Mənim adım Famildir. Mən Bakıda anadan olmuşam. Lap uşaq ikən biz Artyoma köçmüşdük. Mənim atam demək olar ki, bütün həyatını türmədə keçirib. Ona görə də mən uşaq yaşlarımdan küçələrdə böyümüşəm. Oğurluq edir və narkotikdən istifadə edirdim. Məhəllədə Namiq adında oğlan var idi. O məndən beş yaş böyük idi. Namiq mənə necə oğurluq etməyi öyrədirdi. Mən ona çox hörmət edirdim. Elə oldu ki, Namiqi tutdular və o tüməyə düşdü.

O türmədə olduğu müddətdə mən lap avara oldum. Dörd ildən sonra Namiq azadlığa buraxıldı. Mən yaxşı narkotik alıb, onun yanına getdim. Lakin o narkotik istəmədi və mənə Allahın onu necə xilas etməsindən danışdı. Mən elə bildim ki, Namiq türmədə dəli olub, çünki o dəyişilmişdi. Bir neçə dəfə onun yanına gəldim və o yenə də mənə Allah haqqında danışırdı. Mən isə guya ona qulaq asırdım.

Mənim əsgərliyə getmək vaxtım gəlib çatdı. Mən əsgərlikdə bərk xəstələndim, vəziyyətim çox ağır idi. Məni məzuniyyətə evə buraxdılar. Mən yenə də Namiqin yanına getdim. O mənə dedi ki, İsa Allahdır. Mən düşündüm ki, bu lap dəli olub. O mənə içərisində vəz olan bir kaset və balaca ‘İncil’ kitabı verdi. Mənim üçün dua etdi. Mən əsgərlikdə bu kitabı oxudum, amma heç nə başa düşmədim. Mən dua edirdim, Allah isə mənə kömək edirdi.

Məni əsgərlikdən buraxdılar. Mən yenə də yeyib içir və oğurluq edirdim. Elə oldu ki, mən iki nəfəri bıçaqladım və axtarışa düşdüm. Məni hər yerdən axtarırdıalr. Hər yerdən əlim üzüldü, qohumlar, hətta anam da məndən üç çevirdi. Bu vaxt namiq yadıma düşdü, düşündüm ki, onun yanına gedim, bəlkə o məni qəbul edər. Namiq məni görən kimi sevindi və mənə kömək etdi. Mən bir müddət onun evində qaldım. O mənə ‘İncil’ kitabını oxuyurdu və deyirdi ki, İsa sənə kömək edə bilər.

30 noyabr 2002-ci ildə mənim ad günüm idi. O məni məbədə apardı. Şənbə günü pastorun dərsi idi. Pastor vəz edərkən sanki mənim həyatımı danışırdı. Vəz mənə çox toxundu, mən ağlamaq istəyirdim. Tövbə etdim və o gündən İsanın balası oldum. 10 ay Namiqlə məbədə gəlib getdim və Müqəddəs Ruhdan doğuldum.

Köhnə işimə görə axtarışda olduğum üçün məni tutub, Bayıl türməsinə saldılar. Bir müddət orada qaldım, dua edirdim və qardaşlar da mənim üçün dua edirdilər. Məhkəməyə 10 dəqiqə qalmış dua etdim: ‘Ay Allah, qoy sənin iradən olsun, istəyirsənsə qoy mən tutulum.’

Möcüzə oldu. Məni azad etdilər. Bu mümkün deyildi. Bunu İsa Məsih etmişdi. Mən böyük bir sevinclə məbədimizə gəldim. Şükür olsun Rəbbə! Amin.