012 465 4150 info@yeniheyat.com

Nə üçün məhz mən?

Bizim hamımızın, bəzilərimizin böyük, bəzilərimizin də kiçik problemləri var. Zəlzələlər, müharibələr kimi fəlakətlərdən heç kəs sığortalanmayıb yaxud hər bir adam tənhalığa və xəstəliyə məruzdur. Heç kəs bunlardan kənarda qala bilməz. Bəzən bu kimi şeylər qəflətən gəlir.

Bir nəfər Yerusəlimdən Yerihoya gedərkən quldurların əlinə keçdi. Quldurlar onun paltarını çıxartdılar, özünü yaraladılar və yarımcan halda qoyub getdilər. Təsadüfən bir kahin (yəhudi din adamı) həmin yol ilə gedirdi; adamı gördükdə yolun o tayından keçdi. Bir levili də (kahin yardımçısı) o yerə çatdıqda yaxınlaşdı və onu görüb yolun o tayından keçdi. Bir nəfər samariyalı isə (yəhudilərin kafir saydıqları) o yoldan keçərkən ona rast gəldi və onu gördükdə yazığı gəldi, yaxınlaşıb onun yaralarına zeytun yağı və şərab tökərək sarıdı; onu öz eşşəyinə mindirib bir mehmanxanaya gətirdi və onun qayğısına qaldı. Ertəsi gün isə, oranı tərk edərkən iki dinar çıxarıb mehmanxana sahibinə verdi və dedi: “Onun qayğısına qal; və əgər artıq xərcin çıxarsa, geri qayıdanda mən sənə ödəyərəm.”

Dindar adamlar o bədbəxt və möhtac adamın yanından keçirlər. Yaralı adam çağırır: “Mənə kömək edəcək bir adam varmı?” Fəqət başqa dindən olan yad bir adam ona qayğı göstərdi və kömək etdi.

Hətta İsa Özü də aclıq və iztirab çəkmişdi. Ona görə İsa bizim dərd-sərimizi yaxşı bilir. İsa qayğı göstərir!