012 465 4150 info@yeniheyat.com

İsa Məsih qayğı göstərir

— İsa Məsih xəstə adamlara qayğı göstərir.

İsa şənbə günü on səkkiz il beli bükülü qalmış bir qadına rast gəlir. İsa, şənbə günü sinaqoqların birində təlim verirdi. Orada, on səkkiz ildən bəri daxilində xəstəlik ruhu olan bir qadın var idi; onun beli bükülmüşdü və qətiyyən düzələ bilmirdi. İsa onu gördükdə yanına çağırdı və ona dedi: «Qadın! Sən öz xəstəliyindən azad olursan.» İsa əllərini onun üstünə qoydu, qadın da həmin anda dik durdu və Allaha həmd-səna etməyə başladı.

— İsa insanlar arasından qovulmuş adamlara qayğı göstərirdi.

İndi QİÇS xəstəliyinə tutulan adamlar kimi onda da cüzam xəstəliyinə tutulan adamlar insanların arasından qovulurdu. İsa şəhərlərdən birində olarkən, bütün bədəni cüzamlı olan bir adam gəldi. İsanı gördükdə üzü üstə yerə döşəndi və Ona: «Ya Rəbb, əgər istəsən, məni saf edə bilərsən», – deyə yalvardı. İsa əlini uzatdı və: «İstəyirəm, saf ol», – deyərək ona toxundu. Və cüzam dərhal onu tərk etdi.

— İsa dullara və yetimlərə qayğı göstərir.

İsa Nain deyilən bir şəhərdə böyük bir izdihama rast gəlir. Dul qadının yeganə bir oğlunun cənazəsi çıxarılırdı. Rəbb ananı gördükdə ona yazığı gəldi və: «Ağlama!» – dedi. Yaxınlaşıb ölünün uzandığı xərəyə toxundu və cənazəni aparanlar dayandılar. Və İsa dedi: «Ey gənc, sənə deyirəm: Dur!» Ölü durub oturdu və danışmağa başladı. İsa onu anasına verdi. Allahın məhəbbəti və qüdrəti hətta ölümdən də güclüdür. İsa Məsihin toxunması yeni həyat gətirdi.