Mən, Elmar kriminal bir məhəllədə böyümüşəm. Gənc yaşlarımdan bu şeyləri görüb, özüm də o insanlardan biri olmuşam. 1997-ci ilin əvvəli bütün dəstəni tutdular və məni də tutdular. Mənə 5 il iş verdilər. Bu vəziyyətdə valideynlərim evi satmalı oldular. Evin puluna yenidən məhkəmə edib, altı aydan sonra məni azadlığa buraxdılar. Mən başqa bir qəsəbəyə köçdüm.

Bu əhvalatdan sonra mənim bir cinayət işim də açıldı. Mən tək qalmışdım, çünki mənimlə olan bütün uşaqların bəziləri ölmüş, bəziləri də ki, tutulmuşdu.

Vəziyyətim pis idi, çünki məni axtarırdılar. Mənim bir uşağım var idi və yaşayış imkanım çox ağır idi. Mən hər an gözləyirdim ki, məni tutacaqlar. Yaşadığım yer dənizə yaxın idi. Bacımın yoldaşı ailəsi ilə bizə gəlirdi. Ailəsini bizə qoyub, dostu ilə çimərliyə gedirdi. Onlar çimərlikdən qayıdanda onların gözləri çox qəribə görünürdü. Bu əhvalat bir neçə dəfə baş vermişdi. Mən onlardan şübhələnirdim ki, bunlar narkotik maddələrdən istifadə edirlər. Mənim özüm narkotik maddə qəbul edirdim. Buna görə də elə düşünürdüm ki, onlar narkotik qəbul edib, mənə təklif etmirlər.

Mən onlarla mübahisə edib, deyirdim ki, özünüz tək uyursunuz. Onun yanındakı dostu mənə dedi ki, istəyirsən bu narkotikdən sənə də verək. Bu oğlan həlim idi, mən isə elə bilirdim ki, o fırıldaqçıdır. Dedim ki, ver. O mənə ‘Uşaq bibliyası’ verdi və dedi ki, biz bundan uyuruq, sən də bundan uy. Mən bu kitabı bir müddət oxudum.

Bacımın yoldaşı məni məbədə dəvət etdi. Biz görüşüb dirilmə günü məbədə getdik. O mənə deyirdi ki, biz getdiyimiz yerdə elə bir qüvvə var ki, sənin həyatını dəyişəcək və o sənə kömək edəcək, amma mənim heç bir ümidim yox idi. Mən əyləşdim və pastorun vəzinə qulaq asanda gördüm ki, o mənim bütün həyatımı mənə danışır. Sanki hansısa bir qüvvə məni əsdirirdi. İsa mənə toxunmuşdu. Mən çıxıb tövbə etdim. Toplantıdan sonra mən pastora yaxınlaşdım və onunla söhbət etdim. O mənim üçün dua etdi və mənə dedi ki, Allah səni sevir və sənin vasitənlə çox insanlar imana gələcək.

Mənim həyatımda çox böyük bir möcüzə oldu. Mənim üçün açılan cinayət işi bağlandı. Bundan əlavə Rəbb mənim bütün yollarımı açdı. Mən vəftiz oldum. Mənim bir övladım da oldu. Elə oldu ki, biz o evi də satdıq və şəhərdən kənarda ev aldıq. Burda bir kiçik qrup yarandı. Bizim cəmiyyətimiz böyüdü və indi orda 34 nəfər imanlı var. Mən bu cəmiyyətin lideriyəm. Və mən Allaha minnətdaram ki, O mənim həyatımı dəyişib, mənə üç övlad verib və gözəl həyat yoldaşım var.

Mən İsaya minnətdaram. Şükürlər olsun. Amin.