Bu, o deməkdir ki, siz Allahla olan ruhani əlaqədən, Onun hüzurunu tanımaqdan, məhəbbətindən, gücündən və bağışlanmasından məhrumsunuz. Buna görə çox insanların ürəklərində sülh yerinə qorxu, narahatçılıq və təqsirkarlıq hissi olur. Onlar Allahın məhəbbətini hiss etmir, buna zidd olaraq nifrət və kin içərisində yaşayırlar. Onlar Allahdan güc ala bilmədiklərindən həyatlarını dəyişərək, günahdan və onun nəticələri olan sərxoşluq, yalan, tamahkarlıq, küfr, siqaret çəkmək, zina, narkomaniya və s. kimi pis meyllərə qalib gələ bilmirlər. Bu, insanın irsən aldığı günahlı təbiət üzündən digər insanlarla ruhani vəhdətdə və sülhdə yaşaya bilməməsinin səbəbidir.

Doğulduğunuz andan etibarən ruhən ölü olduğunuza görə siz günahlı təbiətinizlə təkbətək qalmısınız və bütün günahlarınızın mənbəyi bundadır. Məhz buna görə də bu qədər ailə, siyasi, sosial və şəxsi problemlər, çəkişmələr və müharibələr mövcuddur. Bu həm də onu göstərir ki, Allahın sizin həyatınız üçün təyin etdiyi xüsusi iradəsini müəyyənləşdirə bilmirsiniz. Onun sizin həyatınız üçün xüsusi planı və məqsədi var və siz belə olan vəziyyətdə bu planı, əlbəttə ki, başa düşmürsünüz və ona əməl edə bilmirsiniz.

“Sizin haqsızlığınız sizi Allahdan ayırıb, sizin günahlarınız Onun üzünü sizdən gizlədib ki, Allah günahlarınızı görməsin.” Yeşaya peyğəmbərin kitabı 59:2