ALLAHI ŞӘXSӘN TANIMAĞIN DÖRD PRiNSiPi

Bu, sevgi vә ümid mәktubudur. Hәyat dәyişdirәn bu hәqiqәtlәri aşkar edәcәk bütün insanları maraqlı
macәra gözlәyir.
Aşağıdakı prinsiplәr Allahı şәxsәn necә tanımaqda vә Onun vәd etdiyi bol hәyatı yaşamaqda sizә
yardım edәcәk.

Birinci PRiNSiP

İkinci PRiNSiP

Üçüncü PRiNSiP

Dördüncü PRiNSiP

SIZ ELӘ İNDI İMAN VASITӘSILӘ DUADA MӘSIHI QӘBUL EDӘ BILӘRSINIZ

1) BiRiNCi PRiNSiP: Allah bizi sevir. O, bizi yaradıb ki, Onu şәxsәn tanıyaq vә sevgisini tәcrübәdәn keçirib hiss edәk.

Adәmin dövründәn Allah öz mәhәbbәtini peyğәmbәrlәr vasitәsilә zühur etmişdir (göstәrmişdir). Onun vәhyi
(xәbәri) bu gün bizim Bibliya adlandırdığımız Müqәddәs Kәlamın 66 kitabında qorunub saxlanılmışdır.

Allahın Mәhәbbәti
“Mәhәbbәt bizim Allahı sevmәyimizlә bağlı deyil, bundan ibarәtdir: O bizi sevdi vә Öz Oğlunu bizim
günahlarımıza görә bir qurban olaraq göndәrdi.” 1 Yәhya 4:10

Allahın Planı
“Allah bütün bәşәriyyәtin millәtlәrini bir insandan yaratdı ki, bütün yer üzәrindә yaşasınlar. Yaşamaq üçün
onlara zaman vә mәkan tәyin etdi ki, Onu axtarsınlar, yәni kor әllәrini sürtә-sürtә yol axtardığı kimi axtarıb
Onu tapa bilsinlәr. Әslindә Allah heç birimizdәn uzaq deyil. “Axı biz Onda yaşayırıq, hәrәkәt edirik,
mövcuduq”. Bәzi şairlәrinizin dediyi kimi: “Biz dә Onun nәslindәnik”. Hәv. İş. 17:26-28
Şәxsi tәrzdә Allahı necә tanıya bilәrik?

2) İKiNiNCi PRiNSiP: Biz günahlıyıq vә Allahdan ayrı düşmüşük, ona görә dә Onu şәxsәn tanıya vә ya Onun mәhәbbәtini, elәcә dә planını tәcrübәdәn keçirib hiss edә bilmirik.

Allah Müqәddәsdir
Allah deyir: “Müqәddәs olun, çünki Mәn müqәddәsәm.” 1 Peter 1:16

İnsanlar Günahlıdırlar
“Çünki hamı günah edib, Allahın izzәtindәn mәhrum olub” Rom. 3:23
Allah bizi Özü ilә şәxsi ünsiyyәtdә olmaq üçün yaradıb. Amma biz Ondan üz döndәrdik vә bunun nәticәsindә
Allah ilә yaxın ünsiyyәt qırıldı. Allaha itaәt etmәmәk, yaxud Onun Kәlamına laqeydlik göstәrmәk Bibliyada
günah adlanır.

İnsanlar Allahdan Ayrı Düşüblәr
“Çünki günahın әvәzi ölümdür” [Allahdan ruhani ayrılıq] Rom. 6:23

“Lakin şәr әmәllәriniz Allahınızla sizin aranızda ayrılıq saldı. Günahlarınıza
görә Onun üzü sizdәn döndü, O sәsinizi eşitmir.” Yeşaya 59:2
Bu diaqram Allahın müqәddәs, insanların isә günahlı olduğunu
tәsvir edir. Günahın böyük maneәsi bizi Allahdan ayırır. Oxlar
göstәrir ki, insanlar hәmişә öz cәhdlәri ilә Allaha vә bol hәyata
çatmağa can atırlar, bu cәhdlәrә misal olaraq, yaxşı hәyatı,
fәlsәfәni, yaxud dini göstәrmәk olar. Amma insan heç vaxt buna nail
ola bilmir.

