvahidliyi nə deməkdir?

  İndi isə, dostum, vaxtilə məsihçilərin Vahid Allaha inandıqlarını deyəndə, mənə vermək istədiyiniz sualın cavabını verməyə çalışacağam. Bilirəm ki, məsihçilərin üç Allaha itaət etdikləri barədə eşitmisiniz: Allaha, İsaya və Onun Anası Məryəmə. Yuxarıda izah etdiyim...

İsa kimdir?

  İsa sadəcə qayğı göstərən Adam deyildi. İsanın möcüzələri göstərdi ki, O, insanlardan çox-çox yüksəkdir. Bir dəfə İsa tənha bir yerdə dua edirdi və şagirdləri də Onunla idilər. O, onlardan soruşdu: «Xalqın dediyinə görə, Mən Kiməm?» Onlar da cavab verib dedilər:...

Həyat nədir?

  -- İmkan daxilində ömrün sonuna qədər xoşbəxt olmaqdan ötrü zaman dixilində bir səfərmi lazımdır? -- Uğrunda bu qədər zəhmətə qatlaşdığımız şeylərə nail olduqdan sonra onlar nə üçün bizi məmnun etmir? -- Əldə etmək üçün çalışdığımız şeyləri əldə etdikdən sonra nə...

Müqəddəs Ruh kimdir?

Yəqin xatırlayırsınız ki, İsanın Yəhya tərəfindən vəftiz olmasından danışanda mən onu yada salmışdım. O vaxt Müqəddəs Ruh göyərçin şəklində İsanın üstünə enmişdi. Həmçinin, Öz ölümü ərəfəsində şagirdlərinə vəd etdi ki, ‘Təsəlliverici’ adlandırdığı Müqəddəs Ruhu onlara...