Allah yaratdığı insanları sevir və Onunla insanlar arasında qırılmış münasibəti bərpa etmək üçün öz planı var. Siz soruşa bilərsiniz, Allah bizə öz qanun və əmrlərini nəyə görə verdi? Bunu başa düşmək üçün aşağıda təsvir olunmuş misalı nəzərdən keçirək:
İnsanın özünü xilas etmək cəhdləri:
Bir kişi dənizdə çimərkən yorulur və su burulğanına düşərək, boğulur. Sahildə duran bir qrup insan bu hadisənin şahidi olurlar, ancaq heç biri batan kişiyə kömək etməyə cürət etmir. Aralarında, yalnız bir nəfər, güclü və yaxşı üzən cavan var idi. Sahildəki adamlar ondan həmin kişini xilas etməsini xahiş edirlər, amma o, bunu etmir. O, həmin kişinin taqətdən düşüb batdığını gördükdə suya atılıb onu xilas edir. Adamlar xilaskarı tənbeh edirlər və nəyə görə onun bu qədər çox gözlədiyinin səbəbini oyrənmək istədikdə, o cavab verir: “Batan kişi güclü ikən mənə imkan verməyəcəkdi ki, onu xilas edim. Mən ona, yalnız o vaxt kömək edə bilərdim ki, o taqətdən düşüb, xilas olunmaqdan vaz keçsin.”
Allah öz qanunlarını və əmrlərini göndərdi ki, bizim Onun qarşısında olan günahlarımızı və təqsirlərimizi göstərsin. Qanun və Əmrlər sadəcə güzgü kimi bizim günahlarımızı və nöqsanlarımızı göstərir. O, bizə anlatmağa çalışır ki, biz Onu öz cəhdlərimizlə məmnun edə bilmərik və Onun əmrlərini yerinə yetirmək iqtidarında deyilik. Həmin batan kişi kimi biz də özümüzü öz cəhdlərimiz və ya yaxşı işlərimizlə xilas edə bilmərik. Əlbəttə, Allah həmçinin öz əmrlərini bizə günahın acınacaqlı nəticələrindən qorunmaq və bol-bol xeyir-dua almağımız üçün vermişdir.
O, bizim başa düşməyimizi istəyir ki,….
1. Biz əlacsız günahkarlarıq.
2. Biz özümüzü günahdan, ruhani ölümdən və cəhənnəmdən xilas edə bilmərik.
Bizim problemimizə cavab nə ola bilər:
Yəqin ki, bakirə Məryəmdən doğulmuş İsa haqda eşitmisiz. İsanın atası olmadığından Allah onun ruhani atası idi. Buna görə onu Allahın Oğlu adlandırırlar. O, cismani istəkdən doğulmamışdı, lakin Allahın Müqəddəs Ruhu vasitəsilə Məryəmə göndərilmişdi. İsa kamil, günahsız həyat sürmüş və çox möcüzələr və əlamətlər göstərmişdi (xəstələrə şəfa vermiş, ölüləri diriltmiş, tufanı yatırmışdı). İsa, İncildə (Yəhya 1:1,14) deyildiyi kimi Allahın Sözü idi. O, yalnız Allahın Kəlamını öyrətmir, həmçinin ona əsasən yaşayırdı.
Onun işləri ilə sözləri eyni idi. Ən mühüm sual odur ki, “Allah İsanı dünyaya nə üçün göndərdi?” Bu suala cavab tapmaq üçün biz İncili nəzərdən keçirməliyik. Sözü gedən məlumat, sizə İncili daha yaxşı başa düşmək üçün kömək edəcəkdir.