Bu addımları atmaqla

 

— Əbədi həyatı alacaqsan: Oğula (İsaya) iman edənin əbədi həyatı vardır.

— Duada Allahla maneəsiz danışa bilərsən, Onunla elə bu gün danışmağa başla.

— Allahın Sözü, Müqəddəs Kitab sənin yoluna nur saçar və lazım olan hər şeyi sənə anladar. Hər Müqəddəs Yazı Allahdan ilham almış və təlim, təkzib, islah, salehlik tərbiyəsi üçün faydalıdır ki, Allah bəndəsi kamil olub, hər cür xeyirli iş üçün təchiz edilsin.

— Allahın ailəsinin, iman etmiş adamların bir hissəsisən, Təlim, kömək və təsəlli üçün onlara möhtacsan. Onlar, həvarilərin təlimində və ünsiyyətində, çörək bölməkdə və dua etməkdə davam edirdilər.

Bu, Allahın istəyi həyatdır. İsa Özü belə demişdi:

Mən isə gəldim ki, insanlarda həyat, bol həyat olsun.