Həyat nədir?

— İmkan daxilində ömrün sonuna qədər xoşbəxt olmaqdan ötrü zaman dixilində bir səfərmi lazımdır?

— Uğrunda bu qədər zəhmətə qatlaşdığımız şeylərə nail olduqdan sonra onlar nə üçün bizi məmnun etmir?

— Əldə etmək üçün çalışdığımız şeyləri əldə etdikdən sonra nə üçün qane olmuruq?

Bu suallar indi ortaya çıxmayıb.

Təqribən 2000 il bundan əvvəl zəngin rəislərdən biri İsanın yanına gəlib Ondan soruşur:

Ey yaxşı müəllim! Əbədi həyatı miras almaq üçün nə etməliyəm? İsa ona deyir: “Nə üçün Məni yaxşı adlandırırsan? Bir Allahdan başqa kimsə yaxşı deyildir. Onun əmrlərini bilirsən: Zina etmə, qatillik etmə, oğurluq etmə, yalan şahidlik etmə, ata və anana hörmət et”. Zəngin rəis cavab verir: “Bütün bunlara gəncliyimdən riayət edirəm”. İsa bunu eşitdikdə ona dedi: “Daha bir çatışmamazlığın var: hər nəyin varsa sat, yoxsullara payla. Göylərdə xəzinən olacaqdır. Sonra gəl, Mənim ardımca get”. O isə bu sözləri eşitdikdə məyus oldu, çünki çox varlı idi. İsa onun məyus olduğunu gördükdə dedi: “Sərvəti olanlar Allahın Səltənətinə nə çətinliklə girirlər!”

Sərvət problemlərin həlli deyil… çox vaxt sərvət həm bizim üçün, həm də digərləri üçün çox çətin bir məsələ olur.