Üçüncü prinsip bu maneәni aşmağın yeganә yolunu göstәrir…

3) Üçüncü PRiNSiP: İsa Mәsih günahlarımızdan azad olmaq üçün Allahın yeganә yoludur. Biz yalnız Onun vasitәsilә Allahı şәxsәn tanıya vә mәhәbbәtini tәcrübәdәn keçirib hiss edә bilәrik.

O Bәnzәrsizdir
İsadan yüz illәrlә әvvәl yaşamış peyğәmbәrlәr vasitәsilә Onun haqqında deyilmiş 300-dәn artıq
peyğәmbәrliklәr Mәsihin hәyatında dәqiq yerinә yetmişdir:
1. Allah İnsan Oğlu kimi yer üzünә gәldi (Yeşaya 9:6).
2. Onun möcüzәli doğulması (Luka 1:30-35).
3. Onun günahsız hәyatı, möcüzәlәri vә misilsiz tәlimi (1 Peter 2:22; Matta 9:35).
4. Onun bizim günahlarımız üçün qurbanı (Roma. 5:8).
5. Onun ölülәrdәn qәlәbә çalaraq dirilmәsi vә göylәrә qalxması (1 Kor. 15:3-6, Hәv. İş. 1:9-11).

Bu hәqiqәtlәrin hәr biri aşağıdakı faktı göstәrir…

O, Allaha Aparan Yeganә Yoldur
Vәftizçi Yәhya İsa barәsindә şәhadәtlik edib: “Dünyanın günahını
aradan götürәn Allah Quzusu budur!” Yәhya 1:29
“İsa ona dedi: ‘Yol, hәqiqәt vә hәyat Mәnәm. Mәnim vasitәm
olmadan heç kim Atanın yanına gәlә bilmәz.’” Yәhya 14:6
Günahlarımızın әvәzini ödәyәn qurban kimi ölmәkdә Allah Öz
Quzusunu – İsa Mәsihi göndәrmәklә bizi Ondan ayıran maneәni
aradan qaldırdı. “Mәsih günahlar üçün yalnız bir qurban tәqdim
edәndәn sonra әbәdi olaraq Allahın sağında oturdu”. İbr. 10:12
Sadәcә bu prinsiplәri bilmәk kifayәt deyil…

4) Dördüncü PRiNSiP: Biz İsaya Xilaskarımız vә hәyatımızın rәhbәri kimi etibar etmәklә Allahı şәxsәn tanıya vә Onun sevgisini hiss edә bilirik.

Biz İsaya Etibar Etmәliyik.
“Öz diyarına gәldi, amma soydaşları Onu qәbul etmәdi. Lakin Onu qәbul edәnlәrin hamısına, adına iman
edәnlәrә Allahın övladları olmaq ixtiyarını verdi. Onlar nә qandan, nә bәşәr arzusundan, nә dә kişi istәyindәn
deyil, yalnız Allahdan doğuldu.” Yәhya 1:11-13

Biz Mәsihi İman Vasitәsilә Qәbul Edirik.
“Çünki iman vasitәsilә, lütflә xilas oldunuz. Bu, sizin nailiyyәtiniz deyil, Allahın hәdiyyәsidir. Әmәllәrlә deyil ki,
heç kim öyünә bilmәsin.” Efes. 2:8, 9

Biz Mәsihi Qәbul Edәndә Yenidәn Doğuluruq.
(Yәhya 3:1-8-i oxuyun).

Biz Mәsihi Şәxsi Dәvәt ilә Qәbul Edirik.
[Mәsih söylәyir]: “Bax qapının önündә durub onu döyürәm; kim sәsimi eşidib qapını açsa, onun yanına
gәlәcәyәm vә Mәn onunla, o da Mәnimlә birgә şam edәcәyik” (Vәhy 3:20).
Mәsihi qәbul etmәk – Allaha tәrәf dönmәk, yәni tövbә etmәk, günahlarımızı bağışlamaqda hәyatımıza
gәlmәsi üçün Mәsihә etibar etmәk vә Onun bizi Öz istәyinә uyğun dәyişmәsi demәkdir. Nә Onun tәlәblәrinә
әqli razılıq vermәk, nә dә emosional tәcrübәyә malik olmaq kifayәt deyil. Biz İsa Mәsihi öz iradәmizlә, iman
ilә qәbul etmәliyik.

