Mən Sao Paulo dövlətində sakit bir ailədə anadan olmuşam harada ki, biz plantasiyalardan portağal daşımaqla məşğul idik.
De Jau komandasında futbol oynamağa başladıqda işlər elə də yaxşı getmirdi. Klubun vəziyyəti o dərəcədə pisləşmişdi ki, bizim maaşlar da vaxtında verilə bilmirdi. Bu zaman mən futbolu dayandırmağı və başqa işlə məşğul olmağı düşünürdüm, çünki ailəmin ehtiyacını ödəməli idim. O vaxtlarda mənim klubumda oynayan dostlarımdan biri məni Məsih üçün Idmançılar görüşündə iştirak etməyə dəvət etdi. Mən dəvəti qəbul etdim və orada başa düşdüm ki, Allah mənim Onunla şəxsi ünsiyyətim olmasını istəyir. Beləliklə, mən Allah barəsində çoxlu şeylər eşitdim və dərk etdim ki, Onun haqqında yalnız qulaqla eşitmək kifayət deyil. Onda qərara gəldim ki, Onunla daha yaxından tanış olum və Ona hər vəziyyətimdə mənim bələdçim olmasına icazə verim. O vaxtdan həyatımda hər şey surətlə dəyişməyə başladı: Sao Pauloda müvəqqəti oynamağa başlamışdım ki, tez bir müddətdə məni əsas heyyətin sırasına daxil etdilər. Özümü yaxşı göstərdikdən sonra klub məni mütamadi oyunçu kimi qeydiyyata aldı. Beləliklə mən həyatımda peşakar addımlar atmağa başladım. Bununla yanaşı bir çox titullara görə qələbələrimiz oldu və buraya 2002-ci ildə olan futbol üzrə Dünya Çempionatı da daxildir.
Dünya Çempionatında oynamaq mənim üçün mühüm bir hadisə, Allahdan gələn bir hədiyyə idi və bu Çempionatda vurduğum qol FİFA-nın səs verməsinə görə ən gözəl qol hesab olundu və dunyada ən mühüm hadisə oldu və bizim komanda çempionatın qalibi oldu. Almanlara qarşı oyunda hakim son fitini çaldıqda, mən başa düşdüm ki, əgər Allah mənimlə olmasaydı, mən heç bir zaman orada oynamazdım. Mən iki başqa oyunçu ilə düz çökdüm və Allahı bütün varlığımla izzətləndirməyə başladım, çünki bütün ürəkdə olan izzət, təşəkkür hamısı Ona yönəlməlidir. O mənə həyatımda bütün çətinlikləri dəf etmək üçün quvvə vermişdi və məni o qələbəyə çatdırmışdı. Biz bu həyatda çoxlu adlar qazana bilərik lakin onlar hamısı müvəqqətidir. Növbəti yarışlarda yenidən çempion olub, ən yüksək yerləri tutmaq üçün boş yerlər olacaq lakin həyat oyununda isə yeganə bir Nəfər ən əsas qələbəni qazanmışdır. Onunla heç bir rəqabət aparmaq olmaz. Onun adı İsadır. Onu ona görə etmişdir ki, biz bu gün Onun qələbəsini bölüşək, Allahla əbədi yaşayaq. Yəhya 11:25, ‘Dirilmə və həyat Mənəm; Mənə iman edən ölsə də yaşayar’.
Edmilson