Gülşən

Mənim adım Gülşəndir, 20 yaşım var.Yaşadığımız həyat sözsüz ki, problemlərlə doludur. Bütün ailələrdə olduğu kimi bizim ailədə də çoxlu problemlər var idi. Lakin ən boyük problem qardaşımla baqlı idi. O valideyinlərimin razılığı olmadan istədiyi bir qızla harasa çıxıb getmişdi. Onun hara getdiyini biz bilmirdik. Bu bir ildən çox idi ki davam edirdi.

Bir gün xalam anama telefonda danışarkən ona nəsə dedi və ona nömrə verdi. Bu bizim qohumlarımızın nömrəsi idi. Baxmayaraq ki, biz qohum idik, amma mən onları yaxından tanımırdım. Anam onlara zəng etdi və biz görüşdük. Onlar bizə qayğı göstərdilər, bizə həqiqəti, İsanı necə qəbul etdiklərini danışdılar. Nəhayət biz tövbə etdik və İsanı qəbul etdik. Onlar bizə İncil verdilər. O vaxdan bəri bizim həyatımızda çox dəyişikliklər oldu. Qardaşım öz ailəsi ilə evimizə qayıtdı, anam onu bağışladı. Allah bizim duaları qəbul etmişdi.

Mən artıq çox şeyi başa düşdüm. İlk növbədə Allahı –İsanı tanıdım. Anladım ki, O bizim kimi milyonlarla günahlı insanlar üçün günahsız bir quzu kimi qurban gedib və qiymətli qanını bizim üçün töküb.Yalnız İsanın köməyi ilə biz əbədi həyata malik ola bilərik. Mən çox xoşbəxtəm, çünki Allah məni bu günahlı dünyadan, milyonlarla insanın içindən seçib. Buna görə də mən Allaha həmişə minnətdar olacağam. Qoy sülh verən Allah bizə yar olsun. Amin.