Məm özüm haqqında sizə bir qədər danışmaq istərdim.
Mənim Allah haqqında o qədər də məlumatım yox idi, amma Allahdan çox qorxurdum. Çünki mənim təsəvvürümdə O, çox ciddi, günahları cəzalandıran kimi idi.
Bu hadisə on il əvvəl baş versə də bu gun ki, kimi yadımdadır. Bir dəfə bərk xəstələnmişdim, qızdırma məni lap əldən salmışdı. Xəstəliyim artıq üçüncü günü idi, amma özümü hələ də pis hiss edirdim. Nəhayət belə qərara gəldim ki, iki doza artıq dərman qəbul edim. Dərman qəbulundan sonra əllərimin və ayaqlarımın yavaş-yavaş keyləşməyə başladığını hiss etdim. Ürəyim isə daha da tez-tez döyünürdü. Ailə üzvlərimi vəziyyətim yaman qorxutmuşdu. Vəziyyətim get-gedə pisləşirdi, ancaq ürəyimin balaca sərçə kimi çırpındığını hiss edirdim. Həmən vaxtı sanki ölümlə üzləşdim. Qısa bir duada Allahdan şəfa istədim. Sonra hər tərəf qaranlıq oldu. Bundan sonra nə baş verdiyi yaddimda deyil.
Bir qədər sonra yavaş-yavaş özümə gəlirdim. Gözlərimi acanda evin küncündə ağ paltarlı bir adam gördüm. Onun boyu insan boyundan artıq olardı. Mənə elə gəldi ki, yuxu gorürəm. Onun əlindəki kitab özundən şəfəq saçırdı .
Bir qədər sonra o yoxa çıxdı və mən bütün ağrılarımı tamamilə itdiyini hiss etdim.
O gündən Allaha xidmət etməyi qərara aldım, amma mən nə edəcəyimi bilmirdim.
Bizim evimizdə o vaxtı artıq iki nəfər namaz qılırdı. Ona görə də namaz qılmağı onlardan tez bir zamanda öyrəndim və Allaha bu yolla yaxınlaşmaq istədim. Bu hadisədən iki ay keçmişdi. Bir dəfə namazın axırında öz ehtiyaclarımı Allaha deyirdim. Birdən gözümun qabağında bir uzun yol göründü. Yolun əvvəli və axırı yox idi. Bu yol mənim yadimdan çıxmadı. Üç gün sonra mənə Allah Oğlu barəsində danışdılar. Onun Xilaskar, Şəfaverən olduğunu eşitdim.
Mən hələ də o ‘yolun’ mənasını axtarırdım. Allah Kəlamı kimi İncili oxumağa başladım.
Orada bir yerdə İsanin dediyi sözü oxuyanda hər şeyi anladım. Orada bele yazılmışdı,
‘YOL VӘ HӘQİQӘT MӘNӘM.’
Onun bu sözü həqiqəti Onda axtarmağı mənə öyrətdi. Mən artıq on ildir ki, Onun Həqiqəti ilə yaşayıram. Allah Öz Oğlu vasitəsilə bütün bəndələrinə yeni həyat verir.
Bu yeni həyatda bol-bol sevinc, xeyir-dua, sülh və rahatlıq var. Ona inananlar bunu təsdiq edə bilər. İsa deyir ki,
‘Ey yükü ağır olanlar yanıma gəlin, Mən sizə rahatlıq verərəm.’
İsa yaşayan vaxtı O öz mücüzələri ilə tanınmışdı. İsa bü gün də yaşayır və möcüzələr göstərir. İsa insanları sevir və onlara xeyir-dua verir.
Mən öz gözlərimlə duadan sonra xəstəliyimin necə sağaldığını görmüşəm.
Әgər mənim həyatımda O, mocüzələr göstərməsədi, dualarıma cavab verməsəydi, mən Ona heç vaxt inanmazdim.