Balaca uşaq ikən nənəm bizi Bazar günü məbədə getməyə məcbur edirdi, bəzən bu mənə uzun bir gün kimi görünürdü. Mən heç vaxt ona can atmırdım, amma sonralar nəyisə həqiqətən itirdiyimi hiss etməyə başladım. Sonra Allah mənə vaxtında yol göstəmək üçün dostum Braynı göndərdi. Mən günlərimi Allahın sözü ilə açmağa başlayırdım və mənfi şeyləri müsbət şeylərə çevirməyi öyrənirdim. 18 yaşımda mən ciddi olaraq Məsihə iman etdim. Onun gücü sayəsində çətin vəziyyətləri və ünsiyyətləri səbr və müsbət mövqe ilə yoluna qoyuram. Allahın mənə çox dəyərli şeylər öyrətməsi çox gözəldir. Mən hansı sahədə olursa olsun bacardığım hər bir şeyi etmək istəyirəm.

Məsihə iman etməzdən qabaq vəziyyətlər mənim ümidlərimi puç edirdi. Məni çətinliklərə salan pis davranışla boya başa çatmışam … Mən çətin şeyləri, ünsiyyətləri yaxşı idarə edə bilmirdim. (İndi) mən Ona ümid edəndə və öz üzərimə düşən məsuliyyəti inadla yerinə yetirəndə Allah yardım edir. İşlər düz getməyəndə mən inanıram ki, əgər gözləməkdə səbrli olsam hər şey yoluna düşəcək. Mən “dediyim hər bir sözdə diqqətli olmağı, və mənə müsbət təsir bağışlayan insanların əhatəsində olmağı öyrənirəm.

Mən günlərimi Allahın sözünü oxumaqla başlayıram; Allahın xarakterini və Bibliyanın necə maraqlı olmasını başa düşmək mənim fikrimcə çox gözəldir. Mən mənfi şeyi müsbət şeyə çevirməyi öyrənirəm. Mən ilk dəfədən müsbət fikriləşməyə və daha səbrli olmağa başlayıram. Məsihə tamamilə ümid edərək, mən insanları bağışlamağı və nifrət etməməyi öyrənmişəm. Mən eləcə də görmüşəm ki, işlər düz getməyəndə Allahın həmişə təmin edəcəyinə inanmaq lazımdır. O mənə axıra qədər kömək edəcək. Mənim qalan ömrüm üçün açar: sadiq qalmaqdır!