1. Bu onu göstərir ki, biz günahlı olduğumuza görə öləndən sonra göylərə (cənnətə) gedə bilməyəcəyik. Allah müqəddəsdir, biz isə günahkarlarıq və yuxarıda göstərilən ayəyə əsasən, Allahdan ayrılmışıq. Ruhən ölü və Onun qarşısında etdiyimiz günahlara görə təqsirkar olduğumuz üçün Allahla ruhani birliyimiz yoxdur.

2. Bu o deməkdir ki, biz günahımız ucbatından cəzamızı çəkmək üçün cəhənnəmə düşməliyik. Bu Allahın kəlamında açıq aydın yazılan və günaha görə verilən cəzadır. Cəhənnəm həm də Allaha itaət etmədiyimizə görə bizə layiq görülən cəzadır. Cənnət və cəhənnəm insanların öldükdən sonra düşdükləri real məkandır. Cəhənnəm Allah tərəfindən şeytan ilə onun mələkləri və Allahın sözünə itaət etməyən adamlar üçün hazırlanmış əbədi alov və cəza yeridir. Hamımız bir gün Allahın qarşısında duracağıq və O, bizi mühakimə edəcəkdir.

Rəbb belə deyir: “Qorxaqların, imansızların, məkruhların, qatillərin, əxlaqsızların, sehrbazların, bütpərəstlərin və bütün yalançıların isə aqibəti od və kükürdlə yanan göldədir. Bu, ikinci ölümdür.” (İncil, Vəhy kitabı, 21-ci fəsil, 8-ci ayə)