Allah Haqqında

Allahın üçvahidliyi nə deməkdir?

İndi isə, dostum, vaxtilə məsihçilərin Vahid Allaha inandıqlarını deyəndə, mənə vermək istədiyiniz sualın cavabını verməyə çalışacağam. Bilirəm ki, məsihçilərin üç Allaha itaət etdikləri barədə eşitmisiniz: Allaha, İsaya və Onun Anası Məryəmə. Yuxarıda izah etdiyim kimi, əgər məsihçilər Allahın hər hansı yaratdığına və Onunla birlikdə Yaradana da itaət edirlərsə, onda onlar çox böyük səhv etmiş olurlar. Bakirə Məryəm müqəddəs qadındır, lakin o yalnız Allaha məxsus olan itaəti heç vaxt qəbul etməzdi. Məsihçilərin İsaya itaət etmələri doğrudur. Lakin biz bunu müqəddəs peyğəmbər olduğuna görə deyil, əbədi olaraq Allah Kəlamı və Allahın Oğlu, Allahla tamamilə bir olduğuna görə edirik. O, vahid həqiqətdir, Allah kimi göylərə qaldırdığımız adi insan deyil. O həmişə Allahla birdir və O, insan oldu ki, günahkarları xilas edib Allaha qaytarsın. Deməli, O itaətə layiqdir, çünki O həqiqətən də Allahdır.

Biz, həmçinin, aydınlaşdırdıq ki, Müqəddəs Ruh Allahın Yaratdığı deyildir, lakin Allahla birdir və Allahın Ruhudur. Ruh yalnız Allahın edə biləcəyi işi görür, insanın daxilində və insan üçün çalışır. Onda biz nə etməliyik? Üç Allahmı var: Ata, Oğul və Müqəddəs Ruh? Æ?sla! Təkrar edirəm: həmişə Bir olmuş və Bir olacaqdır. Onlar əzəldən ilahi vəhdətdə olmuşlar: Ata, Oğul və Müqəddəs Ruh. İnsanlardan kimsənin görmədiyi Ata Allahın mənbəyi və başlanğıcıdır. Bir dəfə Oğul bəşəriyyət tarixində görünməz Atanı göstərdi. Müqəddəsə yetmək üçün Allah və Oğul tərəfindən insana Müqəddəs Ruh verildi. Beləliklə, dostum, əmin olun ki, məsihçilər vahid olan Allaha – Ata, Oğul və Müqəddəs Ruha itaət edirlər. İsa Öz şagirdlərinə hər yerə gedib, insanları Onun şagirdləri olmağa inandırmağa və iman edənləri ‘Ata, Oğul və Müqəddəs Ruh naminə’ (Matta 28:19) vəftiz etməyə göstəriş verəndə vəhdətdə olan bu Üçvahidliyə (Üç üqnuma) istinad edirdi. Bir azdan mən vəftizin nə olduğunu aydınlaşdıracağam.

İman Yolu(Yusif Miller)