Qayınana qadının nikahında ən böyük xeyir-dua və ya ən böyük çətinlik ola bilər. Onun ağalıq edən xasiyyəti və kobud sözlərinin əhatəsində qadın nə edə bilər? Bəlkə əvvəllər sizin reaksiyanız “ona hirslənmək”, cavab qaytarmaq olub və bunun nəticəsində siz də özünüzü onun kimi pis hiss etmisiniz. Bu şeylərə nəzər salarkən həmin kobud sözlər problemi heç həll edibmi? Kimsə heç “qələbə çalıbmı”? Xeyr.
Bu məsələdə sizə kömək məqsədilə aşağıda üç şey verilib, əgər onları etsəniz, qayınananız və həyatınızda olan hər bir insanla ünsiyyətiniz dəyişiləcək.
1. Dua etməyə qərar verin.
Allahın Kəlamı bizə “bütün qayğı yükünüzü Ona ötürün, çünki O sizin qayğınıza qalır” (1 Peter 5:7) söyləyir. Allah hər birimizin və özünəməxsus problemlərimizin qayğısına qalır. O bizim yüklərimizi daşımaq istəyir. Bu Onun qayınananızı bir gecəyə dəyişəcəyini bildirirmi? Xeyr. Lakin dua birinci Ona etibar etməkdə ürəklərimizə dəyişiklik gətirir. Biz Ona etibar edə bilərik, çünki O bizə verdiyi vədlərə həmişə sadiqdir.
Dua üçün xüsusi bir yer lazım deyil. Dua sadəcə Allahla söhbət etməkdir. Hər səhər yuxudan duranda bu yükü Ona verin. Qayınananızla ünsiyyətinizi yaxşılaşdırmasını Ondan xahiş edin. Bütün narahatçılıqlarınızı Ona söyləyin və vəziyyəti dəyişdirməsini Ondan diləyin. Amma bu duanı edərkən, Ehtiyatlı olun! O sizin də ürəyinizdə işləyəcək! Allah hətta fikirlərimizi eşidə bilər, ona görə də qayınananızla cəsarət tələb edən qarşılaşma zamanı dua etməyə başlayın. Allahdan səbir istəyin. Qayınananızı sevmək üçün sizə məhəbbət verməsini Ondan diləyin. Ona demək üçün Allahdan sizə düzgün sözlər verməsini xahiş edin. Onun ürəyinizə qoyduğu sülhə heyran olacaqsınız.
2. Sevməyə qərar verin.
Allahın bizi sevməsi yaxşı olduğumuza görədirmi? Bu heç vaxt işləri korlamadığımıza görədirmi? XEYR! Allah bizi sevir, çünki O bizi sevməyi qərara alıb. Yəhya 13:14-də deyilir ki, O bizi sevdiyi kimi biz də bir-birimizi sevməliyik. Bu əmrə əsasən biz sadəcə başqalarını sevmək istədiyimizi “hiss edərkən” deyil, hiss etməyərkən sevməyi qərara alanda iki şey baş verir. Birincisi, bizim öz ürəklərimiz yumşalmağa və dəyişməyə başlayır. Biz sevmək üçün seçdiyimiz insanda yaxşı şeyləri axtarmağa başlayırıq. İkincisi, sevdiyimiz şəxs bu dəyişikliyi mütləq hiss edəcək.
3. Öyrənməyə qərar verin.
Bizim hamımızın istedadımız var. Bəlkə siz qayınananızın yeganə istedadını sizə nə etmək lazım olduğunu deməkdə və ya qışqırmaqda görürsünüz! Amma siz ona həyat təcrübəsindən öyrənmək istəyən bir şəxsin mövqeyindən baxsanız, şübhəsiz ki, sizə öyrədə biləcəyi şeyləri onda tapacaqsınız. Bəli, bu çətindir və hətta özünüzü həmin mövqeyə qoymaq da təvazökarlıqdır. Lakin ona bu hörməti bəsləməklə və ondan öyrənməklə göstərirsiniz ki, siz onu bir insan kimi qiymətləndirirsiniz. Bu hər birimizin ümdə arzusu deyilmi? Kim bilir? Siz də ondan bəzi gözəl şeyləri öyrənə bilərsiniz!
Ola bilsin ki, siz bu üç təklifin bir insan kimi qayınananıza nəzərə çarpan təsir bağışlamadığını hiss edirsiniz. Siz doğru fikirləşirsiniz. Bu üç qərar onu heç vaxt dəyişdirə bilməz, amma onlar mütləq sizin ürəyinizi dəyişdirəcək. Biz Allahı nə qədər çox axtarsaq, Onun bağışlamasını qəbul etsək, məhəbbətində böyüsək, …nəticədə bir o qədər də yaxşılığa doğru dəyişərik.