Aşağıdakılar Mәsihi necә qәbul etmәyi izah edir:

SIZ ELӘ İNDI İMAN VASITӘSILӘ DUADA MӘSIHI QӘBUL EDӘ BILӘRSINIZ

Dua Allahla danışmaq demәkdir. Allah sizin ürәyinizi görür vә O, sözlәrinizdәn daha çox ürәyinizin vәziyyәti
ilә maraqlanır.

Aşağıdakı duanı mәslәhәt görürük:
Rәbb İsa, Mәn Sәni şәxsәn tanımaq istәyirәm. Günahlarım üçün çarmıxda öldüyünә görә Sәnә
minnәtdaram. Mәn hәyatımın qapısını açıram vә Sәni bir Xilaskarım, elәcә dә Rәbbim kimi qәbul
edirәm. Günahlarıma görә öldüyün vә mәnә әbәdi hәyat verdiyin üçün çox sağ ol. Hәyatımın taxttacını
әlinә al. Mәni görmәk istәdiyin bir insan et.

Bu dua sizin ürәyinizin arzusunu ifadә edirmi?
Әgәr ifadә edirsә, elә indi Allaha bu duanı edin vә İsa vәd etdiyi (söz verdiyi) kimi hәyatınıza gәlәcәk.

İndi Mәsihi Qәbul Etdikdәn Sonra

Öz iradәnizlә Mәsihi qәbul etdiyiniz andan bir çox şeylәr baş verdi, bunlara aşağıdakılar daxildir:

  1. Mәsih hәyatınıza gәldi (Vәhy 3:20; Kolos. 1:27).
  2. Günahlarınız bağışlandı (Kolos. 1:14).
  3. Siz Allahın övladı oldunuz (Yәhya 1:12).
  4. Siz әbәdi hәyatı әldә etdiniz (Yәhya 5:24).
  5. Allahın sizin üçün yaratdığı bol hәyata qәdәm qoydunuz (Yәhya 10:10; 2 Kor. 5:17; 1 Salonik. 5:18).

Mәsihi qәbul etmәkdәn daha gözәl olan bir şey haqqında fikirlәşә bilәrsinizmi? Elә indi Allahın sizin üçün
etdiyinә görә Ona minnәtdarlığınızı bildirmәk istәrdinizmi? Allaha minnәtdarlıq etmәklә siz imanınızı nümayiş
etdirirsiniz.
Yeni hәyatınızdan tamlığı ilә zövq almaq üçün…

Mәsihçinin İnkişafı üçün Tәkliflәr

Ruhani inkişaf (ruhani cәhәtdәn böyümәk) İsa Mәsihә etibar etmәk nәticәsindә yaranır. “Saleh adam imanla
yaşayacaq” (Qal. 3:11). İmanla yaşamaq hәyatınızın hәr bir sahәsindә Allaha daha da çox etibar etmәyә vә
aşağıdakıları hәyata keçirmәyә imkan yaradacaq:

  1. Hәr gün duada Allaha yaxınlaşın (Yәhya 15:7).
  2. Allah Kәlamını hәr gün oxuyun (Hәv. İş. 17:11); Yәhya Müjdәsindәn başlayın.
  3. Hәr an Allaha itaәt edin (Yәhya 14:21).
  4. Hәyatınız vә sözlәriniz ilә Mәsih üçün şәhadәtlik edin (Matta 4:19; Yәhya 15:8).
  5. Hәyatınızın hәr bir sahәsindә Allaha etibar edin (1 Peter 5:7).

Müqәddәs Ruha icazә verin ki, gündәlik hәyatınızı vә şәhadәtçiliyinizi idarә etsin vә güclәndirsin (Qal. 5:16, 17; Hәv. İş. 1:8).