Yeddi il əvvəl çarəsiz, ümidsiz və ürəyi acılıqla dolu bir insan idim. Yaşadığım pis evliliyin gətirdiyi bədbəxtlik, həyatımı zindana çevirmişdi. Altı ay dözdükdən sonra ərimdən boşandım.
Boşanmadan sonra ən azı yaşadığım zindan həyatı bir az daha bağlanmış olmuşdu amma yenə də əsəbi, ölçülməz bir boşluq vardı içimdə. Bəlkə də bu boşluğun səbəbi, içimdə bir hüzurun olmaması idi!
Bir gün tanıdığım biri vasitəsiylə əlimə bir İncil keçdi…..Səyfələrini necə gəldi çevirib oxumağa başladım. İçində bir çox şey vardı bu kitabın, amma anlayabildiyim yerlər, İsanın həyatının və etdiyi möcüzələrin keçdiyi ayələr idi. Qalan hissələri elə də başa düşməmişdim ya da istəməmişdim bəlkə də.
Qarşıdakı günlərdə bu dostumla birlikdə onun getməyə davam etdiyi kilsəyə getdim. İçəri girdiyimdə diqqətimi çəkən ilk şey, kilsənin çox sadə olmasıydı. Bu televizorlarda gördüyümüz kilsələrə heç bənzəmirdi. Türkcə olaraq danışmağa başladıqları
ilahilərin sözləri və melodiyaları çox təsiredici idi. Allahın sonsuz sevgisindən, mərhəmətindən və verdiyi sakiltlikdən (dinclikdən) danışırdı. Sözlər sanki mənim üçün idi, illərdir axtardığım rahatlıq, sevgi və mərhəməti sanki ilahilər vasitəsilə ürəyimə dolurdu. Daha artıq dayanmadım və ağlamağa başladəm. Allah məni də sevirdi və olduğum kimi qəbul edirdi, həm də qarşılıqsız olaraq! O gün Rəbb İsaya iman etdim.
İsa Məsih həyatımı mənəvi mənada həqiqətən çox dəyişdi. Narahatçılığın yerini rahatlıq, ümidsizliyin yerini ümid aldı amma ən vacıbı illərdir içində yaşadığım ruhani zindanın qapılarını axira qədər açıb məni azad etdi. Onu yeddi ildir tanıyıram. Bu iman yolunda Rəbb mənə o qədər xeyir-dua verib ki, hər birini tək -t ək başa salmağa başlasam hər halda qalın bir kitab olar.