Məsih İsani taniyanda 17 yaşındaydım və məncə o vaxtlar həyatımın ən böhranlı (krizis) günlərini yaşayırdım. Nə özümə, nə də ətrafımdakı insanlara etibar etmirdim. Çünki həyatda gördüklərim mənə etibar etməməyi öyrətmişdi.
Bir-iki ildir dəyişiklik olsun deyə, ya da ki, dostlarımı görmək üçün kilsəyə gedib-gəlirdim. İsanın möcüzələr etdiyinə və bəzi insanların ruhani həyatlarını dəyişdirdiyi ilə əlaqədar duyduqlarımdan başqa bir şey bilmirdim, sözün düzü başa düşmürdümdə. Bəzi mənə başa salınan şeyləri də gülərək qarşılayırdım.
İki ilim belə keçdi. Bir bazar günü ailəm kilsəyə getmək üçün hazırlaşarkən, mən də o gün gerçəkləşdirməyi düşündüyüm intihar (özünü öldürmək) üçün beynimdə plan qururdum. Onlara kilsəyə getmək istəmədiyimi dedim.
Onlar kilsəyə gedenden sonra tək qalmışdım. Yerə oturdum və ağlamağa başladım. Allaha, Onu çox sevdiyimi amma mənim də sevgiyə, etibara və münasibətə ehtiyacım olduğunu anlatdım. Әslində intihar etmək istəmirdim, amma edə biləcəyim başqa bir şey qalmamışdı. Otağımın pəncərəsinə çıxdım və özümü aşağıya atdım.
Gözlərimi açdım, ölməmişdim. Həyatımın möcüzəsi ilə qarşı-qarşıya idim. Otağımın pəncərəsinin çölünə doğru deyil, içinə doğru, yəni otağımın içinə düşmüşdüm. Bu necə oldu deyə fikirləşərkən təkrar ağlamağa başladım. İsa yanımda idi. Məni sevirdi və həqiqətən də bir ata kimi mənimlə maraqlanırdı. Həmən bu hadisə həyatımın dönüş nöqtəsi oldu. Həyatımı bütünlüklə İsa Məsihin əllərinə buraxdım.
İndi 27 yaşındayam, geriyə dönüb baxdığımda peşmanlıq duyduğum xətalarımın, indi salehlik meyvəsi olaraq Rəbbin gözündə dəyər qazandığını və həyatımın Rəbb üçün önəmli və dəyərli olduğunu görürəm.
Təşəkkürlər, İsa Məsih.